Rəssamlıq Akademiyasında "Saf rənglər" sərgilənir
Dövlət Rəssamlıq Akademiyasının
muzey-sərgi kompleksində
uşaq və yeniyetmələrin "Saf
rənglər" adlı
III Beynəlxalq rəsm
yaradıcılığı festivalı açılıb.
Festival Təhsil Nazirliyi
və Akademiyanın birgə təşəbbüsü
ilə keçirilir. Dövlət Rəssamlıq Akademiyasının
prorektoru Səlhəb
Məmmədov, Belarus Respublikasının
Azərbaycandakı səfiri
Nikolay Patskeviç və Misir Mədəniyyət
Mərkəzinin direktoru
Əhməd Sami çıxış
edərək, festivalın
əhəmiyyətindən danışıblar.
Festivalda
20-dək rəssamlıq studiyası,
incəsənət məktəbləri
ilə yanaşı, Fransa, Kuba, Koreya
Respublikası, Çin,
Belarus, Misir, Mərakeş,
Türkiyə, Pakistan, Hindistan
və bir çox ölkələrdən
uşaqların 700-dək əl
işi nümayiş olunur.
Mayın 30-dək davam edəcək festivalın xeyriyyəçilik
ənənəsinə uyğun
olaraq əlil uşaqlara kömək məqsədilə əsərlərin
satışı da həyata keçirilir. Festival müsabiqəyönümlü olduğundan fərqlənən
uşaq və yeniyetmələr dəyərli
hədiyyələrlə mükafatlandırılacaq.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 27 may.- S.7.