İnsanlara şəfa vermək onun həyatının mənası idi

 

 

Böyük Vətən  Müharibəsində  faşizm  üzərində  qələbədən  70  il  keçir. Faşizmə qarşı vuruşan  insanların böyük əksəriyyəti dünyasını  dəyişsələr  , daima  qəlblərdə, könüllərdə  yaşayırlar.

 

Belə  igid insanlar sırasında tibb  xidməti podpolkovniki  Qədəmşah Sadıqov da var.

 

İnsanlara  şəfa  vermək, onları  vaxtsız  ölumdən  xilas  etmək  Qədəmşah Sadıqovun  həyatının  mənası idi. Təsadüfi  deyildir ki, o, özünə  peşə  seçəndə, məhz  həkim  olmaq  istəyi  ilə, Azərbaycan  Dövlət  Tibb İnstitutuna  daxil  olmağa  üstünlük  vermişdi. Adıçəkilən  institutu  müvəffəqiyyətlə  bitirib  diplom  aldı. Çox  keçmədi  ki, dəhşətli  bir  xəbər  qara bulud  kimi  aydın  səmanı  bürüdü. Müharibə! Sözsüz  ki, bu  xəbəri  eşidərkən  Qədəmşah, bir  çox  cəsarətli    vətənpərvər  insanlar  kimi, dərhal  hərbi  komissarlığa  yollanaraq  Vətənə  öz  xidmətini  təklif  etdi. O, 261-ci  diviziyanın  974-cü  atıcı  polkuna  təyinat  aldı...

 

Ukrayna  torpaqlarında  gedən  ağır  döyüşlərdən  birində  polkun  baş həkimi  həlak  oldu. Q.Sadıqov  onun  yerinə  təyin  edildi. Gənc  həkim  öz həyatını  təhlükə  altına  qoyaraq, kəskin  döyüşlər  gedə-gedə  yaralıları atəş  adtında  alov  içərisindən  çıxararaq  təcili  tibbi  yardım  göstərirdi. 974-cü  atıcı  polku artıq  neçə  gün  idi  ki, düşmən  tank    piyadalarının  hücumlarını  dəf edirdi. Bu  zaman  batalyonun  komandirinə  hitlerçiləri  geri  oturtmaq  əmri verildi. Rotalar  bir-birinin  ardınca  düşmənin  üzərinə  hücuma  keçdilər. Qədəmşah  da  həmin  batalyonun  tərkibində  idi. Səhər  açılanda  məlum oldu  ki, yeddi  tank    bir  rotanın  əsgərləri  məhv  olub. Ertəsi  gün döyüş  daha  da  şiddətləndi. Atıcı  batalyon  daha  çox  itkiyə  məruz  qaldı, sırada  bir  nəfər    olsun  komandir  qalmamışdı. Qədəmşah  tərəddüd etmədən  batalyonun  komandanlığını  öz  üzərinə  götürərək, sağ  qalmış əsgər    serjantları  toplayıb  döyüşə  atıldı. Piyadalar  misli  görünməmiş cəsarət  göstərərək  düşməni  8  kilometr  geriyə  atdılar. Getdikcə  itkilərin sayı  artırdı, lakin  diviziyanın  əsas  qüvvələri  gələnədək  mövqeyi  əldən vermədilər.

 

Qədəmşah  ayağından  ağır  yaralanmışdı, buna  baxmayaraq, onu  əvəz  edən  zabit  gələnə  kimi  o, döyüşü  davam  etdirdi. Bu şücaətinə  görə  Q.Sadıqov  Qızıl  Bayraq  ordeni  ilə  təltif  edildi.

 

Onun  cəbhə həyatında  bu  kimi  hadisələr  bir  deyildi. Belqorod-Kursk  ərazilərində  gedən  qızğın  döyüşlərdə  32  nəfər  yaralını  ölümdən  xilas  etdiyi üçün  Qızıl  Ulduz  ordeni  ilə  təltif  edilmişdi.

 

Daha  sonra  gənc  həkim  Xarkov, Don    Volqa  sahilləri, Smolensk, Belorusiya, Almaniya, Uzaq  Şərq  döyüşlərindən  keçdi. Heç  bir  şəraitdə özünü  itirmədən  minlərlə  yaralını  qanlı  döyüşlərdən  çıxarıb  ölümün  pəncəsindən  alırdı.

 

... Müharibədən sonra 24 yaşlı  tibb  xidməti  mayoru  Q.Sadıqov Azərbaycana qayıtdı. Onun  sinəsini, hər  biri  bir  qəhrəmanlığın  tarixi  olan, beş  orden   on  döyüş  medalı  bəzəyirdi. O, cəbhədə  döyüşdüyü  fədakarlıqla elm  cəbhəsinə  atıldı. Azərbaycan  Dövlət  Universitetinin  aspiranturasını bitirdikdən  sonra  həmin  Universitetdə  müəllim, sonralar  dosent, eyni  zamanda  Respublika  Həkimlərin  Təkmilləşdirilməsi  İnstitutunda  baş  müəllim    tədris  hissə  müdiri  vəzifələrində  çalışdı.

 

Q.Sadıqovun  elmi  fəaliyyəti  çoxşaxəli  idi. Əvvəlcə  fəlsəfə, sonradan tibb  sahələrində  namizədlik  dissertasiyalarını  müdafiə  edərək, fəlsəfə    tibb  elmləri  namizədi  alimlik  dərəcələri  aldı. Ali    orta  ixtisas  məktəbləri  tələbələri  bu  gün    onun  yazdığı  Məntiq    Etika  dərsliklərindən  istifadə  edirlər. Qədəmşahın  fəlsəfə  elmlər  doktoru  alimlik dərəcəsi  almaq  üçün  yazdığı  Azərbaycanda  məntiq  nəzəriyyəsinin ünsürləri”, tibb  elmlər  doktoru  alimlik  dərəcəsi  almaq  üçün  yazdığı  Əbu  Əli  İbn  Sinanın  tibb  elmlərinə  baxışı  əsərlərinin  hər  ikisi  hazır olmasına  baxmayaraq, amansız  ölüm  onun  bu  arzusunu  qəlbində  qoydu. Ömrünün  45  yaşında  dünyasını  dəyişdi...

 

Bu  günlər  qələbəmizin  70  illiyini  qeyd  edirik. Bu  qələbə  nəyin  hesabına  başa  gəlib? Bu  suala  yalnız  müharibəni  keçmiş    onun  dəhşətlərini  yaşamış  insanlar  cavab  verə  bilərlər. Sözsüz  ki, milyonların şəhid  olduğu    digərlərinin  qəhrəmanlığı  hesabına  başa  gəlib.

 

Kim  bilir, Qədəmşah  Sadıqov    onun  kimi  qəhrəmanlar  olmasaydı, xalqımız    ölkəmiz  hansı  vəziyyətdə  olardı. Odur  ki, müasirlərimiz  onun  kimi  böyük  insanları, onların  dünyasını  dəyişmələrinə  baxmayaraq, daima  yaşatmalı    yad  etməlidirlər.

 

525-ci qəzet.- 2015.- 9 may.- S.31.