I Avropa
Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə
inamın göstəricisidir
Avropa Oyunlarına
sayılı günlər
qalıb, biz bu tarixi hadisənin iştirakçılarıyıq.
Hər bir Azərbaycan
gənci kimi mən də birinci Avropa Oyunlarını böyük
səbrsizliklə gözləyirəm.
I Avropa
Oyunlarının Azərbaycanda
keçirilməsi elə
ölkəmizə göstərilən
böyük etimadın,
inamın göstəricisidir.
Sevindirici hal isə oyunların təkcə paytaxtda deyil, ölkəmizin hər yerində coşqu ilə, bayram əhval-ruhiyyəsi ilə
qarşılanmasıdır. Biz gənclərə bu sevinci bəxş
edən cənab prezident İlham Əliyevə minnətdarlığımızı
bildiririk.
Qeyd edim ki, YAP Gənclər Birliyinin aktiv üzvlərindən ibarət sosial şəbəkələrdə mobil qrup yaradılıb, həmin qrupda gənclər daima məlumatlandırılaraq, öz fəaliyyətlərini daha da artırırlar. Avropa Oyunlarına hazırlıqlar, yeni istifadəyə verilmiş idman kompleksləri, yeni çəkilmiş videoroliklər və şəkillərlə bağlı mövzular, "Baku 2015" "Hello Baku" "European Games" haşdağı ilə "Facebook", "Twitter" və "İnstagram" üzərindən yerləşdirərək, Azərbaycanın tanıtımını həyata keçirirlər.
Avropa Oyunları qabağı Azərbaycanı istəməyən qüvvələrin fəallaşması da hiss olunur. Təbii ki, bu fəallaşmalar əbəs yerədir, onların qarşısında Azərbaycan gəncliyi dayanıb. Azərbaycan müstəqil siyasət yeridir və istənilən məqamda öz sözünü deyir. Bu da həmin qüvvələrin istəyinə uyğun deyil və onlar Azərbaycanı tam müstəqil görmək istəmirlər. Ona görə hər vəchlə bunun qarşısını almağa çalışırlar. Təbii ki, qarayaxma kampaniyası aparan qara qüvvələr bu arzularına çata bilməyəcəklər. Güclü inkişaf edən, regionda liderə çevrilmiş bir dövlətə qarşı çirkin kampaniyanın aparılması yolverilməzdir. Bu kampaniya onu aparanlara başucalığı gətirməz. Müasir beynəlxalq münasibətlər sistemində əslində bu, utancgətirən bir prosesdir. Halbuki, indiki dövrdə bütün proseslər açıq və şəffaf olmalıdır. Belə məkrli planların həyata keçirilməsi onların özünün imicinə mənfi təsif göstərir və onlara olan inamı azaldır.
Zaman gedir, Azərbaycan inkişaf edir və bundan
sonra da inkişaf edəcək. "Avroviziya" mahnı yarışmasında olduğu
kimi, I Avropa Oyunlarını da yüksək səviyyədə
keçirəcək. Çünki bu oyunların
keçirilməsində Azərbaycana
dəstək verən
insanlar həddindən
artıq çoxdur.
Bu oyunların keçirilməsində bizə
dəstək olan birinci növbədə xalqımız, dövlətimizin
iradəsidir. Azərbaycan xalqı
ilə prezidenti bir-birinə çox möhkəm dayaqdırlar.
Ona görə də heç bir xarici qüvvə, I Avropa Oyunlarının keçirilməsinə kölgə
sala bilməyəcək,
bu möhtəşəm
tədbir bir daha bütün dünyaya Azərbaycanın
nəyə qadir olduğunu nümayiş etdirəcək.
Elmar MƏMMƏDOV
YAP Gənclər
Birliyinin şura üzvü
525-ci qəzet.- 2015.- 23 may.- S.10