Şair Taleh Həmidlə görüş keçirilib

 

 

Bakının Binəqədi rayonundakı 276 saylı məktəbdə şair Taleh Həmidlə görüş keçirilib.

 

Görüşü giriş sözü ilə məktəbin direktoru Bəhram Şiriyev açaraq, Taleh Həmidin yaradıcılıq yolundan, onun ötən əsrin 70-80-ci illərdə ədəbiyyata uğurlu gəlişindən bəhs edib. Direktor Taleh Həmidin bütün yaradıcılığı boyu sənətə, poeziyaya sadiq qalmasının, bir-birinin ardınca uğurlu əsərlər yazmasının son dərəcə sevindirici hal olduğunu bildirib.

 

Sonra söz şair Taleh Həmidə verilib. O, 276 saylı məktəbin kollektivini şagirdləri salamlayaraq, bu görüşdən olduqca məmnun qaldığını deyib. Taleh Həmid öz şeirlərindən xeyli nümunələr səsləndirib, verilən sualları cavablandırıb. Görüşdə şairin  yaradıcılığından bəhs edən sənədli filmdən fraqmentlər nümayiş olunub, şagirdlərin ifasında şeirlər səslənib.

 

Azərbaycan Respublikasının Əməkdar artisti, Akademik Milli Dram Teatrının aktyoru Sabir Məmmədovun aktrisa Şəhla Əliqızının Taleh Həmid yaradıcılığından söylədiyi şeirlər görüş iştirakçılarının ürəyincə olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin diplomantı Fəridə Məmmədovanın Taleh Həmidin şeirləri əsasında hazırladığı kompozisiyada isə musiqi poeziyanın vəhdəti öz əksini tapıb.

 

Görüşdə Binəqədi rayon Yeni Azərbaycan Partiyasının sədri Ramiz Göyüşovun, Bakı Pedaqoji Kadrların İxtisasartırma, Yenidənhazırlanma İnstitutunun prorektoru Məmməd Bayramlının, İrəvan Dövlət Akademik Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin, jurnalistpublisist Ələsgər Qurbanlının Taleh Həmidin yaradıcılığı və şəxsiyyəti barədə çıxışları maraqla qarşılanıb.

 

525-ci qəzet.- 2015.- 15 may.- S.7