Azərbaycan Avropa Milli kitabxanalarının toplantısında təmsil
olunub
İsveçrənin paytaxtı Bern şəhərində
Avropa Milli Kitabxanalarının Konfransı
Beynəlxalq Təşkilatının
(CENL) növbəti illik
iclası keçirilib.
İsveçrə parlamentinin binasında keçirilmiş tədbirdə
36 Avropa ölkəsinin
milli kitabxanalarının
direktorları iştirak
ediblər.
Ölkəmizi bu tədbirdə
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və kitabxananın xarici əlaqələr üzrə
şöbə müdiri
Xəyalə İsmayılova
təmsil edib.
İclasda çıxış edən
İsveçrə parlamentinin
vitse-prezidenti Krista Markvalder
və bu ölkənin Milli Kitabxanasının direktoru
Marie Kristine Doffey tədbirin
Berndə keçirilməsindən
məmnunluqlarını bildiriblər.
CENL-in prezidenti Bruno Racine gündəlikdəki məsələlər
barədə məlumat
verərək qurumun illik hesabatını iştirakçılara təqdim
edib.
Sonra
CENL-in ötən il Moskvada keçirilmiş illik iclasının protokolu təsdiq olunub və həmin sənəddə yer alan məsələlər
diqqətə çatdırılıb.
İclasda İngiltərə Kitabxanasının
nümayəndəsi Roli
Kitinq üç il müddətinə
CENL-in yeni prezidenti seçilib.
Daha sonra Avropa Kitabxanasının
(TEL) direktoru Jill Kuzins
qurumun illik fəaliyyəti və perspektivlərindən danışıb,
elektron kitabxana layihəsi haqqında məlumat verib.
Tədbir müzakirələrlə davam
etdirilib.
Debatın yekununda hər bir ölkənin rəqəmsal materiallarının
genişləndirilməsi məqsədilə
TEL-ə illik üzvlük
haqlarının artırılması
qərara alınıb.
İclasın sonunda K.Tahirov R.Kitinqi CENL-in yeni prezidenti
seçilməsi münasibətilə təbrik edib, sentyabrın 16-18-də keçiriləcək
IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
iştirak etmək üçün
onu ölkəmizə dəvət edib.
525-ci qəzet.- 2015.- 20 may.- S.7.