Qız qalası “Avropada
ilin muzeyi” müsabiqəsinin
təltif olunub
Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş “Avropada ilin muzeyi” müsabiqəsində Qız qalası “Muzeyin ictimai əhəmiyyətliliyinin artırılması sahəsində əldə etdiyi mühüm nailiyyətlərə görə” nominasiyasında yer alıb.
AZƏRTAC xəbər verir ki, Qız qalası bu nominasiya ilə muzey işinin təkmilləşdirilməsinə verdiyi töhfəsinə görə təltif edilib.
Avropa Muzey Forumu tərəfindən keçirilən bu müsabiqə müvafiq sahədə nüfuzlu mövqeyi ilə seçilir. 1977-ci ildən başlayaraq hər il onlarla muzey bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır.
Mövcud şərtlərə görə, müsabiqədə
son iki ildə
açılmış, yaxud yenidən qurulmuş, yeni bölmə
yaratmış muzeylər iştirak edə
bilərlər. Əsas seçim
meyarları muzeyin ictimaiyyətlə
sıx əlaqə qurması, mövzuların və əşyaların
təqdimatında yeni və eksperimental üsullardan
istifadə etməsi, ümumiyyətlə, əhaliyə
yüksək mədəni xidmət göstərməsidir.
525-ci qəzet.- 2015.- 22 may.- S.7.