Adil İsgəndərovun 105 illiyi qeyd olunub
Görkəmli teatr və kino xadimi, SSRİ Xalq artisti Adil
İsgəndərovun anadan
olmasının 105 illiyi
münasibətilə Cəfər
Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasının
və Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının kollektivi,
korifey sənətkarın
ailə üzvləri
Fəxri Xiyabanda unudulmaz ustadın xatirəsini yad ediblər.
Dövlət Film Fondunun direktoru,
Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
icraçı katibi Cəmil Quliyev, "Azərbaycanfilm" kinostudiyasının
direktoru Müşfiq Hətəmov, Xalq artisti Elxan Qasımov
çıxış edərək
Azərbaycan teatrının
və kinosunun formalaşmasında misilsiz
xidmətləri olan Adil İsgəndərovun yaradıcılığına nəzər
salıblar.
Bildirilib ki, Azərbaycan teatr və kino
sənətinə monumentallıq,
novatorluq gətirən,
dəst-xətti ilə
seçilən sənətkar
tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb.
Qeyd olunub ki, Adil İsgəndərov
həm aktyor, həm rejissor, həm pedaqoq, həm də kinostudiyanın rəhbəri
kimi milli kadrların hazırlanmasında,
milli filmlərin çəkilməsində əvəzsiz
rol oynayıb. Qırx ilə
yaxın teatrımızın,
ekran sənətimizin
inkişafına xidmət
etmiş bu böyük şəxsiyyət
bütün yaradıcı
fəaliyyətini milli
mənəvi dəyərlərimizin
qorunmasına yönəldib.
Çıxış edənlər vurğulayıblar
ki, Azərbaycan teatr və kino
sənəti durduqca görkəmli sənətkarın
yaratdığı obrazlar
yaşayacaq.
Adil İsgəndərovun
ailəsi adından çıxış edən
qardaşı oğlu
Elxan İsgəndərov
sənətkarın xatirəsini
yad etdiklərinə görə "Azərbaycanfilm"
kinostudiyasının və
Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
kollektivinə, həmçinin
bütün ziyarətə
gələnlərə minnətdarlığını
bildirib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 7 may.- S.7.