Alman-Azərbaycan Cəmiyyəti 25
yaşında
Alman-Azərbaycan Cəmiyyətinin fəaliyyətinin
25 illik yubileyi münasibəti ilə
"Kapellhaus" Alman-Azərbaycan
Mədəniyyət Birliyində
tədbir keçirilib.
Tədbirdən öncə Dövlət Rəssamlıq Akademiyasında
gənc rəssam David
Baumannın "Azərbaycan
- Odlar Yurdu" mövzusunda animasiya sərgisi təqdim olunub.
Mərasimin rəsmi hissəsində
çıxış edən
Alman-Azərbaycan Cəmiyyətinin
idarə heyətinin sədri professor Çingiz
Abdullayev iki ölkə arasında dostluq əlaqələrindən,
bu illər üzrə mədəni, elmi, tədris, idman və digər
sahələri əhatə
edən layihələrdən
danışıb. Almaniyadan
olan, müxtəlif sahələri təmsil edən qonaqların da qatıldığı mərasimdə
Ç. Abdullayev yubileylə
bağlı quruma ünvanlanan təbriklər
haqqında da məlumat verib.
Sonra Cəmiyyət
adından mükafatlar
təqdim edilib. Alman-Azərbaycan
əlaqələrində fəal
iştirak edən təşkilatlar üçün
nəzərdə tutulan
və 5 ildən bir verilən "Yaşıl budaqlar" bürünc mükafatına
Bavariyada fəaliyyət
göstərən "Gut İmmling"
opera-festival təşkilatı layiq görülüb. Bundan əlavə, Cəmiyyətin "Körpü" fəxri
diplomu Alman-Azərbaycan
dostluq əlaqələrində
fərqlənən şəxslərə
və təşkilatlara
verilib.
Sonda Alman və Azərbaycan bəstəkarlarının mahnılarından
ibarət konsert proqramı təqdim olunub.
525-ci qəzet.- 2015.- 15 may.- S.7