"Azərbaycandan olan gənc rəssamlar Praqanı salamlayır"

 

 

Azərbaycanın Çexiyadakı səfirliyi, Çarlz Universitetinin nəzdindəki Azərbaycan Xəzər Araşdırmaları Mərkəzi Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi - "Dirçəliş" təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycandan olan gənc rəssamlar Praqanı salamlayır" adlı sərginin açılışı olub.

 

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev mərasimdə çıxış edərək bildirib ki, sərginin təşkilində əsas məqsəd ölkəmizin mədəniyyət incəsənətinin bu ölkədə təbliğ olunmasıdır. O, Azərbaycanın rəssamlıq sənəti haqqında məlumat verib, fərqlənən gənc rəssamlara sertifikatlar təqdim edib.

 

Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi - "Dirçəliş" təşkilatının direktoru İslam Baxşəliyev Çarlz Universitetinin fəlsəfə fakültəsinin dekanı xanım Miryam Friedova sərgi ilə bağlı təəssüratlarını bölüşüblər.

 

Tədbirə qatılan qonaqlar Azərbaycan milli mətbəxinin təamlarından dadıblar. Onlara ölkəmizin mədəniyyəti incəsənəti ilə bağlı jurnal, kitab broşürlər paylanılıb.

 

Açılış mərasimində Çexiyada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Azərbaycan icmasının yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Praqanın Çarlz Universitetinə məxsus tarixi binada təşkil olunan sərgi bu gün yekunlaşacaq.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 7 may.- S.7.