"İşıq" jurnalının yeni sayı

 

 

Azərbaycanda ilk qadın jurnalı olan "İşıq" 1911-1912 illərdə Bakıda nəşr edilib.

 

Cəmi 68 nömrəsi Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə çıxdıqdan sonra fəaliyyəti dayandırılan jurnalın nəşri illər sonra bərpa edilib. Bu yaxınlarda "İşıq" qadın jurnalının 2015-ci il (81), 1-ci sayı işıq üzü görüb. Jurnal Sədaqət Qəhrəmanovanın "Baş redaktordan" adlı yazısı ilə açılır. Baş redaktor Azərbaycan qadınının ailə ənənələrindən, övladlarının düzgün tərbiyəsində milli-mənəvi dəyərlərimizin rolunda onların qorunub saxlanılmasından bəhs edir, bu milli ənənələrin gənc nəsillərə ötürülməsində muzeylərimizin, kitabxanalarımızın mühüm əhəmiyyətindən danışır.

 

"İşıq"  bir qadın dərgisidir onun tematikasında qadın dünyası xüsusi vurğu ilə özünü göstərir. Yazıda bu sırada ana-qadın, sevgi-qadın, ömür-gün yoldaşı-qadın kimi konkret mövzular məhəbbətlə qələmə alındığı kimi, məhəbbətlə qarşılanır.

 

Əməkdar jurnalist Flora Xəlilzadənin "İşığ"ın maarif ziyası Sona xınım Axundova" adlı məqaləsi 1911-ci ildə Sona xanımın bu qəzetlə əməkdaşlığından, onun maarifə, mədəniyyətə çağırışından sonrakı illərdəki həyatından bəhs edir, ənənələrinə sadiq qalan "İşıq" jurnalı hər nömrəsində öz  keçmişinə dönür onu xatırlayır. Xədicə Əlibəyovanın "Valideyn övladın bir-birinin üzərində vəzifələri" adlı məqaləsi bu günümüz üçün aktual olan yazıdır. Yazı ata-ananın övlad üzərində, övladın ata-ana qarşısında vəzifə, məsuliyyət qayğısından bəhs edir.

 

Tarix üzrə fəlsəfə doktoru Amaliya Qasımovanın "Avropa Amerikada ilk qadın nəşrləri" adlı yazısı qadın jurnallarının XVII-XVIII əsrlərdəki mənzərəsinə dair araşdırma təsiri bağışlayır. Məqalədə zərif cinsin nümayəndələri olan qadınların maariflənməsindən, onların cəmiyyətdəki rolundan, milli-mənəvi dəyərlərindən danışılır.

 

 "Gözlərə nur paylayan həkim" tibb elmləri doktoru, professor, dünya şöhrətli oftolmoloq Ümnisə Müsabəyovanın nur bəxş edən fəaliyyətinə həsr edilib. Müəllif Afaq Sadıqovanın yazısı dünyada ilk dəfə anadangəlmə kor insanı əməliyyat edən həkim, dünya elminə məşhur həkimlər bəxş edən pedaqoq, gözəl ana, qayğıkeş həyat yoldaşı haqdadır.

 

Xanəndə Rübabə Muradovadan bəhs edən " biləydik, ayrılıq var, ölüm var" adlı yazı şair-publisist Zülfüqar Şahsevənin oxucunu kövrəldən notları ilə maraq doğurur. Yazıda Rübabə xanım haqqında xatirələr xüsusilə maraqlıdır, lakin bütün bunlarla yanaşı Rübabə xanımın vətən nisgili, Ərdəbil həsrəti xüsusi vurğu ilə qələmə alınıb.

 

Şəmistan Nəzirlinin "Gözəl qız axtarırdım" adlı hekayəsi bu gün ailə qurmağa hazırlaşan gənclər üçün ibrətamiz yazıdır.

 

Filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızının "Müslümün Badigülcamalı" adlı yazısı dahi sənətkar Müslüm Maqomayevin ömür-gün yoldaşı Badigülcamal xanım haqdadır.

 

Bəhruz Niftəliyevin "Gözəl nənəmə məktub"u xatirələrlə dolu, şirin, nisgilli notlarla zəngin bir publisistik məqalədir.

 

Bundan başqa Əhməd Cavadın "Beşik", Vüqar Adilovun "Qızıma" adlı şeirləri, Xəyalə Quliyevanın "Mən uşaq evinin sakiniyəm" adlı məktubu, həkim-pediatr  Günay Abbasovanın "İnfeksion xəstəliklər" başlıqlı yazısı Asiya Əliyevanın "Buğdadakı möcüzəvi güc" yazısı jurnalın bu nömrəsini daha da oxunaqlı maraqlı edir.

 

Afaq SADIQOVA

 

525-ci qəzet.- 2015.- 7 may.- S.7.