Vaqif Bəhmənli dünyasına
səyahət
Bu imza artıq geniş oxucu təbəqəsi və ziyalılar arasında tanınan, şeirləri,
publisistik yazıları,
kitabların müəllifi,
televiziya ekranlarında
görünən, radio dalğalarında
səsi eşidilən
çox hörmətli
bir ədəbi şəxsiyyətindir. Mən Vaqif
Bəhmənlinin çoxsaylı
pərəstişkarlarından biriyəm. Bu günə kimi onun bütün yazılarını oxumuş,
gündəliyimdə qeydlər
aparmış, onun şirin, dadlı cümlələrini yadımda
saxlamış, şeirlərin
çoxunu əzbərləmiş,
publisistik yazılarını
kəsib saxlamışam.
Son vaxtlar çap
olunmuş “Sınıq
güzgü” 3 cildlik şeirlər toplusu, “Qızıl Qala” kimi əvvəllər çap olunmuş kitabları da mənim stolüstü kitablarımdır.
Şeir Vaqif Bəhmənlinin canına, beyninə, hüceyrələrinə hopub. Vaqif onsuz bir an
belə yaşaya bilmir. O, həmişə axtarır, düşünür,
şeir vasitəsilə
yeni fikirlər söyləmək istəyir.
Elə Vaqif Bəhmənlinin çapdan çıxmış
3 cildlik kitabında da söylədiyimiz bütün bu fikirlər öz əksini tapır.
Şeir
mənim Vətənimdir!
yaşaram Vətənsiz,
Vətən yaşar
mənsiz.
Həsrət çəkə-çəkə yaşaram
Gözümdən yaş
tökə-tökə yaşaram
Köçəri quş səbritək,
Füzulinin
qürbətdəki, qəbritək
yaşaram...
yaşarammı şeirsiz
bəs?
Vaqif şeir
yazarkan qələmi əlində sərrast saxlayır, onun yaxşı şeirlər
yazmağını istəyir. “Qələmin”
şeirini də bütövlükdə öz
qələminə həsr
edib:
İlk sözü yazan gün demədimmi bəs,
Qələmim, özünə ayrı
yol ara.
Qələmim, qılınc ol
boğazımı kəs,
Səni çox çəkmişəm
əyri yollara.
lll
Sən mənim balamsan, qələmdir adın,
Yatmır ürəyimə yazdığım
sətir.
Əzəldən belədir, nankor
övladın,
Dərdini həmişə atası çəkər.
Qələm Vaqif üçün yaradıcı silahdır,
onun qələmi düzü-düz, əyrini-əyri
yazır. Vaqif üçün Vətən hər şeydir.
Vaqifi ən çox narahat edən Qarabağ dərdidir. O, Vətənin
və xalqının yolunda hər şeyə hazırdır
və özünün
“Vətən” şeirində
yazır:
Hələ əllərimdən nə
gəlir
Vətən,
Hələ ki, balaca körpənəm
sənin.
Könlümdən bir arzu yüksəlir,
Vətən,
Yolunda ölməyi
öyrənim sənin.
Gənc
yaşlarında yazdığı
bu şeirə sadiq qalan Vaqif
Bəhmənli sonradan
Vətənin çətin
günlərində Vətəni
qarış-qarış gəzdi,
onun çətin günlərində ona arxa oldu, sözünü
dedi, döyüş bölgələrinə getdi,
hərbiçilərlə yan-yana durdu, onlarla bir yerdə
yuxusuz gecələr keçirdi, aylarla qaçqınlarla qaçqınlıq
həyatı yaşadı,
onlara dözümlü
olmağı öyrətdi.
Vaqif Bəhmənli
həmişə öz
doğma kəndinə,
elinə-obasına, valideynlərinə,
qohumlarına bağlı
bir Vətən övladıdır. Orada olan hadisələri
öyrənir, keçmişi
yada salır, babalarını, nənələrini,
yaxınlarını olduğu
kimi şeirə köçürür, kəndinin
adamları ilə fəxr edir. “Kəndimizin adamları” şeirində şair yazır:
Dünən körpə bala
idim -
Əmim
idi, dayım idi,
Bibim idi, xalam idi,
Bir yel əssə böyrümüzdən
Dərdimizə qalan idi-
Kəndimizin adamları.
O yerləri düşündükcə
Sevinc qəmi gözdən alır,
yaxınların, uzaqların
Havasını bizdən alır
-
Kəndimiz
in adamları.
Vaqif Bəhmənli
doğma kəndində
Həsənqulu oğlu
Qəbilin yurdunda dünyaya gəlib, boya-başa çatıb,
çətin sınaqlardan
çıxıb, zəhməti,
əməksevərliyi, keçirdiyi
yuxusuz gecələrin
hesabına Vaqif Bəhmənli zirvəsinə
ucalıb. “Ürəyimi qorudum”, “Mən bir gül kolpanı”
adlı şeirləri,
deyərdim ki, bu silsilənin zirvələridir:
Mən bir gül kolpanı,
Gül topasıydım
Bəhmənlidə,
Həsənqulu oğlu
Qəbilin yurdunda -
Arzu biçimində,
dilək içində.
Vaqif Bəhmənlinin
anası rəhmətlik
Dilafuruz xanımı yaxşı tanıyırdım. O, bir dəfə Vaqifə deyir ki, Vaqif
qamətini şax saxla, belini niyə
əyirsən. Vaqif bunun cavabını “Ürəyimi qorudum” şeirində cavab verir:” Kirayədə yaşadığım evlərin
Darvazaları balacaydı,
əyildim”. Vaqif şeirlərinin birində
yazır:
Anamdan başqa
Arxamda duranım
olmayıb.
Birinci kitabım çıxanda
Kürəyimə vuranım olmayıb
-
Mənim xətrimə dəyməyin.
Vaqif Bəhmənlinin
bir dünyası da var, o, uşaqların
dünyasıdır, əgər
Vaqifin 5 dəqiqə vaxtı varsa, uşaqlarla əylənməyi
çox sevir. Vaqif buna görə də yazır:
“Ömrümüzə bəzəkdir,
doğulan hər bir çağa,
İnsan gəlir dünyaya, dünyanı yaşatmağa”.
Uşaqlara həsr etdiyi “Qızıl Qala” buna əyani misaldır. Bu kitabda uşaqlar üçün
yazılan əlifba, nağıl, nəğmə,
əfsanə, dastan və s. mövzularda şeirlər maraqla oxunur. “Əlifba” şeirində yazır:
Addımını “A”-dan at,
“A” sözlə Allaha çat.
“Ata”,
“Ana”, “A” murad
“A”sız olurmu
həyat?”
Və ya:
Dədə Qorqud dədəmiz
-
Əcdadımın adıdı.
“D” dağ, “D” daş, “D” dəniz
“D” dilimin dadıdı.
Bu kitabda verilmiş
nağıl, əfsanə,
dastanlar uşaqlara şeir dilində çatdırılır.
“Apar məni”, “Kim nədən qorxur”, “İtmiş çiçəklər”,
“Ay səni Xəyyam” və başqa nağıllarda uşaqlara
uşaq dilində səmimi, şirin sözlərlə vacib mənalar çatdırılır.
“Ay səni Xəyyam” nağılında şair
yazır:
Konfet verdim
yedi.
- Ağzımı sil, dedi,
sildim.
- Əlimi sil, dedi,
sildim.
- Dilimi sil, dedi,
Güldüm...
Poeziya sözündə
bir -ziya hissəciyi var - işıq, nur deməkdir. Deməli poeziya həm
də işıqdır.
Bu işıq Vaqif Bəhmənlinin bütün şeirlərində
var.
Vaqif Bəhmənli
poetik sözün təsirinə inanır və bu inamdır
onun yaradıcılığına
şöhrət və
ucalıq gətirən. Bu inam onu əsl
söz sahibi edib, şairin sənət dünyasında
çıraq yandırıb.
Vaqif çox sadə dildə yazır, onun şeirilərini oxumaq da, yadda
saxlamaq da asandır. Şair Vaqif Bəhmənli
həyatda necədirsə,
cəmiyyətdə, yaradıcılıqda
da özünü elə sadə formada təqdim edir. Poeziyasının və şəxsiyyətinin
mayası haqq ilə yoğrulub. Haqq onun üz tutduğu
qiblədir. “Haqdan üzülənin izi qalmaz” - deyən
şairin ədəbiyyatda
və oxucu ürəyində ona görə izi var ki, o, yaradıcılığında
və həyatda seçdiyi meyarlara həmişə sadiq qalıb.
Vaqif nə yazırsa yazsın, ürəyinin hisslərini, gördüklərini, yaşadığı zamanın hadisələrini, tanıyıb-bildiyi şəxsiyyətləri yazır. Onun son illər çap olunmuş kitablarından biri görkəmli ictimai xadim Kamran Hüseynovdan bəhs edir. Bu sənədli romanın adı “İlin beşinci fəsli. Kamran”dır. Kamran Hüseynov lap gənc yaşlarından ömrünün sonuna qədər qurub-yaradan insan olub. Kitabı oxuyuruq: “Kamran müəllim deyir: “Taleyimdən razıyam. Onu özüm yaratdım. Oxutmadılar - oxudum. Evləndirmədilər - evləndim.
Böyütmədilər - böyüdüm. Dayağa söykənmədim - dayaq oldum. Öyrətmədilər - öyrəndim”.
Vaqif Bəhmənli “İlin beşinci fəsli Kamran” sənədli romanını belə sonluqla bitirir: “...Hə, Kamran əmi, halal elə, qaya kimi möhkəm, pozulmaz yaddaşına söykənərək sənin həyat romanının üzünü köçürdüm”.
Həyatın min bir adı var. O adlardan biri, bəlkə də birincisi, heyrətdir. Doğumluq heyrəti,
ölmək heyrəti,
sevmək heyrəti, qovuşmalar heyrəti.
Vaqif Bəhmənli
bu sözləri qələmə alarkan yüz ölçüb, bir biçir. Görəsən bu sözlər oxucuları qane edəcəkmi, onlara yeni fikir aşılayacaqmı?
Bu yaxınlarda onun
“Hamı” adlı nəfis bir kitabı çapdan çıxıb. Bu kitabda da Vaqif müəllim
sübut etdi ki, o, həqiqətən də, sözün ali mənasında
Hamının şairidir.
Yaxşı ki, hamıdan uca Allah var!
Yaxşı ki, hamıdan uca hamı var...
Allah izin verməsəydi
bu kitab necə yaranardı?
Lap yaransa belə, hamı olmasaydı,
Bu kitab kimə gərək idi?
Allahın varlığı, Allahın
duası və ona inam Vaqif
Bəhmənli dünyasına
hopub. Ona görə o, “yaxşı
ki, hamıdan uca Allah var” deyir.
Vaqif müəllim
“Həkim” şeirində
əslində şairlə
həkimin eyni məqsədə qulluq etdiyini açıqlayır. Həkimin də
obyekti insandır, şairin də. Həkim insanı cismən sağaldır, şair isə ruhən.
Bu yazıda Vaqif
Bəhmənli poeziyasına
kiçik bir ekskursiya etdik. Bütövlükdə Vaqifin bütün şeirləri məna etibarilə dolğun bir həyatdır, onlar yaddaqalandır, insanları düşünməyə
vadar edir.
Vaqif Bəhmənli
haqqında düşünərkən
onun şair qəlbinə, sənətkar
ürəyinə bir minnətdarlıq duyğusu
bürüdü məni. İnanıram ki, bu ürək
ona yeni-yeni ülvi fikirlər, işıqlı duyğular
yetirəcək, həmin
düşüncələr gözəl-gözəl şeirlərə
çevriləcək.
Əyyub MƏMMƏDOV
Tibb elmləri üzrə
fəlsəfə doktoru,
Əməkdar həkim
525-ci qəzet.- 2015.- 16 may.- S.20.