"Baku Guide"in may buraxılışı işıq üzü görüb

 

"Uzun illərdən sonra Azərbaycana səfərimdən çox məmnunam.

 

"Özgələr arasında doğma, doğmalar arasında özgə" filminin final səhnələrindən birini Bakıda lentə almışam. O vaxtdan 30 ildən çox vaxt keçib. Bakıda misilsiz inkişafın şahidi oldum".

 

Bu fikirlər Rusiya Kinematoqrafçılar İttifaqının sədri, məşhur kinorejissor Nikita Mixalkovun "Baku Guide" bələdçi kataloqunun may buraxılışında dərc olunmuş müsahibəsindən götürülüb. Dünya şöhrətli sənətkar kino sənəti gələcək planları ilə bağlı fikirlərini, Bakı haqqında təəssüratlarını bölüşüb.

 

Kataloqun yeni sayında "Bakı 2015" I Avropa Oyunlarına son hazırlıqlar barədə xəbərlərlə tanış olmaq mümkündür. Nəşrdə Oyunların məşəlinin alovlandırılması, təşviqat tədbirləri, bilet satışı başqa məsələlərdən söz açılır.

 

Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə şəhərimizdə keçirilən ənənəvi Gül bayramı, 18-19 may tarixində Bakının ev sahibliyi edəcəyi III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 9 May - Qələbə Günü, 28 May - Respublika Günü kimi ayın vacib hadisələrinə, tarixi günlərə kataloqda xüsusi yer ayrılıb.

 

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən bələdçi kataloqunun hər buraxılışı aktiv istirahət həvəskarı olan şəhər sakinləri turistlər üçün maraq doğuracaq müxtəlif informasiyalar, təqdimat xarakterli materiallarla zəngin olur. Onu da qeyd edək ki, kataloqun fəaliyyətə başlamasının artıq bir ili arxada qalıb. Ötən müddətdə paytaxtımızın qonaqları xarici turistlər arasında populyar nəşrə çevrilən "Baku Guide" 2-4 aprel tarixində keçirilən "AITF-2015" XIV Azərbaycan Beynəlxalq Turizm Səyahətlər Sərgisində öz stendi ilə iştirak edib sərgi iştirakçıları, ziyarətçilər tərəfindən kataloqa böyük maraq göstərilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva sərgi ekspozisiyası ilə tanış olarkən "Baku Guide" kataloqunun stendinə diqqət ayırıb, nəşrlə bağlı razılıq ifadə ediblər.

 

Azərbaycan, ingilisrus dillərində hazırlanan nəşrin növbəti sayında paytaxtımızın mədəni və işgüzar həyatı, may ayında nəzərdə tutulan müxtəlif tədbirlər haqqında məlumatlar, teatrkonsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası oxuculara təqdim olunur. Kataloqda 17-24 may tarixində Bakıda keçiriləcək VIII beynəlxalq Mstislav Rostropoviç festivalının konsert proqramı təqdim olunur. "Events" bölməsində gənclərin maraq dairəsində olan əyləncəli tədbirlərə, kinoafişa bölməsində paytaxtın kino nümayişi mərkəzlərinin yayımladıqları filmlər haqqında qısa məlumatlara yer verilib.

 

"Azərbaycan mətbəxi" rubrikasında oxucular dovğanın hazırlanma qaydası ilə tanış olacaqlar.

 

Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi barədə məlumatlar yer alıb.

 

FİRƏNGİZ

525-ci qəzet.- 2015.- 7 may.- S.7.