Qafqazdan Berlinədək

 

 

1945-ci ilin yazı keçmiş Sovet ordusuna qələbələrlə gəlmişdi. Həmin qələbədən indi 70 il ötür. 5-ci ordunun tərkibi əsasən azərbaycanlılardan olan 416-cı milli diviziyası bu qələbənin əldə olunmasında çox mürəkkəb çətin vəzifələr yerinə yetirmişdir. Azərbaycanın qorxmaz əsgərləri bu ağır döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdilər. Baş serjant Bədəlovun topçu dəstəsi düşmənə qarşı igidliklə vuruşmuşdu.

 

Əbdüləli Rza oğlu Bədəlov 1902-ci ildə Qarabağın tacı olan, gözəl Şuşada anadan olmuşdur. O, Böyük Vətən müharibəsindən əvvəl Ağdam rayonunun bir çox kəndlərində Sovet sədri vəzifəsində işləmiş, kolxoz quruculuğunda fəal iştirak etmişdir. O, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yola düşmüşdü. Ə.Bədəlov 1942-ci ilin 22 fevralında Azərbaycanın Ucar rayonunda yaradılmış 416-cı milli diviziyanın tərkibinə daxil olmuş, öz döyüş yolunu Qafqazdan başlamışdır. Onun döyüşçü olduğu 416-cı diviziya 1942-ci ilin payızında Şimali Qafqazda əvvəl 44-cü ordu, az sonra 58-ci ordunun tərkibində Mozdok istiqamətində ağır döyüşlərdə iştirak etmişdir. Diviziya Taqanroq şəhərinin alman-faşist ordusundan azad edilməsində fəal iştirak etdiyinə görə ona "Taqanroq diviziyası" fəxri adı verilmişdir.

 

Ə. Bədəlovun komandir olduğu topçular da bu döyüşdə igidlik göstərmişdilər. Ə. Bədəlov burada ağır yaralanmasına baxmayaraq öz döyüş yolunu yenə davam etdirmiş, Şimali Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmişdir. Ə. Bədəlovun dəstəsi 416-cı diviziyanın tərkibində əsl hünər qəhrəmanlıq göstərərək diviziya ilə birlikdə üç ay ərzində Şimali Qafqazı düşməndən tamamilə azad etmişdilər. Bu ağır döyüşlərdə 223-cü 402-ci diviziyalar da fərqlənmişdilər. Onlar birlikdə düşməni 500-600 km arxaya atmışlar. Azərbaycan xalqının fəxri olan 416-cı , 223-cü 77-ci atıcı diviziyalarının döyüşçüləri kimi Ə.Bədəlovun da döyüş fəaliyyəti misilsiz olmuşdur.

 

Qəhrəman döyüşçülərimiz qazandıqları qələbədən güc alaraq düşmənə ardıcıl zərbələr endirə-endirə Nikolayev şəhərini, Odessanı, Moldaviya onun mərkəzi Kişinyovu, digər yaşayış məntəqələrini azad edə-edə Varşava-Berlin istiqamətinə yön almışdılar.

 

Hələ 416-cı Azərbaycan atıcı diviziyasının 1054-cü alayında artilleriya komandiri kimi Ə. Bədəlov 1 dekabr 1942-ci ildə toplardan dəqiq atəşlə düşmənin hücuma hazırlaşan qüvvəsini-tanklarını pərən-pərən salmış, 5 dekabr 1942-ci ildə iki tank hücumunda iştirak etmiş, təkbaşına düşmənin on tankını məhv etmişdir. 1943-cü ildə 28 fevralda 05/n əmrlə o, göstərdiyi qəhrəmanlığa görə "İgidliyə görə" medalla təltif olunmuşdur. 1943-cü ilin 2, 9, 22 oktyabrındakı döyüşlərdə düşmənin küllü miqdarda tank, minaatanını, pulemyot nöqtəsini canlı qüvvəsini darmadağın etmişdir. Buna görə 1943-cü ilin dekabrında artilleriya üzrə 28-ci Ordunun 26 n saylı əmri ilə Ə.Bədəlova "Vətən müharibəsi ikinci dərəcə" orden təqdim edilmişdir.

 

Ə.Bədəlov sonrakı döyüşlərdə sücaət dəyanət göstərərək düşmənin daha çox cəmləşdiyi Küstrin şəhərinin-qalasının alınmasında da fəal iştirak etmişdir.

 

416-cı diviziyaya çox çətin vəzifə - Oder çayını keçmək və Küstrin şəhərini tutmaqla Berlinə yol açmaq tapşırılmışdı. Baş serjant Bədəlovun topçu dəstəsi də düşmənə qarşı igidliklə vuruşurdu. Küstrin şəhərinin yaxınlığında düşmən çoxlu piyada qüvvəsi toplamışdı. Düşmən  tankları Bədəlovun topçu dəstəsinə doğru irəliləyərkən igid topçular onlara atəş açaraq, bir neçə tankı məhv etmişqalan tankların geriyə dönməyə məcbur etmişdilər. Burada düşmənin 300 nəfər əsgər və zabiti də məhv olmuşdur. Ə. Bədəlovun topçu dəstəsi Berlinin Brandenburq qapıları uğrunda vuruşmada da əsl igidlik və qəhrəmanlıq göstərmişdir. 416-cı diviziyanın tərkibində Bədəlovun topçu dəstəsi də Berlinə birincilər sırasında daxil olmuşdu.

 

Ə.Bədəlovun döyüş hünərləri yüksək qiymətləndirilmişdi. Onun sinəsini yuxarıda göstərilən iki ordenmedalla yanaşı "Vətən müharibəsi birinci dərəcə", "Qırmızı Ulduz", "Əlaçı artillerist", "Berlinin alınması uğrunda", " Almaniya üzərində qələbə", "Qafqazın müdafiəsi" və sair ordenmedallar, həmçinin müharibədən sonrakı yubiley medalları bəzəyirdi. Ə. Bədəlovun mükafatları və əşyaları Şuşa muzeyində saxlanılırdı.

 

 Müharibənin əvvəlindən axırınadək şərəfli döyüş yolu keçmiş, hünər və qəhrəmanlıq göstərmiş, Azərbaycan xalqına şərəf-şan gətirmiş, Ə.Bədəlov düşmən üzərində böyük qələbədən sonra, 1945-ci ildə ordudan təxris olunaraq doğma ocağına-Şuşaya qayıtmışdı.Qədirbilən şuşalılar xalqımızın igid oğlunun ayaqları altına xalı döşüyərək gül-çiçəklə qarşılamışlar. Yaşlı şuşalılar həmin  tarixi günü indi də yaxşı xatırlayırlar.

 

Ə.Bədəlov ömrünün sonunadək Şuşada yaşamış, kommunal təsərrüfat şöbəsində, arteldə, rayon istehlak cəmiyyətində, istilik idarəsində, Xankəndi tikiş fabrikinin Şuşa filialında rəhbər vəzifələrdə çalışmış, həmyerliləri arasında nüfuz sahibi olmuşdur.

 

Böyük Vətən müharibəsinin başa çatmasından çox illər ötür. Bu il böyük qələbənin 70-ci ildönümüdür. Amma o dəhşətli ağır günlərdən uzun zaman keçməsinə baxmayaraq hələ də müharibə illərinin ağrılı-acılı kədərini və qələbənin sevincini unutmaq olmur. Vətən və xalqın qarşısında hünər və zəka sahibi, dərin və mənalı iz qoyub getmiş babam Əbdüləli Bədəlovun da xidmətləri unudulmur, həmişə yad edilir, xatirələrdə yaşayır və müqəddəs ruhuna dualar oxunur. Onun keçdiyi ömür yolu indiki gənclərə böyük örnəkdir.

 

Elnarə HÜSEYNOVA

525-ci qəzet.- 2015.- 8 may.- S.8.