Tərcümə Mərkəzinin
nəşrləri Praqa Kitab
Sərgisində
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin
nəşrlərinin təqdimat
mərasimi Praqa Beynəlxalq Kitab Sərgisinin əsas zallarından birində keçirilib. Mərkəzdən
Trend-ə verilən məlumata
görə, mərasimdə
Praqa Kitab Sərgisinin rəhbəri
xanım Dana Kalimova, Çexiya Mədəniyyət
Nazirliyinin, Azərbaycanın
Çexiyadakı səfirliyinin,
“Azerbaijan Student Network” təşkilatının
nümayəndələri, Praqada yaşayan tanınmış şairlər,
tərcüməçilər və oxucular iştirak ediblər.Tədbiri
giriş sözüylə
açan Afaq Məsud Azərbaycan dövlətinin dil və tərcümə sahəsinə göstərdiyi
böyük diqqət
və qayğıdan,
Mərkəzin beynəlxalq
müstəvidə gördüyü
işlərdən danışıb:
“Bu gün Mərkəz,
Azərbaycan ədəbiyyatının
dünyaya tanıdılması
istiqamətində bir
sıra layihələr
üzərində çalışır.
Müasir Azərbaycan ədəbiyyatı
antologiyası kitabını
bir neçə dildə nəşrə hazırlayır. Yaxın vaxtlarda
rus dilinə çevrilmiş bu ikicildliyin Moskvada təqdimat mərasimi olacaq. Antologiyanın
bu il
belorus dilində Minsk şəhərində, ərəb
dilində Misirin Qahirə şəhərində
nəşrləri və
təqdimat mərasimlərinin
keçirilməsi gözlənilir.
XX və XXI əsr Azərbaycan ədəbiyyatının
seçmə şair
və yazıçılarının
əsərlərinin yer
aldığı bu kitabın hazırda ingilis, alman və türk dilinə tərcüməsi
üzərində iş
gedir. Bu akademik
nəşr adıçəkilən
ölkələrin dil
daşıyıcıları tərəfindən tərcümə
edilib və həmin ölkələrin
nəşriyyatlarında da
nəşr edilməsi
barədə razılığa
gəlinib. Burada, Praqa
Kitab sərgisi çərçivəsində, biz, bu antologiyanı həm poeziya, həm də nəsr cildini çex dilinə tərcümə edəcək
peşəkar tərcüməçilər
tapmağımıza çox
sevinirik. Həmçinin, müasir çex ədəbiyyatının aparıcı
simalarının əsərlərini
Azərbaycan dilinə
çevirib ölkəmizdə
nəşr etməyi planlaşdırırıq. Bu gün dünyanın
ən aparıcı ədəbiyyatlarından biri
də Azərbaycan ədəbiyyatıdır. Yəqin ki, Nizami, Füzuli,
Nəsimi kimi dühaların adları sizə tanışdır.
Bu böyük ədəbiyyatın
davamı bu gün Azərbaycanda yaranmaqdadır”.Daha sonra söz şair Zakir Fəxriyə verilib: “Hər şey sözdən yarandı. Söz Allahla qoşaydı.
Allahı söz, sözü
Allah yaratdı”. Bu sətirlər müqəddəs
“İncil”dəndir. Gördüyünüz kimi, bu müqəddəs
kitab da, sözün Allahla insan arasında körpü olduğunu bildirir. Allaha ucalan dualar sözdən yaranır, insanlar arasında ünsiyyət sözlə
qurulur. Mərkəzin nəşrlərindən olan “Bəşəri poeziya” adlı kitabda dünya şeirinin ən görkəmli simalarının
şeirləri yer alır. O şeirləri
orijinaldan sətri tərcümələr əsasında
Azərbaycan dilinə
çevirmişəm. Bu kitab mənim üçün bir mətləbi aydın etdi ki, bütün
böyük şairlər,
onların metafizik düşüncələri eyni
bir yerdən, eyni mənbədən qaynaqlanır. Bu, üzü qədimdən bəri belə olub ki, dünyaya
sülhü, barışı,
sevgini, dünyadan heç bir umacağı olmayan şairlər, yazıçılar
gətirib. Ədəbiyyat – dözüm və sevgi, mərhəmət və barış deməkdir.Çox istərdim
ki, tədbir iştirakçıları yaxın
günlərdə Bakıda
keçiriləcək Bakı
Avropa Oyunlarını
izləsinlər. Bu tədbirin də amalı dünyaya sülh, barış mesajı verməkdir.
Dünya
aramsız müharibələr
oylağına çevrilib.
Bu tədbir, gücün
müharibələr və
silahlarla yox, bəşəriyyətə, insanlığa,
ruha sağlamlıq bəxş edən idmanla sınanılmasına
köklənən bir
dünya çağırışıdır”
Tədbirdə bir neçə
Azərbaycan şairinin
şeirləri ingilis dilində səsləndirilib.Görüşün
sonunda Azərbaycan-Çexiya
ədəbi əlaqələrinin
qurulmasında xidmətləri
olan bir neçə şəxsə
– Praqa Kitab Sərgisinin rəhbəri
Dana Kalinovaya, Çexiya
Mədəniyyət Nazirliyinin
Beynəlxalq əlaqələr
şöbəsinin müdiri
Helena Provaznikovaya və
Azərbaycanın Çexiyadakı
Fövqəladə və
Səlahiyyətli səfiri
Fərid Şəfiyevə
mükafatlar verilib.Sərgi
çərçivəsində şair Zakir Fəxriylə görüş
keçirilib. Görüşdə şair ədəbiyat, poeziya barədə fikirlərini bölüşüb,
şeirlərini oxuyub,
mərasim iştirakçılarının
suallarını cavablandırıb.
525-ci qəzet.-
2015.- 19 may.- S.7.