Stalinə bağışlanan Azərbaycan
xalçası
MALATYA SƏFƏRİNDƏN İKİNCİ YAZI
Ötən yazımda Türkiyənin
Malatya şəhərinə səfərimizlə bağlı
qısa məlumat vermişdim. Bu dəfə
isə səfərlə
bağlı maraqlı
bir epizodu ətraflı yazmaq istəyirəm. Söhbət Qori səfərindən gedir. Ondan əvvəl isə
deyim ki, Xəyal Rzanın təklifiylə Gürcüstanın
Çaladidi kəndinə
də səfər eləmək istəyirdik.
Orada ağdamlı balası Rahib Məmmədovun heykəli var. Kənd sakinləri 1987-ci ildə,
daşqınlar zamanı
28 gürcünü xilas
edərək, qəhrəmancasına
həlak olmuş azərbaycanlı əsgərə
ehtiramlarını hələ
də saxlayır, bəzi uşaqlar isə Rahib adını daşıyır.
Amma bu arzumuz baş
tutmadı. Gürcülər həmin kəndi bizə düz-əməlli
tanıda bilmədilər.
Bir hissəsi dedi ki, kənd
Potidədir, bəzilərisə
Samtredianın adını
çəkdi. Bəlkə
də eyni adlı kənd hər ikisində var. Hər yerdə olduğu kimi...
Nəsə.
Qoriyə
Üzeyir bəy Hacıbəyli, Müslüm
Maqomayev, Firudin bəy Köçərli,
Cəlil Məmmədquluzadə,
Rəşid bəy Əfəndiyev kimi məşhur azərbaycanlı
ziyalıların təhsil
aldığı
Müəllimlər Seminariyasını
ziyarət eləmək
məqsədiylə getmişdik.
Taksi sürücüsünə
yaxınlaşıb fikrimizi
dedik, o da bizi həmin məkana müşaiyət
elədi. Sən demə, sürücünün
göstərdiyi məktəb
Qori Ruhani Seminariyasıymış. Seminariyanın
administrasiya rəhbəri
dedi ki, burada cəmi üç azərbaycanlı
təhsil alıb, onlardan biri də
məşhur ictimai-siyasi
xadim və yazıçı Nəriman
Nərimanovdur (N.Nərimanovun
bioqrafiyasında sadəcə
Qori Seminariyası yazılıb). O ki qaldı Qori Müəllimlər Seminariyasına,
ötən əsrin
60-cı illərində oranı
söküb, yerində
orta məktəb tikiblər. Həmin 9 saylı məktəb
Stalin muzeyinin yanındadır.
Düzü, bu xəbər
bizi məyus elədi. Tarixi bir məkanın sökülməsi xatirələrin
və ruhların silinməsiydi... Amma Stalin muzeyini ziyarət
bura əbəs gəlmədiyimizi göstərdi.
Öncə onu deyim ki, Qori yığcam,
səliqəli, yaşıl
və gözəl şəhərdir, bir suyumu bizim Gəncəyə
oxşayır...
Görünüşündən miskinlik yağan 9 saylı məktəbin yanındakı Stalin muzeyi
əzəmətliydi. Stalin bu
şəhərdə doğulub
və hələ də ona olan rəğbət
qalır.
Muzey geniş
həyət-parkla əhatə
olunub. Həyətdə Stalinin getdiyi
vaqon qoyulub, parkda isə rəhbərin doğulduğu
daxma var. Cuqaşvililər
burada kirayədə yaşayıblar. Ətraf sökülsə
də, həmin daxmaya toxunulmayıb.
Muzey eksponatlarının
içində bir neçə redaktə olunmuş əsər var. Qəribədir ki, onların redaktoru şəxsən Stalindir.
Rəhbərə bağışlanmış hədiyyələr saysız-hesabsızdır: samovardan tutmuş müxtəlif cür qəlyanlara qədər. Qəlyan Stalinin ən sevimli “oyuncaqlarından” olub.
Stalinin ilk kitabları, fərman və sərəncamlarının surətləri də burada saxlanılır. Muzeyin həm içində, həm də çölündə bir zamanlar kənddən gəlmiş İosif Cuqaşvilinin çoxsaylı heykəli var.
Stalinlə Voroşilovun portreti əks olunan divardakı xalçanı isə proletar rəhbərlərindən birinə azərbaycanlılar bağışlayıb: faşistlər üzərində qələbə münasibətilə. Xalçanın altında elə belə də yazılıb: Bakı - 1945.
Xəyal Rza dedi ki, muzeyə 30 lari xərcləmək olar, çünki bu muzey Hitleri yıxmış qalib diktatorundur.
Mən də razılaşdım. Repressiya layihəsi rəhbərinin zülmkarlığına baxmayaraq, doğrudan da o, bu savaşdan qalib çıxmışdı. Qalibləri isə mühakimə etmirlər...
3-10 may 2015
Elçin Hüseynbəyli
525-ci qəzet.- 2015.- 23 may.- S.24.