Zəlimxan Yaqubdan daha bir poeziya
toplusu
Bugünlərdə Xalq şairi Zəlimxan Yaqubun daha bir kitabı
işıq üzü
görüb.
"Dünya çiçək,
insan oğlu arıdı" adlanan bu kitabda şairin
son iki ildə yazdığı və indiyədək çap olunmuş heç bir kitabına daxil edilməyən şeirləri ilə yanaşı, "Dahiləri
belə gördüm",
"Daş və tarix", "Aşıq
Veysəl dünyası",
"Turan sevgisi",
"Şuşa şikəstəsi"
və "Ün"
poemaları yer alıb.
"Şərq-qərb" nəşriyyatında nəfis
tərtibatla çap olunmuş kitabın nəşrə hazırlayanı
və redaktoru Musa Nəbioğludur.
Xatırladaq ki, bu, Xalq şairinin
2015-ci ildə nəşr olunmuş üçüncü şeirlər
kitabıdır. Bundan əvvəl şairin "Qürbət düşüncələri"
və "Mənə ümid kimi bax" kitabları, eyni zamanda Musa
Nəbioğlunun Zəlimxan Yaqub
yaradıcılığına həsr etdiyi
"Sözün Zəlimxan zirvəsi"
adlı kitabı oxucuların ixtiyarına verilib.
525-ci qəzet.- 2015.- 13 may.- S.7.