“Dünya ədəbiyyatı”nın
bu il üçün
ilk sayı çapdan
çıxıb
DƏRGİNİN RUS ƏDƏBİYYATINA HƏSR OLUNMUŞ 320 SƏHİFƏLİK BU SAYI 50-yə QƏDƏR MÜƏLLİFİN YARADICILIĞINI ƏHATƏ EDİR
Azərbaycan Yazıçılar Biriyinin
təşəbbüsüylə nəşr olunan “Dünya ədəbiyyatı”
dərgisinin bu özəl sayı bütünlüklə rus
ədəbiyyatına həsr
edilib.
Bununla
biz nəsrimizə, dramaturgiyamıza
səmərəli təsir
göstərmiş böyük
bir ədəbiyyat qarşısında mənəvi
borcumuzu ödəmək,
həm də Azərbaycan oxucularını
zəngin rus ədəbiyyatının ən
səciyyəvi çağdaş
örnəklərinin bir
qismiylə tanış
etmək məqsədi
güdmüşük...” - Bu fikirlər Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anarın
qurumun Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin nəşri
olan “Dünya ədəbiyyatı” dərgisinin
yeni sayındakı təqdimat yazısında
yer alıb.
Xalq yazıçısı Anar
tamamilə doğru olaraq qeyd edir
ki, XX əsr rus ədəbiyyatının
bütün genişliyini
dərginin bir sayında əhatə etmək mümkün deyil: “Bu sayın əsas ağırlığını
altmışıncılar ədəbi
nəsli və onlardan sonra gələnlər daşıyır...
Bir sözlə, XX əsrin ikinci yarısı və XXI əsrin başlanğıcını əhatə
edən geniş bir panoram. İki mühüm sənəd -
Aleksandr Soljenitsının
Yazıçılar Qurultayına
müraciəti və
Aleksandr Fadeyevin intihar məktubu dövrün simasını
aydınlaşdırmaq və
yazarın cəmiyyətdə
yerini müəyyənləşdirmək
baxımından xüsusilə
önəmlidir”.
“Dünya ədəbiyyatı”nın baş redaktoru, tərcüməçi
və esseist Seyfəddin Hüseynlinin sözlərinə görə,
dərginın 2015-ci il
üçün ilk sayının
məhz rus ədəbiyyatına həsr
olunması ilin əvvəlindən nəzərdə
tutulubmuş və mövcud imkanlar hesabına müəyyən
iş görülübmüş. Ancaq Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
sədri, tanınmış
şair və tərcüməçi Səlim
Babullaoğlu ilə Azərbaycan-Rusiya Mədəniyyət
və Həmrəylik
Mərkəzi
İdarə Heyətinin
sədri Namiq Şahpələngovun aprelin
4-də keçirilən görüşü,
imzaladıqları əməkdaşlıq
memorandumu dərgi üzərində iş üçün önəmli
təkan olub. Nəticədə, “Dünya
ədəbiyyatı” dərgisinin
yeni sayının həcmcə daha geniş (320 səhifə)
və daha əhatəli (50-yə yaxın
müəllif) alınmasına , xüsusən rus ədəbiyyatının ən
yeni dövrünə
aid nümunələri də
ehtiva etməsinə imkan yaranıb.
Baş redaktor S.Hüseynli bildirib ki, “Dünya ədəbiyyatı” dərgisinin
bugünlərdə çapdan
çıxmış sayı
rus ədəbiyyatının
1950-ci illərdən günümüzə
qədər olan mühüm bir dövrünü əhatə
edir. Yaradıcılığı ya qismən,
ya da tamamilə
bu dövrə düşən rus ədiblərinin seçmə
əsərləri - hekayələr,
şeirlər, xatirələr,
məktublar, çıxışlar,
məruzə, müsahibə
- dərginin yeni sayında öz əksini tapıb.
Bu ədiblər Aleksandr Soljenitsın, Vasili Belov, Yuri Trifonov, Varlam Şalamov, Vasili Aksyonov, Aleksandr Yaşin, Vasili Şukşin, İlya Erenburq, Aleksandr Fadeyev, Fazil İskəndər, Viktoriya Tokareva, Sergey Dovlatov, Viktor Pelevin, Roman Sençin, Zaxar Prilepin, Yuz Aleşkovski,
Yuri Kazakov, Yevgeni Yevtuşenko, Andrey
Voznesenski, Robert Rojdestvenski, İosif Brodski, Yevgeni Reyn, Vladimir Vısotski, Bulat Okucava, Bella Axmadulina, Rimma Kazakova, , Vladimir Sokolov, Nikolay Rubtsov, Vasili Kazantsev, Gennadi Aygi, Dmitri Priqov, Timur Kibirov, Mixail Sinelnikov, Sergey Qandlevski, Lev Rubinşteyn,
Sergey Qlovyuk, Mixail Qronas, Polina Andrukoviç, Andrey Monastırski, Mariya Stepanova, Vsevolod Nekrasov, Nikolay Baytov və digərləridir. Bu müəlliflər
arasında əsərləri
ana dilimizdə ilk dəfə nəşr olunanlar da az deyil. Dövrün
ədəbi mənzərəsi
barədə dərgidə
iki analitik yazı, müəlliflərin
bioqrafiyası barədə
müfəssəl məlumat
verilib. “Dünya
ədəbiyyatı”nın
bu sayında əhatə edilən dövrə aid illüstrativ
materiallar - rəsm əsərləri, film və
tamaşalardan fotokadrlar
da var.
Rus ədiblərinin əsərləri
Xalq yazıçısı
Anar, Xalq şairi Xəlil Rza, Səyavuş Məmmədzadə, Aslan Qəhrəmanlı, Hüseynbala
Mirələmov, Asif Hacıyev, Səlim Babullaoğlu, Cavanşir Yusifli, Elçin Hüseynbəyli, Qoca Xalid, Azad Yaşar, Seyfəddin Hüseynli, Qismət, Rəbiqə Nazimqızı, Mətanət
Vahid, Nəcibə Bağırova, Şəfiqə
Şəfa, Könül
Həsənqulu, Günel
Şamilqızı və
Könül Nəhmətovanın
tərcüməsində çap
olunub.
“Dünya ədəbiyyatı”
dərgisinin yeni sayının - rus ədəbiyyatına həsr
edilmiş buraxılışının
təqdimat mərasiminin
mayın 20-də saat
14:00-da Azərbaycan Yazıçılar
Birliyinin “Natəvan” klubunda keçirilməsi nəzərdə tutulub.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 9 may.- S.16.