Səni kim unudar?..
Onunla qiyabi tanışlığım
10 il bundan əvvəl, 2005-ci il yanvar ayının 4-də
"525-ci qəzet"də dərc olunmuş "Sizdən bir də olmayacaq" məqaləsini oxuyandan sonra başladı. Doğrusu, həmin məqalədəki
bir çox cəsarətli fikirləri
ilk baxışdan diqqətimi
çəkdi.
"Dünyamızı pis kişilərin ümidinə
qoymayın, yaşayın,
Şirməmməd müəllim"
- deyən müəllif,
yaxşıların azalacağından
qorxuya düşərək,
30 il əvvələ
qayıdaraq, vaxtilə
hörmətli müəllimimizin
auditoriyada söylədiyi
bəzi məqamları
xatırlatmaqla, yaddaşımızı
təzələmək istəyirdi.
Şirməmməd müəllimin
o vaxt söylədiyi
"kaş ki, insanların vicdanını
göstərə bilən
rentgen kəşf olunaydı, qadınlarla işim yoxdu, əminəm ki, kişilərin çoxu bu rentgendən təmiz çıxa bilməz," - fikrini yada salmaqla, bəlkə də çox şeylər demək istəyirdi... Amma arifə işarə kifayətdir, elə sadaladıqları da yetərincədir...
Nə isə,
o yazıdan sonra Vəsilənin imzası mənim üçün çox doğmalaşdı. Bir dəfə işdə onun yazıları barədə danışanda,
həmkarım Mehparə
Axundova dedi ki, biz Jurnalistika fakültəsində Vəsilə
ilə bir oxumuşuq, o, çox istedadlı və zəhmətkeş jurnalistdir.
Onu da əlavə
etdi ki, heyif Vəsilədən, taleyi üzünə gülmədi, ailə problemlərindən sonra da oğlunun faciəli ölümü
onun həyatını
alt-üst elədi...
Vəsilə ilə tez-tez telefon əlaqəsi saxlayan Mehparə həmişə Vəsilənin
salam söylədiyini
və mətbuatda çap olunan yazılarımızı oxuduğunu
da deyirdi. Doğrusu, o vaxt ağlıma gəlməzdi
ki, zaman keçdikcə, Vəsilə
rəngarəng mövzulu
yazılarıyla mənim
üçün bu qədər doğmalaşa
bilər...
Bu il aprel
ayının 23-də səhər
tezdən iş yerimizdə, Mehparədən
eşitdiyimiz ağır
xəbər - Vəsilənin
ölüm xəbəri
hamımızı kədərləndirdi.
Deməli, ömrüboyu
rastlaşdığı haqsızlıqlarla
barışmayan, dərdlilərin
dərdinə çarə
tapmağa çalışan,
elinin, obasının,
millətinin harayını
təkcə cavabdeh olanların nəzərinə
deyil, eləcə də bütün dünyaya çatdırmaq
istəyən dəyərli
bir insanın, istedadlı qələm sahibinin, zəhmətkeş
bir ananın dərdinə çarə
tapılmadı. O, işıqlı
dünyasıyla, doğmalarıyla
və sirli-sehirli yazıları vasitəsilə
qazandığı saysız-hesabsız
oxucularıyla vidalaşmalı
oldu...
"40 ildir yazırdı,
amma bir kitab da çap
etdirə bilməmişdi",
- söylədi, - Mehparə. Uzun illər
(elə indi də) bizimlə bir kollektivdə çalışan hörmətli
həmkarımız, tanınmış
jurnalist Ülkər xanım Hüseynovanın,
"istəyirsiniz, onun
yazılarını toplayaq,
40-na qədər bir kitab hazırlayaq," - deməsi bizi sanki ağır bir yükün altından xilas etdi. Elə həmin gündən
başlayaraq, onun
"525-ci qəzet" və
"Ədalət" qəzetlərində
çap olunmuş yazılarının elektron
variantını toplamağa
başladıq.
Vəsilənin yazılarını (istər
məqalələri, istər
köşə yazıları,
istərsə də hekayələri, fərqi yoxdur) oxuduqca, onun səbrinə, dərin müşahidə
qabiliyyətinə, hərtərəfli
savadına, cəsarətinə,
ən ümdəsi isə sözün həqiqi mənasında insanpərvərliyinə həsəd
aparmamaq mümkün deyil. Axı, onun toxunduğu,
ürək ağrısıyla
saf-çürük etməyə
çalışdığı problemlərin əksəriyyətini
bizlər də görmüşük və
görürük. Amma...Burada
istər-istəməz, "Hər oxuyan, Molla Pənah olmaz", deyimi yada düşür.
Nə isə...
Vəsilə deyirdi: "Məni
həyatda üç
şey qoruyur: tamahkar, şöhrətpərəst
və küyə gedən olmamağım".
Uzun illər Vəsilə Usubova ilə Sabirabad rayonunda bir yerdə
çalışmış "Muğan-Şirvan" qəzetinin
redaktoru Elçin Xəliloğlunun "Hər
yara sağalar..." məqaləsini oxuyarkən,
özümdən asılı
olmayaraq, kövrəldim,
göz yaşlarımı
saxlaya bilmədim. Təbiətin yaratdığı bu zərif məxluqun
köksündə çırpınan
həssas ürəyinə,
polad iradəsinə, dözümünə heyrətlənməmək
mümkün deyil.
Adıçəkilən məqalədən
sətirlərə diqqət
edin:
"...Tək idi, köməksiz
idi. Otağındakı şkafında həmişə
odeyal saxlayardı.
İşi çox olanda, növbətçi
qalanda, stulları yan-yana düzüb uşaqlarını yatırdar,
odeyalla üstlərini
örtərdi...
Təkotaqlı evdə iki uşağı və bacısı ilə birlikdə yaşayırdı,
amma özünü sındırmamaq üçün
deyirdi ki, mənim evim gözəlliklər məskənidir..."
Vəsilə Usubovanın qələmə
aldığı mövzular
sərhəd tanımır. 20 Yanvar
faciəsindən, Qarabağ
hadisələrindən, Vətən,
torpaq uğrunda canlarını qurban verən insanlar haqqında yazanda da, təbiət hadisələrini təsvir
edəndə də, kiminsə əsəri haqqında fikir söyləyəndə də,
hətta hekayələrində
də onun məğrur siması canlanır oxucunun gözləri qarşısında.
Vəsilə Usubovanın
yazılarının əksəriyyətilə
tanış olan bir oxucu kimi,
mənə elə gəlir ki, onun bütün yazılarında qəmgin
notlar - həyatdan narazılıq üstünlük
təşkil etsə də, gələcəyə
ümidləri sonsuz idi...Bütün mənalı həyatını
mütaliəyə və
yazmağa sərf etmiş bu xanım
təqaüdə çıxandan
sonra ömrüboyu arzusunda olduğu sakit bir guşədə
özünə sığınacaq
quraraq, yazıb-yaratmaq
arzusunun gerçəkləşəcəyinə
çox ümid bəsləyirdi...
Onun yazılarındakı cəlbediciliyin əsas səbəblərindən biri də Azərbaycan dilinin bütün imkanlarından bacarıqla istifadə etməsi və milli adət-ənənələrimizi dərindən mənimsəməsi idi.
Yeri gəlmişkən, deyim ki, Vəsilənin hekayələrini də həyəcansız oxumaq olmur. Çünki bu sətirlərin arxasından bəzən onun öz həyatının müəyyən məqamları da aydın hiss olunmaqdadır. Təsadüfi deyildir ki, onun "Polonez" hekayəsi 2008-ci ildə keçirilən müsabiqədə xüsusi mükafata layiq görülmüşdür.
Sözə həssaslıqla yanaşan Vəsilə xanım yazılarının birində "Söz ovuna çıxmağı yaman xoşlayıram. Heyf ki, yaddaşından "qənimət" götürüləsi qocalar xeyli azalıb, kaş nənələrimin böyründən əl çəkməzdim. Ürəyimdə o qədər suallar var ki..." - deyirdi.
Hər həftəsonu "Ədalət" qəzetində bir-birindən maraqlı, oxunaqlı köşə yazıları çap olunan Vəsilənin niyəsə qəribə bir nigarançılığı da vardı. Unudulmaq, yaddan çıxmaq qorxusu çox düşündürürdü onu. Bəlkə ona görə də yazılarının birinə "Silinmək və unudulmaq" sərlövhəsini seçmişdi...
"Məşhurluğu hərə bir cür istəyir. Kimi göz çıxarmaqdan ötrü, kimi fərqlənməkdən, kimi də yararlanmaqdan ötrü.
Amma məşhurluğun bir gözəl tərəfi də var: özünə çoxlu həmfikir toplamaq, qəlbini tənhalıq sökəndə, haradasa səni tanıyan və düşünən birilərinin olduğuna inanmaq. Bir də ona inanmaq ki, sən heç vaxt silinməyəcəksən, unudulmayacaqsan..."
"Görəsən, biz adi adamlardan bir zərrə də olsa, Kainatda qalacaqmı?!" - deyirdi, - Vəsilə.
Onun həyat və yaradıcılığından tam xəbərdar olan (mənə bu imkanı yaradan elə Vəsilənin yazıları olub. Etiraf edim ki, mən öz yaxınlarım haqqında bu qədər məlumatlı deyiləm. Bu günlərdə məndə elə təsəvvür yaranıb ki, mən Vəsiləni lap uşaq vaxtlarından tanıyıram) bir insan kimi düşünürəm ki, O oxucularının və əziz-lərinin yaddaşından heç vaxt silinməyəcək
Maral Poladova
525-ci qəzet.- 2015.- 15 may.- S.8.