Od dastanı... Yurd dastanı...

 

 

2015 -ci il aprelin 26-da Bakıda ilk Avropa Olimpiya oyunlarının Atəşgahda məşəlinin möhtərəm prezident İlham Əliyev tərəfindən yandırılması münasibətilə

 

Əsrlərdən  keçdi, gəldi,

Sənin əlin tutan məşəl!

Yuxulardan uçdu, gəldi,

Sənin əlin tutan məşəl!

 

Bir sevinci min eylədi,

Gör bir bizi kim eylədi?

Arzuları çin eylədi,

Sənin əlin tutan məşəl!

 

Cənab İlham Heydər oğlu.

Yerlər oğlu! Göylər oğlu!

Budur Yerlər, Göylər Odu-

Sənin əlin tutan məşəl!

 

Əməlindən şölələnib,

Amalından şölələnib,

Kamalından şölələnib,

Sənin əlin tutan məşəl!

 

Elə yanır, sönməyəcək,

Endim, deməz, deməyəcək!

Elə qalxıb, enməyəcək,

Sənin əlin tutan məşəl!

 

Ağdamlıdır, Şuşalıdır,

Təbriz, Dərbənd, Borçalıdır.

Min illərin məşəlidir,

Sənin əlin tutan məşəl!

 

Yanar çağdan alovlanır,

Yanar haqdan alovlanır,

Yanardağdan alovlanır,

Sənin əlin tutan məşəl!

 

Məşəlləşmiş növrağımdır,

Məşəlləşmiş torpağımdır,

Məşəlləşmiş bayrağımdır,

Sənin əlin tutan məşəl!

 

Haqq-hesabı soracaqdır,

Düşmən bağrı yaracaqdır.

Qarabağı alacaqdır,

Sənin əlin tutan məşəl!

 

Yas paltarın soyundurub,

Bayram donu geyindirib.

Millətini sevindirib,

Sənin əlin tutan məşəl!

 

Qələbələr gətirəcək,

Bizi bizə yetirəcək,

Çox məşəllər götürəcək,

Sənin əlin tutan məşəl!

 

İstər sevgilər çox olsun,

İstər sevgilər şah olsun!

Qoymaz sevgilər yıxılsın,

Sənin əlin tutan məşəl!

 

İmzasını nəyə qoymaz,

Amalı ölməyə qoymaz,

Bir odu sönməyə qoymaz,

Sənin əlin tutan məşəl!

 

Yurd dastanı yaz, der, mənə,

O dastanı yaz, der, mənə!

Od dastanı yaz, der, mənə,

Sənin əlin tutan məşəl!

Aya qalxıb, Günə qalxıb,

Şölələnər yenə qalxıb,

İnsanlıq naminə qalxıb,

Sənin əlin tutan məşəl!

 

Maşallah gözəldi, elə,

Gəzdiyim əsərdi elə!

Mən deyən məşəldi elə...

Sənin əlin tutan məşəl!

 

Təzə baxça- bar deməkdir.

Təzə sabahlar deməkdir,

“Allah bizə yar!” -deməkdir,

Sənin əlin tutan məşəl!

 

Tövrat- Varlıq kitabıdır,

Quran- Xaliq kitabıdır.

Təzə tarix kitabıdır,

Sənin əlin tutan məşəl!

 

Budur oyun qaydam, deyir,

Budur mənim faydam, deyir.

“Bu meydan, bu şeytan!” deyir,

Sənin əlin tutan məşəl!

 

Gəzənlər gəzə fatehi,

Göstərə bizə fatehi.

Dünyanın təzə fatehi-

Sənin əlin tutan məşəl!

 

Ay Eşqidi, Gün Eşqidi,

Ay eşidir, gün eşidir!

Şərqdən doğan Günəşdi ki,

Sənin əlin tutan məşəl!

 

Dünyanın sevinc yaşıdı,

Kəbənin qan qardaşıdı,

Həcərül Əsvəd daşıdı,

Sənin əlin tutan məşəl!

 

Xoş günlərçün yarışdadır,

Hər addımda, qarışdadır.

Səngərdədir, döyüşdədir,

Sənin əlin tutan məşəl!

 

Haqqın bizə nəzəridi,

Səhərlərin səhəridi.

Zəfərlərin zəfəridi,

Sənin əlin tutan məşəl!

Babaların öz odudu,

Alov odu, köz odudu.

Babaların şad ruhudu,

Sənin əlin tutan məşəl!

 

Olub Yer, Göy - Azərbaycan,

O tay, bu tay- Azərbaycan!

Bütöy... bütöy Azərbaycan,

Sənin əlin tutan məşəl!

 

Hoyumuza çatıb bizim,

Könlümüzə yatıb bizim.

Əlimizdən tutub bizim,

Sənin əlin tutan məşəl!

 

Yerlərin qatından çıxdı,

Göylərin bətnindən çıxdı.

Atəşgah odundan çıxdı,

Sənin əlin tutan məşəl!

 

Odlar yurdudu, bilirəm,

Qalib ordudu, bilirəm.

Bəşər Odudu, bilirəm,

Sənin əlin tutan məşəl!

 

Gücümüz yanmağa çatdı,

Haqqa inanmağa çatdı.

Bir ilkə imza atdı,

Sənin əlin tutan məşəl!

 

İnsanı bərk-bərk tutubdu,

Yox! Günəşi tək tutubdu!

Məşəl yox, ürək tutubdu,

Sənin əlin tutan məşəl!

 

Hamı bilir, işin haqdı,

Zülmətləri bu haqq boğdu,

Məşəli təzədən doğdu,

Sənin əlin tutan məşəl!

 

Məşəl -sevinc, məşəl- zəfər,

İstəyəni məşəl edər!

Yanacaq Məhşərə qədər,

Sənin əlin tutan məşəl!

 

04.05.2015

 

Barat VÜSAL

525-ci qəzet.- 2015.- 9 may.- S.20.