Hollandiyanın Milli Qəhrəmanı - bizimMedo

 

 

Müharibə! Bu bir kəlmə söz yerlə-yeksan olan şəhər kəndlərin naləsi, gül əvəzinə güllə bitirən, su əvəzinə qanla suvarılan torpağın həsrəti, kəsik qol kimi ümidsiz, əlacsız görünən dəmiryol xətlərinin, meyvəsi dərilməmiş quruyan bağ-baxçanın özü boyda  kədəri, ağrısı idi. Bir ki, anaların, ataların, gəlinlərin, qızların, qocaların, uşaqların donmuş təbəssümü, gülüşü, sevinci...

 

1941-ci ilin iyun günlərindən birinin qismətinə dünyanı sarsıdan bu bir kəlmə sözün kədəri düşdü. Sonra 1418 gün neçə-neçə ünvana ölüm xəbəri apardı, neçə-neçə qapı əbədi bağlandı. Müharibə ünvanlı 4 ilin bütün fəsilləri payız kimi qaşqabaqlı, tutqun göründü. Beləcə 4 il dünyanın müsiqi notları müharibə harayına kökləndi. Bu haray simfoniyasına bir ümid, bir inam işığı  düşmüşdü. Müharibənin qələbəmizlə bitəcəyinə inam səngər-səngər addımlayır, ev-ev, küçə-küçə dolaşır, bu qələbə sevinci yastığı tüfəng qundağı, döşəyi nəm torpaq olanların  kirpiyindən süzülür, ürəyinə təpər, qollarına qüvvət verirdi.

 

1941-1945-ci illərin Böyük Vətən Müharibəsi illərində Azərbaycanın qəhrəman oğul qızları xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazdılar. Böyük Vətən Müharibəsində qələbəmizi təmin edən elə bir əhəmiyyətli vuruş səhnəsini təsəvvür etmək olmaz ki, oradan Azərbaycan oğullarının müzəffər səsi eşidilməsin. Tarixi qələbədə Azərbaycan xalqının böyük payı var.

 

Müharibə illərində döyüşkən orduya respublikamız 600 mindən çox qəhrəman oğul qızını göndərib. Onların yarıdan çoxu geri dönməyib.

 

Müharibə zamanı arxa ön cəbhələrdə xidmət edən azərbaycanlıların 250 mindən çoxu  orden medallarla təltif olunub. Azərbaycanın 130-a yaxın sakini Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb. Həzi Aslanov, Adil Quliyev, Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Gəray Əsədov kimi onlarca qəhrəman   oğullarımızı bütün dünya tanıyır. Belə qəhrəman oğullarımızdan biri Hollandiyanın Milli Qəhrəmanı, Hollandıyanın ən yüksək Oranj-Nassan Kralının  cəngavəri ordeninin sahibi, “Sədaqətli xidmətmedalı ilə təltif olunan, Hollandiya Müqavimət Hərəkatının  görkəmli nümayəndəsi, “Medo”ləqəbli məşhur partizan, qəhrəman həmyerlimiz, Zaqatalanın Muğanlı kənd sakini Məmməd Məmmədovdur.

 

Məmməd Məmmədov 1923-cü ilin 3 mayında rayonumuzun Muğanlı kəndində anadan olub, 2003-cü ilin 3 yanvarında Hollandiyanın Osterveyk  şəhərində vəfat edib. İgid həmyerlimiz 1942-ci ildə Ukraynanın Don şəhəri ətrafında gedən döyüşlərdə əsir düşür. O, 1943-cü ildə 20-dən çox azərbaycanlı döyüşçü ilə birlikdə işçi qüvvəsi  kimi alman işğalında olan Hollandiyaya göndərilir Osterveyk qəsəbəsində hərbi qurğuların tikintisinə cəlb edilir. Bir müddət sonra o, ilk dəfə əsirlikdən qaçır Hollandiya partizanlarına qoşulur. Qarşıda onuMedoləqəbi ilə Hollandiya  Müqavimət Hərəkatında böyük döyüşlər, savaşlar gözləyirdi. O, Avropanın  faşizmdən azad edilməsində, Hollandiyanın azad edilməsində böyük hünərlər göstərir. Əfsanəvi partizanın dəstəsi alman faşist hərbi birləşmələrinə, qərargahlarına, rabitə mərkəzlərinə qəfil hücumlar edir, faşistləri daim qorxuda saxlayırdı.

 

Müharibədən sonra M.Məmmədov faşizmdən azad edilməsində böyük hünərlər göstərdiyi Hollandiyada qalmağı qərara aldı. Bilirdi ki, Vətənə qayıdacağı təqdirdə ya güllələnəcək, ya da sürgün olunacaq.

 

Hollandiyanın Osterveyk şəhərində məskunlaşan Məmməd hələ əsirlikdə olduğu zaman sevdiyi holland qızı Mariya ilə ailə həyatı qurur. Bu nigahdan onların bir qızı olur. O, bircə övladına anası-Nənəxanımın adını verir. O, ailəsində yalnız Hollandiyaya deyil, Azərbaycana da sevgi hisslərini tərbiyə edə bilmişdi. Ölənəcən stolunun üstündə müqəddəs kitabımız “Quran” olmuşdu.

 

İgid həmyerlimiz müharibədən sonra Hollandiyada aparılan quruculuq işlərində iştirak etmiş, dinc həyatda nümunəvi çalışqan bir vətəndaş olub. O, bir müddət Nevelo şəhərində uşaq futbol klubunun məşqçisi işləyib.  Kim bilir, ustalıqlarına heyran qaldığımız Hollandiya futbolçularından hansı birisə yaşıl meydanda ilk addımlarını məhz M.Məmmədovun məşqçiliyi ilə atıb.

 

Əfsanəvi partizan Məmməd Məmmədovun - “Medo”nun qəbri Hollandiyanın Osterveyk şəhərindədir. O, həm bu şəhərin ilk fəxri vətəndaşıdır. Onun arzularını, ömür yolunu indi qızı Nənəxanım (Nensi) nəvəsi Sabrina davam etdirirlər.

 

Ruhun şad olsun, igid partizan, əziz həmyerlimiz!

 

Qeyd 1: Yazı ssenari müəllifləri Elxan Ələsgərov Tahir Əliyev olanSəlnaməsənədli filmlər studiyasının istehsal etdiyiMedo Hollandiyadadırfilminin materialları əsasında hazırlanıb.

 

Qeyd 2: 2012-ci il iyun ayının 27-də Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Hollandiyanın Osterveyk  şəhərində Məmməd Məmmədovun  abidəsinin təntənəli açılış mərasimində iştirak edib.

 

525-ci qəzet.- 2015.- 9 may.- S.30