"Avropa Oyunları böyük əhəmiyyət kəsb edir"
"Birinci Avropa
Oyunları gələcəkdə
Azərbaycanla dünya
ölkələri arasında
daha sıx əlaqələrin qurulmasında
böyük əhəmiyyət
kəsb edir".
Bu barədə İqtisadi
Resursların Öyrənilməsi
Mərkəzinin sədri,
iqtisadçı ekspert
Ruslan Atakişiyev bildirib.
O, xatırladıb ki, birinci Avropa Oyunlarında 50-yə yaxın
ölkə iştirak
böyük nümayəndə
heyətləri ilə
iştirak edəcək:
"Üstəlik ölkəmizə
çoxsaylı turistlər
gələcək. İdman oyunları
müxtəlif yayımlar
vasitəsi ilə dünyaya göstəriləcək
təbii ki, bütün bunlar həm də ölkəmizin tanıdılması
üçün mühümdür".
Onun sözlərinə görə,
birinci Avropa Oyunları ərəfəsində
mötəbər tədbirlə
bağlı olaraq xarici ölkələrin kütləvi informasiya vasitələrində video - çarxlar
nümayiş etdirilir:
"Bu da Azərbaycanın
dünya ölkələri
arasında turizm baxımından da tanınmasına səbəb
olacaq. Avropa Oyunları ilə
əlaqədar olaraq Azərbaycanın dövlət
qurumları və QHT-lər tərəfindən
dünya ölkələrində
Azərbaycanın tarixi,
görməli yerləri,
milli mətbəxi ilə bağlı müxtəlif materiallar,
video - çarxlar göstərilir.
Təbii ki, oyunlar ərəfəsində
də milli mətbəximizin bütün
təamları qonaqlara
təqdim olunacaq. Bu şəkildə bizi tanıyan insanların Azərbaycana səyahət
etmək istəyi yaranacaq. Bu isə
turizm sahəsinə öz töhfəsini verəcək".
Ekspert onu da qeyd edib
ki, Azərbaycan tarixi İpək Yolu üzərində yerləşdiyindən tranzit
ölkə kimi daha da populyarlaşacaq. Azərbaycana
qarşı işadamlarının
marağı artacaq:
"Ölkəmizin tarixi İpək Yolunun üzərində yerləşdiyini
və bir çox faktları nəzərə alsaq, tranzit ölkə kimi Azərbaycanın iştirak etmək imkanı var. Ümumilikdə
isə mövcud şəraitin yaradılması
gələcəkdə işadamlarının
Azərbaycana marağına
səbəb ola
bilər".
"Multimedia"
İnformasiya Sistemləri
Texnologiyaları Mərkəzinin
direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, artıq
rəsmi qurumlar tərəfindən müəyyən
açıqlamalar verilib
ki, I Avropa Oyunları ilə bağlı ölkədə
həm internet təchizatı,
həm informasiya təhlükəsizliyi, həm
də kiberhücumlardan
qorunmaqla bağlı nəhəng bir infrastruktur yaranıb.
Onun sözlərinə
görə, Avropa Oyunları ilə bağlı olaraq ölkə ərazisinə
pulsuz internet təqdim
ediləcək. Bu, daha çox Avropa Oyunları gedən ərazilərdə və
ictimai yerlərdə təqdim edilə bilər:
"Bu yaxınlarda böyük
bir konfrans keçirilən zaman bu sahəyə aidiyyatı olan qurumların bununla bağlı açıqlamaları
oldu".
Ekspert qeyd edib ki,
pulsuz internetin təşkili üçün
"Wi-Fi" və fiberoptik
internet texnologiyalarından istifadə
oluna bilər:
"Hazırda ölkədə
bununla bağlı böyük milli internet operatoru olan "Delta
Telekom" şirkəti var. Bu şirkət artıq ölkəyə daxil olan trafiki I Avropa Oyunları ilə bağlı olaraq artırmağı nəzərdə tutub. İnternet təminatının
həyata keçirilməsi
üçün bütün
tədbirlərin görüldüyü
qeyd olunur. Yəqin ki, burada müxtəlif
texnologiyalardan istifadə
olunacaq. "Wi -
Fi" texnologiyası , Fiberoptik internet və s. burada əsas rol oynayacaq.
Yəni informasiya mübadiləsi üçün də geniş bir infrastruktur qurulub".
Ekspert
Əlabbas Məhərrəmov isə deyib ki, Birinci
Avropa Oyunlarının
geri sayımında
son otuz günün içindəyik:
"Şübhəsiz ki, çox sayda idman növləri
ilə yarışların
keçiriləcəyi bu
geniş idman aksiyası 2015-ci ildə nəinki Avropa qitəsində, ümumiyyətlə,
dünyada təşkil
olunan ən nüfuzlu tədbirdir.
Əlamətdar haldır ki, Azərbaycan özünün
ev sahibliyi
edəcəyi bu nüfuzlu idman yarışlarının təşkilati
işlərini yüksək
səviyyədə həyata
keçirib və birinci Avropa Oyunlarının təbliği
çərçivəsində dünyanın bir çox ölkələrində
effektli kampaniyalar aparır.
Razılaşaq ki, Azərbaycan vətəndaşı olaraq,
birinci Avropa Oyunlarının daha geniş miqyasda tanıdılması üçün
hər birimiz əlimizdən gələni
etməliyik. Azərbaycanda bir neçə milyon internet istifadəçisinin,
müxtəlif sosial şəbəkələrdə ("Facebook", "Twitter" və
s.) qeydiyyatdan keçmiş
yüz minlərlə
insanın olduğunu,
həmin şəxslərin
dostluq siyahısına
on minlərlə xarici
ölkə vətəndaşının
daxil edildiyini nəzərə alaraq belə bir təkliflə
çıxış etmək
istəyirəm.
Gəlin,
bu gündən başlayaraq, Avropa Oyunları yekunlaşana qədər öz profil şəkillərimizi
"Baku-2015" loqosu ilə
əvəz edək və bununla da Azərbaycanın ev sahibliyi edəcəyi
bu idman tədbirinin tanıdılmasına
öz töhfəmizi
verək. Bu təşəbbüsün
sosial şəbəkə
istifadəçiləri olan
həmvətənlərimiz və xaricdəki dostlarımız tərəfindən
geniş dəstək
tapacağına inanıram".
PƏRVANƏ
525-ci qəzet.- 2015.- 15 may.- S.4.