“Bakı ritmləri Riqanın qəlbində”
Mayın
21-də qədim Riqada
Latviya paytaxtının
meriyası, Latviyanın
Xarici İşlər
Nazirliyi və Azərbaycan səfirliyinin
dəstəyi ilə
“Bakı ritmləri Riqanın qəlbində” fotosərgisi açılıb.
Tədbirdə Azərbaycan Respublikası
Prezidenti Administrasiyası
rəhbərinin müavini,
Xarici əlaqələr
şöbəsinin müdiri
Novruz Məmmədov, Riqa şəhərinin vitse-meri Andris Ameriks, Latviya XİN-in dövlət katibi Andreys Pildeqoviç, Azərbaycanın səfiri
Elman Zeynalov, Latviya ictimaiyyətinin, Azərbaycan
diasporunun, KİV-in nümayəndələri
iştirak ediblər.
Riqa şəhərinin
vitse-meri Andris Ameriks qonaqları salamlayaraq deyib ki, Riqanın mərkəzində açılmış
sərgi uğurlu Latviya-Azərbaycan əməkdaşlığına
əyani misaldır.
A.Ameriks qeyd edib ki,
bir ay bundan əvvəl Bakıda olub, məşhur Azərbaycan qonaqpərvərliyini
görüb.
Vitse-mer Bakının gözəlliyinə
məftun olduğunu xüsusi vurğulayıb. A.Ameriks
deyib:
“Ümidvaram ki, bu sərgi bütün
sahələrdə Azərbaycan
ilə Latviya arasında daha sıx əməkdaşlığa
kömək göstərəcək”.
Novruz Məmmədov
iki xalqın dostluq timsalı olan bu sərginin
açılışında iştirak etməkdən məmnun olduğunu bildirib. N.Məmmədov deyib:
“Ölkələrimiz arasında gözəl ikitərəfli münasibətlər
yaranıb, onları nümunəvi adlandırmaq
olar”.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin
müavini N.Məmmədov
Bakı haqqında deyilən səmimi sözlərə görə
minnətdarlığını bildirib, bu sərginin
açılışına görə Riqa şəhərinin meriyasına
və Latviya XİN-in
rəhbərliyinə təşəkkür
edib.
N.Məmmədov Azərbaycan diasporuna müraciət edərək
deyib ki, sərgi Latviyanın mədəni və iqtisadi inkişafına kömək göstərir.
O, diaspor nümayəndələrinə
əlaqələrin möhkəmləndirilməsi
işində uğurlar
diləyib.
Latviya XİN-in dövlət katibi Andreys Pildeqoviç qonaqları salamlayaraq qeyd edib ki, bu sərgi Riqa sammiti ərəfəsində açılıb, sammit Şərq ilə Avropanı birləşdirir, iki ölkə arasında çoxcəhətli əməkdaşlığın bir çox sahələrini əhatə edir.
Sonra Novruz Məmmədov sərgi ilə tanış olub. O, Azərbaycan diasporu nümayəndələri ilə söhbətində onların fəaliyyətindən razı qaldığını bildirib, tarixi vətənlə əlaqəni kəsməməyə, Azərbaycanı təbliğ etməyə çağırıb.
Fotosərgiyə baxmağa gələnlər Azərbaycanın paytaxtı Bakı şəhərinin təkrarolunmaz görüntülərinə tamaşa edəcək, bu şəhərdə Şərq ilə Qərbin mədəni irsinin necə birləşdiyini hiss edəcəklər.
Fotosərgi üç həftə davam edəcək.
525-ci qəzet.- 2015.- 23 may.- S.17.