Heydər Əliyev irsinin
tədqiqi məsələləri mövzusunda
elmi konfrans keçirilib
Mədəniyyət və Turizm Nazirliyi, A.A.Bakıxanov adına
Tarix İnstitutu və Milli Kitabxana
“Ulu öndər Heydər Əliyev irsinin tədqiqi məsələləri” mövzusunda
elmi konfrans təşkil edib.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq sözü Mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyevə verib.
V.Əliyev Azərbaycan Respublikasının
müstəqilliyinin yenidən
bərpa olunmasında,
bütün sahələrdə
gedən quruculuq işlərində Azərbaycanın
bugünkü səviyyəyə
gəlib çatmasında
Heydər Əliyevin əvəzsiz xidmətlərindən
bəhs edərək deyib ki, ulu
öndərin 1993-cü ildə
Azərbaycan rəhbərliyinə
qayıdışı ilə
ölkənin ictimai-siyasi,
sosial, iqtisadi, elmi-mədəni həyatında,
beynəlxalq əlaqələrdə
dönüş yaranıb,
elmi əsaslara, beynəlxalq norma
və prinsiplərə
uyğun müstəqil
dövlət quruculuğu
prosesi başlanıb.
O, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasını qoyduğunu, aparılan daxili siyasətin Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etdiyini və öz rifahını yaxşılaşdırmaq imkanları yaratdığını, ulu öndərin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına nail olduğunu vurğulayıb.
Sonra Kərim Tahirov “Milli Kitabxananın inkişafının Heydər Əliyev mərhələsi”, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov “Heydər Əliyev: dünya tarixinin azərbaycanlı dahisi”, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Heydər Əliyev irsinin təbliğində Milli Kitabxananın rolu”, A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov “Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda Heydər Əliyev irsinin öyrənilməsi sahəsində aparılan tədqiqatlar və bunun nəticələri” mövzusunda çıxış edib.
Milli Kitabxananın şöbə müdiri Adilə Abdullayevanın “Heydər Əliyev və kitabxana işi”, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun “Heydər Əliyevin neft strategiyası”, Tarix İnstitutunun elmi işçisi Leyla Hüseynovanın “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri” mövzusunda çıxışları dinlənilib. Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova “Heydər Əliyev. Mədəniyyətimizin hamisi” adlı elektron məlumat bazasını təqdim edib.
Tədbir iştirakçıları “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti-Heydər Əliyev” adlı geniş kitab sərgisiylə tanış olublar.
525-ci qəzet.- 2015.- 9 may.- S.17.