Kamal Abdullanın əsəri Tbilisi səhnəsində

 

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının kollektivi tanınmış yazıçı Kamal Abdullanın "Hərdən mənə mələk deyirlər" əsərinin tamaşasını hazırlayıb.

 

Tamaşanın süjet xəttini xeyir şərin mübarizəsi təşkil edir. Şeytan müxtəlif rənglər, səslər, maddi vəsait hesabına gənc şairi dinindən, dilindən döndərməyə çalışır. Lakin xeyir mələyi gəncin dinindən dönməsinə imkan vermir. Hadisələr xeyir mələyinin qələbəsi ilə başa çatır.

 

Səhnə əsərində əsas rolları Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyorları Şeyla Səfərova, Binəli İslamoğlu, Leyla Qasımova, Namiq Musayev Vüqar Maşov ifa ediblər. Tamaşanın quruluşçu rejissoru musiqi tərtibatçısı Azərbaycanın Əməkdar artisti Namiq Valehoğludur.

 

Premyerada Gürcüstanın dövlət hökumət rəsmiləri, parlamentin deputatları, gürcü Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 26 may.- S.7.