UNESCO-da “Azərbaycan: Ənənədən
müasirliyə” sərgilənir
Hər il qeyd olunan Avropa muzeylər
gecəsi çərçivəsində
Heydər Əliyev Fondunun və Azərbaycanın UNESCO yanındakı
daimi nümayəndəliyinin
təşkilatçılığı ilə qurumun mənzil-iqamətgahında “Azərbaycan:
Ənənədən müasirliyə”
adlı sərginin açılışı olub.
Açılış mərasimində
çıxış edən
UNESCO-nun xarici əlaqələr
üzrə sektorunun idarə rəisi Genc Seiti sərginin
yüksək səviyyədə
təşkilinə görə
Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevaya təşəkkürünü
bildirib.
G.Seiti sərgidə
nümayiş etdirilən
qədim arxeoloji əşyaları, misgərlik
və xalçaçılıq
sənətinin nümunələrini,
müasir incəsənət
əsərlərini Azərbaycanın
mədəni irsinin davamlılığının göstəricisi
kimi qiymətləndirib. O, sərginin
bir daha Azərbaycanın öz mədəni irsini qoruduğunu sübut etdiyini bildirib.
G.Seiti Azərbaycanın UNESCO-nun mədəniyyət
sahəsində mövcud
olan konvensiyalarının
həyata keçirilməsində,
xüsusən qeyri-maddi
mədəni irsin qorunmasında fəal iştirak etdiyini vurğulayıb.
Azərbaycan Respublikasının UNESCO yanındakı
daimi nümayəndəsi
səfir Anar Kərimov çıxışında
qonaqlara sərgidə
nümayiş etdirilən
əsərlər əsasında
ölkəmizin zəngin
tarixi barədə məlumat verib. O, qonaqları
Azərbaycanla daha yaxından tanış
olmaq üçün
ölkəmizə dəvət
edib.
Diplomat Azərbaycanın hərbi
təcavüzdən əziyyət
çəkməsinə baxmayaraq,
bölgədə sülhün
və təhlükəsizliyin
bərqərar olunmasına
əməli addımlarla
cəhd etdiyini və bu xüsusda,
ölkəmizdə təşkil
olunacaq III Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu və
ilk dəfə keçiriləcək
Avropa Oyunları haqda məlumat verib.
Anar Kərimov
bu kimi tədbirlərin
təşkilində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini vurğulayıb
və onun UNESCO-nun xoşməramlı səfiri
qismində aktiv fəaliyyəti haqda söz açıb.
Azərbaycanın mədəni müxtəlifliyini
özündə əks
etdirən sərginin
“Azərbaycan: Ənənədən
müasirliyə” guşəsində
arxeoloji nümunələr,
qədim və orta əsrlərdə Azərbaycanda istifadə olunan pul sikkələri,
zərgərlik məmulatları,
mis qablar və dulusçuluq nümunələri, qədim
qadın və kişi geyimləri, milli musiqi alətləri,
tikmələr və xalça məmulatları
nümayiş etdirilir.
“Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan guşədə ölkəmizin tanınmış
heykəltəraşları ilə yanaşı, istedadlı gənclərin
yarışların keçiriləcəyi
20 idman növü üzrə bürüncdən
hazırladıqları işlər
ziyarətçilərdə maraq doğurub.
“Azərbaycanın müasir
incəsənəti” adlı
bölmədə isə
görkəmli rəssamlardan
Toğrul Nərimanbəyovun,
Altay Sadıqzadənin, Əşrəf
Muradın, Leyla Əliyevanın, Müseyib
Əmirovun, Məmmədkərim
Quliyevin, Əhəd Məmmədovun, Darvin Vəlibəyovun, Sabir Çopuroğlunun, Əliyar
Əlimirzəyevin, Niyaz
Nəcəfovun, Orxan Hüseynovun, Faiq Əhmədin və digərlərinin əsərləri
öz mövzu çalarlarına görə
iştirakçılar tərəfindən
rəğbətlə qarşılanıb.
İştirakçılar bir həftə əvvəl Azərbaycanın ən qədim atüstü oyunu - Çövkənın
təqdimatı ilə
əlaqədar təşkil
edilən sərgi ilə də tanış olublar.
Tədbir zamanı, həmçinin
“Azərbaycan cazının
yeni nəsli” konsert proqramı təqdim olunub.
Konsertdən əvvəl çıxış
edən UNESCO-nun idarə
rəisi Genc Seiti caz sənətinin
həm də müxtəliflik, sülh,
qarşılıqlı anlaşma
olduğunu bildirib. Bu baxımdan,
mədəniyyətlərarası dialoqun inkişafını
və ayrı-seçkiliyə
qarşı mübarizəni
təşviq etmək
məqsədilə UNESCO tərəfindən
30 aprel tarixinin ümumdünya caz günü elan edildiyi və bu il artıq 4-cü dəfə
təşkilatda caz gününün keçirildiyini
diqqətə çatdırıb.
G.Seiti Azərbaycan cazının bir əsrə yaxın tarixə malik olduğunu bildirib və bunu Azərbaycan mədəniyyətinin gücünün göstəricisi kimi qiymətləndirib.
Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəsi Anar Kərimov dünyada baş verən münaqişələr, separatçılıq və ekstremizm təhdidləri fonunda cazın sülh və qarşılıqlı anlaşmanın təşviqi, eləcə də insanların irqi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq yaxınlaşmasında rolu, dialoqa verdiyi önəmli töhfə barədə danışıb. O, Azərbaycanın caz tarixi haqda, xüsusilə də ölkəmizdə inkişaf etmiş muğamla cazın sintezi haqda tədbir iştirakçılarına ətraflı məlumat verib.
Səfir cazın artıq Azərbaycanda bir ənənə olaraq mədəniyyətimizin tərkib hissəsi olduğunu vurğulayıb. Ölkəmizdə caz ənənələrinin, eləcə də mədəni müxtəlifliyin bərqərar olunmasına yönələn digər təşəbbüslərin həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi rolunu qeyd edib.
Konsertdə beynəlxalq caz festivallarının iştirakçısı, istedadlı virtuoz ifaçı Şahin Növrəsli özünün bəstələdiyi əsərlərlə yanaşı, Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini, habelə xalq mahnılarını pianoda ifa edib. Onu zərb alətlərində Ari Hofenig, kontrabasda Natan Pek, tarda Arslan Növrəsli, kamançada isə Nurlan Növrəsli müşayiət ediblər.
Tədbir zamanı iştirakçılara dahi Azərbaycan şairi Nizami Gəncəvinin Heydər Əliyev Fondu tərəfindən ingilis və fransız dillərində çap olunan nəşrləri, eləcə də musiqi diskləri təqdim olunub.
Sərgi mayın 20-dək davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 16 may.- S.17