Qarğanın təşəkkürü
Dostumun söylədiyi
nağılvari, real həyatda
baş vermiş bu hadisəni dinləyəndə yerdə
gəzən heyvanların,
göydə uçan
quşların nə qədər sevgi dolu, vəfalı, minnətdarlıq duyğusuna
sahib canlılar olduğunu
düşündüm.
"Həyat qısadır,
Quşlar
uşur..."
- deyir Cemal
Süreyya...
"Bir quş düşünür
bu bağçalarda, qızıl yarpaqlı, payıza bənzər"-
Əhməd Haşımın
ölümündən bir
neçə həftə
öncə yazdığı
iki misra...
"Çamaşır asılı
ipte
Duran küçük serçem
Bana acıyarak
mı bakıyorsun?
Halbuki ben güneşin
Ve ilk beyaz yaprakların altında
Senin uçuşunu seyredeceğim"
- deyə yazan
Məlih Cevdət Anday...
Və Tovfik Fikrətin misraları gəldi ağlıma:
"Kuşlar uçar.
Ben koşarım.
Onların kanatları var.
Benim kanadım
kollarım.
Kuşlar
kanadını çırpar,
Ben de kolumu sallarım.
Uçun
kuşlar, uçun kuşlar,
Hepinizle yarışım var".
İnsanlarla quşların eyni duyğuya sahib olduğunu dostumun söylədikləri
çox gözəl isbat edirdi.
Yaz aylarında hər gün evin aynabəndinə
qonan qarğaya yem və su
verən ev
sahibəsi oturub onu izləyərkən böyük zövq alırdu. Qarğa yemini bitirib
suyunu içəndən
sonra uçub gedirdi. Həm ev sahibəsi,
həm də qarğa üçün vərdişə çevrilən
və axşamüstü
bərabər yaşadıqları
an da uçub gedirdi.
Amma bir axşamüstü ev sahibəsi
hər zamankı saatda aynabəndə çıxanda gördüklərinə
təəccübləndi. Sonra qorxdu.
Çünki o belə bir
şey almamışdı.
"Rolex"
markalı bahalı bir saat...
Saat balkona qoyulmuş ağacdan hazırlanan köhnə masanın üstündə par-par parıldayırdı. Amma bu gün heç kim ona baş çəkməyə gəlməmişdi. Sanki kimsə qolundan saatını çıxarıb masanın üstünə qoymuşdu. Sonra da unudub getmişdi...
Ətrafına baxır. Sevimli qarğası zil qara gözləriylə onu izləyir. Bir anlıq göz-gözə gəlirlər. Sürətlə qanadını çırpan sevimli qarğası bir dəfə də baxaraq uçub gedir.
Ev sahibi elə o anda içəri keçir. Üst-başını dəyişib Böyükada
Bələdiyyəsinə gedir.
Başına gələnləri danışıb kömək
istəyir.
Kim bilir kimin saatıdır?
Bələdiyyə sədri saatla bağlı afişada elan verir: "Saatın sahibi axtarılır!"
Bir neçə
gündən sonra bir xanım bələdiyyəyə gəlir. Saatın sahibi
olduğunu bildirir.
"Bəli saat
çox bahalıdır,
mənəvi cəhətdən
də mənim üçün hər şeydən daha dəyərlidir. Çünki onu mənə rəhmətlik atam hədiyyə etmişdi"
deyir.
Saatın necə səyahət etdiyi isə sonradan məlum olur.
Saatını fincanın yanına
qoyaraq zəng çalan telefonun yanına qaçan xanım əslində saatın itməsini o an hiss etmişdi. Amma o saatı evə girmədən kim götürə
bilərdi ki...
Artıq
məsələ bəlli
olmuşdu...
Qarğaların ən ağıllı canlılardan biri olduğunu bildirirlər. Həqiqətən də bu doğrudur.
Qarğa
onu bəsləyən
və onu sevən ev
sahibəsinə qarşı
vəfa borcunu ödəyərək təşəkkür
etmək istəyibmiş.
Masanın üstündəki
saatı götürüb
ona qayğı göstərən ev sahibəsinə gətirir. Sevgisini və minnətdarlığını
belə ifadə edir.
Unudulan sözlərin,
itirilən digər dəyərlərin, sevginin,
ehtiramın yox olduğu dünyamızda
biz insanlara bu çox gözəl bir dərsdirmi deyim, yoxsa ibrətamiz
bir hadisədirmi?
"Quşlar təbiət adlı ananın çalğıçılarıdır"
deyir Gavin Duglas...
"Həyat qısa,
Quşlar
uçur..."
- deyə
yazır Cəmal Sürəyya.
Quşlar uçur. Amma uçarkən də yalnız təbiətə
deyil, insanoğlunun həyatına rəng qatır..."
Yasemin BAYER
525-ci qəzet.- 2015.- 22 may.- S.8.