"Avropa Muzeylər
Gecəsi"ndə Azərbaycan sərgiləri maraqla qarşılanıb
UNESCO-un mənzil-iqamətgahında Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəni dəyərlərinin
əks olunduğu
"Azərbaycan: ənənədən
müasirliyə" adlı
sərgi açılıb.
Sərgidə Azərbaycan xalçaları,
milli geyimlər, misgərlik və dulusçuluq sənəti
nümunələri, zərgərlik
məmulatları, milli
musiqi alətləri, tanınmış rəssamlarımızın
əsərləri, "Bakı-2015" və çövkən oyunundan bəhs edən bürünc eksponatlar və fotolar nümayiş olunur.
Tamaşaçı İzabel Gess sərgidən aldığı təəssürat
barədə "Azərtac"a
verdiyi müsahibəsində
deyib:
"Üç guşədə
nümayiş etdirilən
biri-birindən maraqlı
eksponatlarla tanışlıq
ölkənizin istər
tarixi, istərsə də mədəniyyətinin
zənginliyi barədə
dolğun məlumat almağıma kömək
edib.
Etiraf edim ki, məhz bu
sərgi ilə tanışlıq sayəsində
Azərbaycan barədə
səthi məlumatlarımı
genişləndirə bildim.
Bildirmək istəyirəm ki, bundan əvvəl də Azərbaycanla bağlı bəzi tədbirlərdə iştirak
etmişəm. Amma Heydər Əliyev
Fondu tərəfindən
təşkil olunan belə möhtəşəm
sərgi ilə ilk dəfədir tanış
oluram".
"Avropa Muzeylər
Gecəsi" çərçivəsində
ölkəmizin mədəniyyəti
ilə bağlı başqa bir sərgi Parisdəki Azərbaycan mədəniyyət
mərkəzində təşkil
edilib.
Parisdə fəaliyyət göstərən
"Azərbaycan evi"nin
təşkilatçılığı ilə Fransada yaşayan və Azərbaycan
dilini öyrənən balaca
soydaşlarımız da mərkəzdə
nümayiş etdirilən sərgi ilə
yaxından tanış olublar.
525-ci qəzet.- 2015.- 19 may.- S.7.