Yarpaq tökümü və
yaxud düşüncələrim...
“... İnsan öz kədərini bölüşəndə - kədər
kiçilir,
Sevincini bölüşəndə - sevinc
böyüyür...”
Sən elə Yaxşı İnsansan ki, səndən küsmək
də günahdır
lll
Dualar hər İnsanın qəlbinə dolmur və hər insanın da dilinə gəlmir
lll
Yadında saxla ki, MƏscidin qapısını
təkcə sənin üçün açıq qoymayıblar...
lll
Kimin yanında ağlamağını,
kimin yanında şadlanmağını bilməlisən
lll
ÇörƏyi kəsən bıÇaqla
baş kƏsmƏzlƏr!
lll
Yara var qan gətirər,
yara var Çirk...
lll
HörmƏt və ehtiramı
özündən hürkütmə
lll
KönlündƏn qırılan teli
Barmaqla bağlamaq olmaz
lll
Səbəblə Bəhanə yerini
dəyişəndə pƏrdƏ
tez yırtılar
lll
Ətrafında gördüyün sƏhvlƏri
qƏlbindƏki qƏbristanlıqda
dəfn elə
lll
YerdƏ
yeriyərlər, GöydƏ
uçarlar... Sən nə yeriyə bildin, nə uça ...Yolun haradır belə?..
lll
Əlini
özün yudun, bəs qƏlbini kim yuyacaq?..
lll
Vurdun - yaralama, yedin - paralama
lll
SƏsini
kəsə bilməyən
sözünün də
qədrini bilməz
lll
Üzüntülü yaşamaq - iynənin ucuyla gor eşmək - eyni şeydir
lll
DƏrdlƏr yaradıb sƏslƏri...
lll
Əxlaq Çat versə, bitişməz
lll
Hər şey insanın gözündədir: yaş
da, yas da,
qəzəb-nifrət də,
dərd-ələm də...
lll
Pul xərclənər, söz
qazanar
lll
ÜrƏyin ağrısını dil bilər
lll
Tanımadığın yuvanı qurdalama
lll
Vay o günə ki, əlimyandıda yana
Əlin...
lll
AilƏ
və dostluq münasibətlərində bezdirmədən
və pərdə yırtmadan yaşa... Sonrası gec və çətin olar
lll
Bir dolu Mədədən başqa nə qədər yeyə bilərsən, adam balası?..
lll
Gileyli adamın nə gözü doyar, nə də ağzı düzələr
lll
Həyatda heç nə -
nə yaşamaq, nə kədər, nə sevinc, nə şöhrət - heç biri ƏbƏdi deyil!
lll
ÜrƏyindƏn keçən hər
Duyğunu dilƏ gətirmək olmaz
lll
Uşaq
ona etiraz edən böyüyü heç vaxt sevməz!
lll
Yallanmaqdan ötrü hallanma!
lll
Danışmasan da, sƏni duyuram, görürəm...
və eşidirəm...
lll
Gəzdiyin yerlƏ öldüyün
yerin arası bilirsənmi nə qədərdir?..
lll
Yeriyib duranda da, danışıb
güləndə də
sƏmtini bil
lll
ŞƏrait elə gətirir
ki, bəzən insan özünü özündən qoruya bilmir
lll
Özünü daşıya bilmirsən, şƏlƏni
hara aparırsan?!
lll
ÇörƏk qapını özü axtarır və özü də seçir. QismƏt də Allahdandır!..
lll
Rahat yata bildiyin bir
gecəlik Yuxun da qənimətindir
lll
Bilirsənmi, bəzən xəbərin olmadan bədnəzəri və paxılı özün yaradırsan və özünlə də daşıyırsan
lll
Dostun dərdinə şərik
olmaq, sirrini bilib qorumaq - ağır bir Məsuliyyətdir və həm də şərəflidir.
lll
İddialı, təkəbbürlü Adam evinə,
ailəsinə çörək
qazanmaq yolunda çox məşəqqətlər
və əzablar çəkməli olur...
lll
Sən Vaxtın dalınca yox, Vaxt sənin
dalınca qaçırsa - qazancın sabun köpüyü kimi olacaq
lll
Danışmazdan əvvəl bir
fikirləş - Söz
sənin harandan gəlir?..
lll
Qabaqda getmƏk heç də hamını və hər şeyi qabaqlamaq deyil
lll
QƏzƏbli Adam təmkinli və səbirli
ola bilməz, təmkinli söhbət də apara bilməz
lll
İlk tƏƏssüratı dəyişmək
təzədən doğulmaq
qədər çətindir
lll
Yolda yeriyəndə yadından
çıxarma ki, bu, həm də
başqalarının gedəcəyi
yoldur...
lll
Adını çəkmirlərsə, özünü yada salma
lll
Əndazəli münasibət, ehtiyatlı
və təmkinli davranış - hər zaman İnsanın Qazancı və Yaraşığıdır
lll
Adını yaza bilməyən Dadını
da bilməyəcək
lll
Sırtıq adam üçün MƏsafƏ
yoxdur
lll
Yuxudan duran kimi niyə
ilk əvvəl gözünƏ
su vurursan?..
lll
Dünyanın Əbədi olmadığını
min kərə görən,
eşidib bilən insan niyə bircə
an da sakitləşə
bilmir?
lll
Adının qabağında əməlinin
dadı varmı?
lll
Nə Sevinc, nə də Kədər - fərdi ola bilməz
lll
Səndən ötən də
səndən ötrüymüş...
lll
Salam Allahındır, ehtiram sənin
lll
Borcunun yox, borclunun qayğısına qal
lll
ÖzünƏ güvənmə, elinƏ
güvən!..
lll
Bütün savaş və qırğınlar Qarın,
Qadın və Torpaq üstündədir...
lll
Boğazının damarları dərddən
şişər, ayağının
damarları azardan...
lll
Qəzəbin Əzabını çox
çəkəcəksən...
lll
Yeriyəndə Toz qaldırma, yatanda Səs çıxarma...
lll
Hamı
Dünyanın Faniliyindən
danışır, amma
heç kim
boşalmır... və
dayanmır...
lll
Əlin
urvatı ayrıdır,
ayağın urvatı
ayrı...
lll
Qalx ki qaldırasan. Qaldır ki, qalxasan !
lll
HƏyatını qurandan sonra dönüb münəccimlik
etmə, unutma ki, hər gün
və hər an öz şərtlərini
diqtə edir...
lll
Uzanmağını başa düşdüm, bəs niyə belə enlənirsən, adam balası?..
lll
Yerlə
Göydən xəbərsiz
və gizlin heç nə yoxdu bu dünyada...
Hər şey Yerlə Göyün arasındadır...
lll
Sevinən İnsan da, Ağlayan İnsan da : ikisi də birdir - bir mənbədən, bir duyğu bulağındandır. Baxır Taleyin gƏrdişinƏ...
lll
Əmim
deyərdi ki, həpənd köpəyoğlu, dalıma
minməyin cəhənnəm,
ta ürəyimdən
niyə sallanmısan?..
lll
Dilini dinc saxla, qƏlbini
açıq; Allah Qismətini
yetirəcək!..
lll
Əlini
əllə tut, dalını
dalla qoru
lll
Atılan
güllələr də,
deyilən sözlər
də yiyƏsini yaxşı tanıyır
və tez də tapır
lll
Allahın Bəndəsi onun
Quludur, bəs sənin Qulun necə,
Allahın Bəndəsi deyil?..
lll
Nə Adın Yadın deyil, nə də ağzındakı Dadın - qədrini bil
lll
Yağış yağdıra bilmirsənsə,
guruldamağına, dualarına
nə gəlib?..
lll
Ən unutqan yaddaş sahibi elə Dünyanın özüdür
lll
SƏnin
deyildi, SƏnin də olmadı...
lll
MƏn
o qədər HƏSSASAM ki,
Sənin üzündən
keçən xəfif
paxıllıq küləyini
də görürəm...
lll
İrad
- əslində İnsanı
özünə qaytarır və özünü göstərır
lll
Ən asanı Sual verməkdir, ən çətini Cavab... Hər suala cavab verməzlər, çünki taleyin həm də həmin cavablardan asılı
ola bilər...
lll
Elə Yalan var ki,
sənə dəxli olmasa da, sənin
dilindən deyilməsə - yaxşıdır
lll
Pulu kim qazanırsa, şərtləri
də o diqtə edir...
lll
KƏdƏrli anlarda İnsan bulaq kimi saflaşır
lll
SƏnin
Ahın dağlara-daşlara
dəyib, bəs bu Dağların-Daşların
ahı kimə və hara dəydi?..
lll
Ey Ulu
Tanrı! Məni illər uzunu yataq xəstəsi kimiyatırdıb
öldürmə, yıxıb öldür!
Mən yataq xəstəsi olmaq
istəmirəm!!!
İmamverdi İSMAYILOV
525-ci qəzet.- 2015.- 13 may.- S.6.