Qəhrəman şəhər
Dörd
il açılmayıb
burda könüllər,
Dörd
il Bakıda da
yaz olmayıbdır.
Qəhrəman şəhərin çəkdiklərindən
Bakının çəkdiyi az olmayıbdır.
Oynamaq olmazdı çiçəklə,güllə,-
Onu ana Vətən haraylayırdı.
Cəbhədə birinə atılan
güllə,
Arxada bir nəsil yaralayırdı.
Bakı
qılınc kimi qalmadı qında,
Sıyrıldı kədərin, min qəmin
üstə,
Tankın,
təyyarənin matorlarında,
Bakı yeriyirdi düşmənin
üstə.
Axırdı cəbhəyə qara
seliylə,
Dilə
də gətirməz əzabını o,
Atılan
topların alov əliylə
Cəbhəyə yazmışdı öz adını o.
Bakı
neçə-neçə cəbhə
yarırdı,
Yolu irəliydi,
yalnız irəli,
Bir əli torpaqdan neft çıxarırdı,
Bir əli cəbhədə yanırdı,bəli!
Yuxada ən ağır top, tanklarıyla
Düşmən yer üzündən pozmuşdu onu.
Fürer
qan qoxuyan dırnaqlarıyla
Hələ xəritədə cızmışdı
onu.
Dönün o illərə, bir
salın nəzər,
Barı o günləri düşünün,
anın.
Bir neft dənizinə dönmüşdü Xəzər,
Hələ də neftlidir suları onun.
Şöhrət istəməyir bu
qəlbi dəniz,
Onda ünvanı
var hər gələn yazın.
Qəhrəman şəhərlər cərgəsində siz,
Yazın!
Bakının
da adını yazın!
Nüsrət KƏSƏMƏNLİ
525-ci qəzet.- 2015.- 9 may.- S.22.