Xalq yazıçısı Elçinin əsəri Lənkəran Teatrının səhnəsində

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Elçinin "Cəhənnəm yuxuları" pyesinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası olub.

 

Səhnə əsərində ötən əsrdə Azərbaycan tarixinin qara səhifəsinə yazılmış 1937-ci il Stalin rejiminin dəhşətli qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs olunur.

 

Tamaşanın quruluşçu-rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Sadıqovdur.

 

Əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Adil Zeynalov, aktyorlardan Əbülfəz Axundov, Qızılgül Quliyeva, Aynur Əhmədova Tərlan Abdullayev ifa ediblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 28 may.- S.7.