O qara
tellərə dən düşüb daha
Yazı yazan səni necə qarğıyım?
Hərdən ümid olmur çıxam sabaha.
Bu dərdi sinəmdə
necə saxlayım?
O qara tellərə dən düşüb daha.
Hələ həyatımı başlamamışam,
Könlüm istəyəntək yaşamamışam,
Hələ bircə dəfə
oxşamamışam,
O qara tellərə dən düşüb daha.
Gərək gecikməyim bu
son qatara,
Bəlkə xoşbəxtliyə məni
apara.
Etibar qalmayıb dövrə, həyata,
O qara tellərə dən düşüb daha.
Bu eşq məni dağa-daşa salacaq,
Məcnunlara, Fərhadlara qoşacaq.
Şahin
dözmür, səni
alıb qaçacaq,
O qara tellərə dən düşüb daha.
Nə susmusan, bir cavab
ver, sevgilim
Ürəyində fikrin var, de bilim,
Mən istərəm
sevdiyimtək sevilim.
Razı
olma bu dərd
altda əyilim,
Nə susmusan bir cavab ver
sevgilim.
Sağ yanaqda bir xalın
var, qaradır,
Gəl bax könlüm çalın-çarpaz
yaradır.
Gəl özün de, qəlbinə
yol hardandır,
Nə susmusan bir cavab ver
sevgilim.
Şahinəm, dərd məni
haldan salıbdı,
Xəstə könlüm fikir, xəyal alıbdı.
Gözüm elə qapınızda
qalıbdı,
Nə susmusan,
bir cavab ver sevgilim.
Şahin HƏZİLİ
525-ci qəzet.- 2015.- 13 may.- S.8