Dünyanın rəngləri"ndə Azərbaycan
pavilyonu
Kiyevdəki "Ukrayna evi"ndə "Dünyanın rəngləri"
adlı Beynəlxalq dil və mədəniyyət
festivalı iştirakçılarının
işlərindən ibarət
sərgi-yarmarka keçirilib.
Bu barədə "Azərtac"
Ukraynadakı Azərbaycanlı
Gənclər İttifaqının
(UAGİ) mətbuat mərkəzindən
məlumat veriblər.
Tədbir
Ukraynanın Təhsil
və Elm Nazirliyi, T.Şevçenko adına
Kiyev Milli Universiteti, B.Qrinçenko adına Kiyev Universiteti, M.Draqomanov adına Milli Pedaqoji Universitet,
"Meridian" Beynəlxalq Məktəbi və "Syayvo" ("Şəfəq")
Ukrayna-Türk Mədəniyyət
Mərkəzi tərəfindən
təşkil olunub. Bu
il təşkilatçılar
tədbirlərin sərhədlərini
genişləndirməyi, Azərbaycan,
Gürcüstan, Hindistan,
Qırğızıstan, Moldova, Portuqaliya, Özbəkistan
və Yaponiyadan nümayəndələr dəvət
etməyi qərara alıblar.
UAGİ beynəlxalq sərgidə
Azərbaycan pavilyonunu
təqdim edib. Burada birinci
Avropa Oyunları, Azərbaycanın zəngin
tarixi, mədəniyyəti
və milli mətbəxi barədə
məlumat verilib.
Pavilyona gələnlərə "Azərbaycan-Ukrayna
və Ukrayna-Azərbaycan
danışıq lüğəti"
paylanıb.
Azərbaycan pavilyonunu festivalın fəxri qonaqları - Gürcüstanın və
Moldovanın bu ölkədəki səfirləri
Mixeil Ukleba və İon Stevile, Azərbaycanın Ukraynadakı səfirliyinin
ikinci katibi Fərid Babayev və başqaları da ziyarət ediblər.
Festivalda müxtəlif ölkələr
üçün ənənəvi
xalq sənəti nümunələri nümayiş
etdirilib, ustad dərsləri və müxtəlif xalqların
milli yeməklərinin
dequstasiyası keçirilib.
Tədbirdən sonra "Ukrayna evi"nin konsert salonunda
XIII beynəlxalq dil və mədəniyyət
festivalının Ukrayna
finalçılarının təntənəli surətdə
mükafatlandırılması mərasimi və konsert olub.
525-ci qəzet.-
2015.- 22 may.- S.7.