Vətən
Vətəndir insanın gözünün
nuru,
Sən onu hər zaman
canıntək qoru!
Böyükdən-kiçiyə hamı
ürəkdən
Gərək anamızdır, söyləsin,
VƏTƏN.
Vətənin layiqli övladı
olaq,
Yurdsuzun
pis gündə göz yaşına bax!
Ata nəsihəti eşitsən
əgər,
Ömür - gün fərəhlə, sevinclə ötər.
Elinə,
obana dayağ olmasan,
Tək-tənha yaşamaq deyildir asan.
Vətəndə özünə yurd qur, yuva qur,
Ömrünü kişitək yaşa,
başa vur!
Miriqbal NURİ
525-ci qəzet.- 2015.- 19 may.- S.8.