"Heydər Əliyev və Azərbaycan kinosu" müzakirə edilib
"Nizami" Kino Mərkəzində
"Heydər Əliyev
və Azərbaycan kinosu" mövzusunda konfrans keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə
həsr edilmiş tədbir Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqı, Nizami
Kino Mərkəzi və
Dövlət Film Fondunun
təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
icraçı katibi, Əməkdar incəsənət
xadimi Cəmil Quliyev üç ildən sonra Azərbaycan kinosunun 120 illik yubileyinin təntənəli şəkildə
qeyd ediləcəyini vurğulayıb. Bildirib ki, bir əsrdən çox şərəfli yol keçmiş kinomuzun tarixində onlarla filmlər çəkilib,
neçə nəsil
kino xadimləri yetişib ki, onların adları incəsənət tariximizə
qızıl hərflərlə
yazılıb.
C.Quliyev çıxışında ulu
öndər Heydər
Əliyevin mədəniyyət
və incəsənət
xadimlərinə, kino
sahəsində çalışanlara
böyük diqqət
və qayğısını
xüsusilə vurğulayıb. O deyib ki,
“Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün
dövrlərində kino
işçilərinə fəxri
adlar verilib, "Azərbaycanfilm"in texniki
bazasını möhkəmləndirmək
məqsədilə iri
məbləğdə vəsait
ayrılıb, kinostudiya
üçün yeni avadanlıq alınıb. "Azərbaycanfilm"də müxtəlif vaxtlarda çəkilmiş bəzi
filmlərin Sovet ideologiyasının tələblərinə
tam cavab vermədiyi üçün ekrana buraxılmamaq təhlükəsi
yaranarkən kino işçilərinin köməyinə
yenə də ümummilli liderimiz Heydər Əliyev gəlib və hər dəfə də bu problem aradan qaldırılıb.
"Bir cənub
şəhərində" və "İstintaq"
bədii filmlərini buna misal göstərə
bilərik. "Şəhərin
yay günləri"
pyesinin ekranlaşdırılması,
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şəxsiyyətinin
araşdırılıb üzə
çıxarılması, onun haqqında "Uzaq sahillərdə" filminin çəkilməsi
ideyası da ulu öndər Heydər Əliyevə məxsusdur. Hələ o dövrdə tarixi
köklərə qayıdış
başlayıb, "Nəsimi",
"Dədə Qorqud",
"Babək" kimi
tarixi filmlər çəkilib".
Bildirilib
ki, Heydər Əliyevin 2000-ci il
18 dekabr tarixli Sərəncamı ilə
hər il avqustun 2-də Azərbaycan
Kinosu Günü qeyd edilir.
Qeyd olunub ki, H.Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara diqqət və qayğısı istiqamətində həyata keçirdiyi böyük işlər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" bu sahənin inkişafı üçün geniş imkanlar yaradır.
Tədbirdə çıxış edən Xalq artisti Tofiq İsmayılov və Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov ulu öndər Heydər Əliyevlə görüşlərindən söz açıblar.
Əməkdar incəsənət xadimi Aydın Kazımzadə "Heydər Əliyev kino haqqında" kitabı üzərində işlədiyini qeyd edib.
Sonda Heydər Əliyev Fondunun 10 illiyi münasibətilə hazırlanmış film nümayiş olunub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 8 may.- S.2.