“Tolerantlıq və multikulturalizm əcdadlarımızdan qalan mənəvi mirasdır”

 

BAKIDA “MƏDƏNİYYƏTLƏRARASI DİALOQ VƏ AZƏRBAYCAN MULTİKULTURALİZMİ” MÜZAKİRƏ EDİLİB

 

 

Multikulturalizm həyat tərzimizdir

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Mədəniyyətlərarası dialoq Azərbaycan multikulturalizmimövzusunda dəyirmi masa təşkil edib.

 

Mərkəzin analitika şöbəsinin müdiri Nəriman Qasımzadənin moderatorluğu ilə keçən dəyirmi masada Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, Mərkəzin icraçı direktoru, professor Azad Məmmədov Azərbaycanı, Rusiyanı, Türkiyəni, Böyük Britaniyanı, Litvanı, Gürcüstanı təmsil edən 30-dək alim iştirak edib.

 

BBMM-in icraçı direktoru Azad Məmmədov qonaqları salamlayaraq Multikulturalizm Mərkəzinin yaranması fəaliyyəti barədə qonaqlara məlumat verib: Prezident İlham Əliyevin 2014-cü il 14 may tarixli Fərmanı ilə yaradılan Mərkəzin əsas məqsədi Azərbaycan multikulturalizmi tolerantlığı ənənələrini dünyada təşviq etməkdir. Bununla bağlı biz böyükmiqyaslı layihələr həyata keçiririk. Azərbaycan multikulturalizmi tolerantlığı xalqımızın qanında, genindədir. Bu, bizim mədəniyyətimizlə bağlı mənəvi dəyərdir.

 

Azərbaycan tolerantlığı multikulturalizmi bizə əcdadlarımızdan qalan mənəvi mirasdır. Multikulturalizm Azərbaycan prezidentinin qeyd etdiyi kimi xalqımızın həyat tərzidir”.

 

Nəriman Qasımzadə çıxışında millətlərarası dialoqun multikulturalizmin formalaşmasındakı rolundan bəhs edib. Moderator həmçinin çıxışında Azərbaycan ədəbiyyatında multikulturalizm ənənələrinin öz əksini tapması faktlarını önə çəkib.

 

AMEA-nın Fəlsəfə Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə çıxışında bildirib ki, Azərbaycanda çoxlu azsaylı xalqlar yaşayır ümummilli lider Heydər Əliyevin obrazı bütün bu xalqları birləşdirir. Azərbaycanda multikulturalizm siyasətinə, mədəniyyətinə ideologiyasına olan diqqət yüksək səviyyədədir. Fəlsəfə tarixində multikulturalizm ideyalarıbaşlıqlı məruzəsində mövzu ilə bağlı müxtəlif aspektlərə nəzər salan alim multikulturalizmin inteqrativ problemlərindən söz açıb. İ. Məmmədzadə multikulturalizmi həm fəlsəfi, həm sosioloji, həm kulturoloji baxımdan araşdırmağın vacibliyini vurğulayıb.

 

Tbilisi Dövlət Universitetinin kafedra müdiri Azərbaycan multikulturalizmifənnini həmin universitetdə tədris edən David Qotsiridze müasir Azərbaycanın ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. O, Azərbaycanın multikulturalizm ənənələrinin çoxəsrlik bir dövrü əhatə etdiyini bu siyasətin Azərbaycanda uğurla aparıldığını qeyd edib.

 

İzmir Ege Universitetinin professoru Fikrət Türkmən Azərbaycan multikulturalizmi modelini araşdırdığını bu modelin dəstəklənməsinə ehtiyacın olduğunu bildirib: “Azərbaycanda hüquqi bazası olan hüquqa söykənən bir multikulturalizm anlayışı var. Dünyada bəzən multikulturalizm terminini digər terminlərlə qarışdırırlar. Əslində multikulturalizm ideyası bir müddət başqa anlamların içərisində olub bunlardan biri qloballaşmakimi geniş yayılmış bir anlayışdır”.

 

Litva təmsilçisi professor Vidas Kavaliauskas Azərbaycanda bir neçə dəfə olduğunu Ümummilli lider Heydər Əliyevə həsr edilən bir çox konfranslarda iştirak etdiyini söyləyib. Azərbaycanın demək olar ki, bütün regionlarında olan professor V. Kavaliauskas buradakı multikulturalizmin tolerantlığın şahidi olduğunu deyib.Dilçiliyə GİRİŞ” fənnini tədris etdiyi üçün tələbələrinə nümunə kimi dünyanın bir çox dillərində 50 söz toplamaq məqsədi ilə professor V. Kavaliuskas ləzgilərlə, udinlərlə, talışlarla, tatlarla bir neçə azsaylı xalqların nümayəndələri ilə görüşüb. O, görüş zamanı onların həm öz dillərində, həm vətəndaşı olduqları Azərbaycanın dövlət dilində sərbəst danışdıqlarının şahidi olduğunu deyib.

 

Multikulturalizm Mərkəzinin müşaviri Aynur Bəşirli bildirib ki, Azərbaycanda etnik qrupların mədəniyyəti, dilləri folklorları qorunub inkişaf etdirildiyini diqqətə çatdrıb. Bu məqsədlə ölkədə tədbirlər, proqramlar layihələr həyata keçirildiyini vurğulayıb.

 

Multikulturalizm müasir dünya üçün qaçılmazdır. Multikulturalizm dünyada baş verən siyasi, geosiyasi, iqtisadi mədəni proseslərə öz təsirini göstərir. Multikulturalizm yeni mühit yaradır hər zaman fərqli formalarda olur”. Bu fikirləri isə dəyirmi masada Litvanın Kazimeras Simonavicius Universitetinin rektoru, professor Arunas Augistinaitis səsləndirib.

 

AMEA-nın Fəlsəfə Hüquq İnstitutunun direktor müavini Roida RzayevanınMultikulturalizm dialoq mədəniyyəti kontekstindəməruzəsi xüsusi maraqla qarşılanıb.  Məruzədə multikulturalizmin xalqımızın milli identikliyinin bir nüansına çevrilməsi, multikulturalizmin Azərbaycanda çoxəsrlik yaşam tərzi kimi formalaşmasından bəhs olunub: “Etnik, milli mədəniyyətin, alt mədəniyyətlərin polifoniyası müxtəlif  yaranma xassəsinə, müxtəlif təşkilat fəaliyyət üsullarına görə yeni mədəni kontekstdə legitimləşir.

 

Multikulturalizm plüralistik cəmiyyətin içində ictimai tolerantlığa yönəmli dünyagörüşü mövqeyidir.

 

Özgə”ni sadəcəbaşqa”sına  çevirən multikulturalizm konteksti hər bir mədəni vahidin ictimai yaşama mühitinin mental sərhədlərinə hörməti nəzərdə tutur. Postmodern dövrü multikulturalizmin məna yükünü, onu yalnız etnik müxtəlifliklə deyil, həm müxtəlif həyat tərzləri, istiqamət mədəni təmayüllərin müxtəlifliyi ilə zənginləşdirərək genişləndirilir. Bu anlayış bir-birindən fərqli, lakin cəmiyyətin dəyər əsasları ilə bağlı olan ictimai formaların qarşılıqlı əlaqəsinin həyata keçdiyi cəmiyyətin mental sərhədlərinin mövcudluğunu nəzərdə tutur. Beləliklə, multikulturalizmin postmodern ilə əlaqələndirilməsi onun, demək olar ki, dəyər istiqamətləri ilə həmahəng olan bütövlükdə, onun mentallığını səciyyələndirən postmodernin plüralistik görüşünə uyğun gəlir”.

 

Alim müxtəlif sintezlərdən qazandığımız dəyərlər nəticəsində bir çox xalqlarla müqayisədə Azərbaycan identikliyinin multikulturalizm, tolerantlıq üçün həm əlverişli, həm eyni zamanda müasir dövr üçün çox aktual olduğunu diqqətə çatdırıb: “Avropa tolerantlığı bizim milli  xüsusiyyətə çevrilmiş tolerantlıqdan fərqlənir. Bu fərqlər ondan irəli gəlir ki, tolerantlıq Avropada daha çox haqq, hüquq müstəvisində qabarıq şəkildə özünü göstərir. Azərbaycanda isə bu, həm qanunlar çərçivəsində işləyir,  həm bu artıq milli xarakterimizdə oturuşub. Avropada başqasının haqqı tapdalanmasa da ona başqası olduğu hiss etdirilir. Amma Azərbaycanda belə deyil heç zaman belə olmayıb.

 

Tolerantlıq, multikulturalizm artıq bizim milli identikliyin bir nüansıdır, amilidir. Biz cəmiyyət olaraq bütövlükdə tolerant olmuşuq həmişə bu cür yaşamışıq. Bu da milli birliyi təmin edir. Bu gün dövlətin əsas xətt kimi götürdüyü azərbaycançılıq məfkurəsi ona dəlalət edir ki, biz heç bir etnik, milli, dini mənsubiyyətə görə bir başqa insanı fərd ya cəmiyyət olaraq xor görməmişik onların hüquqlarını pozmamışıq.  Bu hazırda bizim dövlətimizin ideologiyasıdır. Azərbaycançılıq məfkurəsi bütövlükdə milli birliyin məfkurəsidir. Milli dini birliyin qorunub saxlanması üçün dövlət böyük işlər həyata keçirir.

 

Multikulturalizmlə bağlı ölkəmizin ev sahibliyi etdiyi tədbirlər, dövlətin apardığı siyasət bunu göstərir.

 

Bütün bunlar sübut edir ki, dövlət bununla bağlı ardıcıl siyasət aparır. Cəmiyyətə qaldıqda isə, bizim bu gün daha çox şüurlu, dünyagörüşü geniş olan, özünü inkişaf etdirən, dərk edən, mütaliə edən, öyrənən, müşahidə edən və bunların əsasında təhlil etməyi bacaran bir cəmiyyətə ehtiyacımız var. İnanıram ki, bu qabiliyyət günü-gündən bizdə daha yaxşı inkişaf edəcək. Təhliletmə qabiliyyəti inkişaf etmiş insan həm milli, həm də dini birliyə nail olar, eyni zamanda onu qoruyaraq inkişaf etdirər”.

 

Qərb Universitetinin müəllimi Svetlana KurteşMultikulturalizm haqqında bir neçə sözmövzusunda məruzə ilə çıxış edib.

 

Bakı Slavyan Universitetinin multikulturalizm kafedrasının müdiri Aytən Qəhrəmanova rəhbərlik etdiyi kafedranın fəaliyyətindən söz açıb.

 

Dəyirmi masada səslənən çıxışlarda multikulturalizmin mədəni dialoqda əhəmiyyəti, Şərq-Qərb mədəniyyətinin multikulturalizm ənənələrinin formalaşmasında rolu, multikultural vəziyyətin iqtisadi aspektləri, mədəniyyətlərarası dialoqda tolerant münasibətlər haqqında ətraflı söhbət açılıb.

 

Tədbirdə multikulturalizmin və tolerantlığın Azərbaycan xalqı üçün önəmindən bəhs edən sənədli film nümayiş etdirilib.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 9 may.- S.23.