III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Özbəkistan mediasında

 

 

Özbəkistanın uchildiz.uz portalı Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında rus dilində geniş material yayıb.

 

Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə yayımlanan məqalədəMədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaqmövzusunda keçirilən Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyevanın iştirak etdikləri vurğulanır.

 

Qeyd olunur ki, tədbirə BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, BMT-nin Dünya Turizm Təşkilatı, İSESCO digər beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri, o cümlədən, 500 ölkədən gəlmiş rəsmi şəxslər qatılıblar.

 

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı nitqindən sitatlar verilib.

 

Yazıda bildirilir ki, fəxri qonaqlar- BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, UNESCO-nun baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri Forumda çıxış ediblər, BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin Foruma təbrik məktubunu baş katibin turizmsülh üzrə müşaviri Əmr Abdel-Qaffar tərəfindən oxunub.

525-ci qəzet.- 2015.- 23 may.- S.16.