VIII Beynəlxalq
Mstislav Rostropoviç
Festivalı başlanıb
Mayın
17-də Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında VIII Beynəlxalq
Mstislav Rostropoviç
Festivalının açılışı
olub.
Festival Heydər Əliyev
Fondu, Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondu tərəfindən təşkil
edilib.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev festival iştirakçılarını
səmimiyyətlə salamlayaraq
deyib: "Bu gün Bakıda səkkizinci dəfə Mstislav Rostropoviç Festivalı
açılır. Biz böyük maestro ilə həmişə qürur duyuruq. O, Azərbaycan
üçün çox
işlər görüb,
musiqimizi təbliğ
edib, müxtəlif layihələr həyata keçirib. O, Heydər Əliyev ilə möhkəm dost idi".
Mstislav Rostropoviç Fondunun prezidenti, festivalın bədii rəhbəri Olqa Rostropoviç atası haqqında xoş sözlərə görə təşəkkür
edərək deyib:
"Mən hər dəfə gözəl Bakı şəhərinə
gələndə sevinirəm.
Atam Bakını öz Vətəni adlandırırdı.
Dünyada Rostropoviç festivalları
çoxdur. Lakin ən
birinci festival burada, onun Vətənində keçirilib. Mənə dəstək
göstərdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya həmişə minnətdar
olacağam".
Sonra Olqa Rostropoviç festivalı
açıq elan edib.
Festival Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında Karl Orfun "Karmina Burana" kantatası ilə açılıb. Rauf Abdullayev
isə dirijorluq edib.
2007-ci ildən keçirilən
festivalda bir çox tanınmış
musiqiçilər və
yaradıcı kollektivlər
iştirak edirlər. Rikkardo Mutinin idarəçiliyi ilə Luici Kerubini Gənclər Simfonik Orkestri, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri,
İqor Butman kvarteti, violonçelçalan
Arseni Çubaçin,
habelə Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlər Azərbaycan Dövlət Filarmoniyasının,
Heydər Əliyev Sarayının səhnələrində,
Kamera və Orqan Musiqisi Zalında, Milli İncəsənət Muzeyində
çıxış edəcəklər.
Festival çərçivəsində
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının və Qalina Vişnevskaya Opera İfaçılığı
Mərkəzinin solistlərinin
ifasında italyan bəstəkarı R.Leonkavallonun
"Payatsı" operası
oynanılacaq.
Festival mayın 24-dək davam edəcək.
525-ci qəzet.- 2015.- 19 may.- S.7.