Varşavada "Azərbaycan
muğamı" səslənib
Azərbaycanın Polşadakı səfirliyi
28 May-Respublika Günü
münasibətilə Varşava
şəhərindəki Kral
Sarayında "Azərbaycan
muğamı" adlı
konsert təşkil edib.
Azərbaycandan dəvət olunmuş
muğam ifaçıları
Ehtiram Hüseynovun, Aytən Məhərrəmovanın,
musiqiçilər Rövşən
Qurbanov (tar), Xəyyam
Məmmədov (kamança),
Gülşən Ağayeva
(qanun), Nuran Bəkirov (balaban), Kamran Kərimovun (nağara) ifasında muğam xəzinəmizin nümunələri qonaqlara
təqdim edilib. Xanəndələrin oxuduqları
"Bayatı Şiraz",
"Sarı gəlin"
və "Qarabağ şikəstəsi" qonaqlar
tərəfindən böyük
maraqla və alqışlarla qarşılanıb.
Kral Sarayının
əməkdaşı, musiqişünas
Aleksandra Buşta-Bonk çıxış
edərək Azərbaycan
muğamının qədim
tarixi və fəlsəfəsi ilə
bağlı qonaqlara məlumat verib. O, muğam
ifası zamanı istifadə edilən musiqi alətlərinin təkrarolunmaz səsə
malik olduğunu qeyd edib. Xanım Aleksandra Buşta-Bonk min illik tarixə malik musiqi incisinin Kral Sarayında səsləndirilməsinin çox
önəmli hadisə
olduğunu diqqətə
çatdırıb.
Hökumət nümayəndələri, Polşada akkreditə olunmuş diplomatik korpusun əməkdaşları,
ölkənin tanınmış
ictimai-siyasi, elm və
mədəniyyət xadimləri,
iş adamları, jurnalistlər də daxil olmaqla ümumilikdə
400 nəfər konsertə
tamaşa edib.
Sonda Kral Sarayında Respublika Günü münasibətilə
ziyafət verilib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 27 may.- S.7.