Milli Kamera ansamblının konserti olub

 

 

Mayın 12-  Rəşid Behbudov  adına  Mahnı Teatrında konsert keçirildi.  Ulu Öndər Heydər Əliyevin 92-ci ildönümünə həsr olunan konsertdə Azərbaycan Televiziya Radiosunun Milli Kamera ansamblı çıxış edirdi. 

 

Azərbaycan Milli Konservatoriyası   nəzdində  Musiqi  Kollecinin müəllimi  Arzu  Səlimovanın  səyi təşəbbüsü, eləcə Azərbaycan Televiziya Radiosu  Səsyazma  evinin direktoru Ramil Qasımovun dəstəyi ilə yaradılaraq 2 ildən artıq uğurla fəaliyyyət göstərən Milli Kamera Ansamblı bir sıra konsertlərdə çıxış edib, qısa zamanda dinləyici rəğbəti qazanıb.

 

Ansamblın özəllikləri  elə  konsert  proqramının üz qabığındakı şəkildən  bəlli  olurdu. Burada  hər bir musiqiçinin əlində tutduğu alətin eyni bir  alət -kamança olduğu istər-istəməz nəzəri cəlb edirdi. 

 

Qeyd edək ki,  Mahnı  Teatrındakı  konsertdə  ansambl salona toplaşanları sözün əsl mənasında  olduqca  rəngarəng musiqi proqramı   ilə  qarşı-qarşıya  qoydu. Bu mənada  proqramda həm xalq mahnı rəqsləri, həm Azərbaycan, həm avropa bəstəkarlarının yaradıcılığından  nümunələr  yer  almışdı. 

 

Ansamblın ifasındaSevincixalq rəqsi, Qara Qarayevinİldrımlı yollarlabaletindən rəqs, Edvarq Qriqin “Per QüntsüitasındamAnitranın rəqsi”, “Karib dənizinin quldurlarıkinofilmindən fraqment, Nazim QuliyevinCavidi düşünərkən  əsəri  səsləndirildi. Bu sırada ansamblın müşayiəti ilə sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın dosenti Abbasqulu Nəcəfzadənin ifasında (ney zurnada) “Şərq melodiyaları”, Azərbaycan Respublikasının Əməkdar artisti Fərid Əliyevin ifasında (vokal) “Günəşim mənim  Neopolitan xalq mahnısı, Ramiz Əliyevin ifasında (fleyta) Henri MançinininÇəhrayı pantera”, Vahid Babayevin ifasında (qarmon) “YokMoldov rəqsi təqdim olundu. Eyni zamanda ansamblın müşayiəti ilə Əməkdar artist Elza SeyidcahanUlu Öndər”, “Üşüyorum”, “Sakit okeanmahnılarını  da səsləndirdi.  Bundan  əlavə,  Tofiq QuliyevinSevgi valsı”, Siyavuş KərimininÖmrümün istəyi”, Habil ƏliyevinGüləsən gərəkmahnılarını  Gülnaz İsgəndərova    Sərxan Bünyadzadə  ifa etdilər. Konsert proqramı Ağabacı RzayevanınAzərbaycan torpağımahnısının səslənməsi ilə başa çatdı.

 

İfa olunan hər bir nümunələr ansambl üçün    Arzu  Səlimova tərəfindən işlənmişdi.  Proqramda yer alan bütün əsərlərin həm ifaçılıq, həm də nümunələrin işlənməsi baxımından yüksək peşəkarlıqla təqdimi  bu işin arxasında nə qədər böyük zəhmətin, tələbkarlığın dayandığından xəbər verirdi.

 

Sonda   Xalq artisti, professor  Ramiz Quliyev  Əməkdar  İncəsənət xadimi  Arif Əsədullayev   çıxış  edərək  ansamblın fəaliyyətindən,  yüksək peşəkar ifasından və ümumiyyətlə,  bu cür ansamblın yaranması  təşəbbüsünün böyük  əhəmiyyətindən söz açdılar.  Konsert  proqramının zəngin olduğunu vurğulayaraq ansamblın rəhbəri və dirijoru Arzu Səlimovanı təbrik etdilər.

 

Salona  toplaşanların  simasındakı yüksək təəssürat və sonda arası kəsilməyən  sürəkli  alqışlar  bu  konsertin  hələ  yaddaşlarda  uzun müddət yaşayacağına  şübhə yeri qoymadı.

 

Fərdin MƏMMƏDLİ,

Musiqişünas, Ü.Hacıbəyli təqaüdçüsü

525-ci qəzet.- 2015.- 16 may.- S.18