SÜFRƏ
BAŞINDA
Günəş fəsil sərib yerə,
Biz də süfrə başındayıq.
Küləş xəsil sərib yerə,
Biz də xəsil yaşındayıq.
Çərxi -külək, su hərləyir,
Su göylərin qeyrətidi.
Külək əsir su hərləyir,
Külək onun heyrətidi.
Dəyirmanın daşı ağır,
Günah etsən düşər başa.
Dəyirmanın başı yağır,
Gələn qoşa, gedən qoşa.
Bu süfrənin çevrəsi gen,
Hər gələnə yer tapılır.
Ürək kimi dövrəsi gen,
Sovqatına sirr tapılır.
Yeyib, doyub oxuyuruq
Bərəkətin nəğməsini.
Biz süfrəni qoruyuruq
Süfrə bizi, nəğməsini.
Süfrə bulaq başındadı,
Biz də bulaq daşındayıq.
Süfrə qaya qaşındadı,
Biz də qaya yaşındayıq.
Bu süfrənin neməti bol,
Həsrət baxır, göz doyurur.
Bu süfrəyə uzanan yol,
Halallıqda yol buyurur.
Qovuşduraq süfrələri,
Ehtiyac var, ehtiyaca.
Duza dönsün alın təri,
Yer qalmasın yerdə aca.
YER GƏZİRƏM ÜRƏYİMİ BOŞALDAM
Yer gəzirəm boşaltmağa ürəyi,
Su yanmazmı desəm suya, görəsən.
Söz gəzirəm dayandıra küləyi,
Külək yanıb yandırmazmı görəsən.
Nələr yatır ürəyimdə bilmirəm,
Boşaldanda aləm bilib güləcək.
Xəcalətdən ağlamıram, gülmürəm,
Köməyimə xatirələr gələcək.
Dəryalara desəm coşub daşarmı?
Su hirslənib sahilləri basarmı?
Göz heyrətdə, dil yanılıb coşarmı -
Heyrətindən su özünü aşarmı.
Neyləyəcək əsən külək, axan su,
Bir quyuya danışmağa qorxuram.
Ona görə deyirəm ki, doğrusu,
Ürəyimi boşaltmağa qorxuram.
TƏƏSSÜF FÜRSƏTİN OCAQ YERİDİ
Fürsətin qəribə məqamları var,
Əldən buraxdınmı quştək uçacaq.
Burda iradənin hər hökmü qərar -
Cəsarət bir qucaq, fürsət bir qucaq.
Fürsət də həmişə qismətə düşmür,
Taleyin paydüşər, düşməzi vardı.
Qismət də həmişə fürsətə düşmür,
Bir də gördün əsdi yellər apardı.
Təəssüf fürsətin ocaq yeridi,
Ocağın peşiman daşı qapqara.
Təəssüf fürsətdən sonra yeridi,
Peşiman qayıdır, gedirsə hara.
Hardasa sızlayır peşimançılıq,
Fürsətdən gileyli, bəxtdən gileyli.
Nə ölür, nə qalır, gözləri açıq,
Keçmişdən yaralı, vaxtdan gileyli.
Təəssüf fürsətin ocaq yeridi,
Yandıran özümüz, söndürən özü.
Təəssüf fürsətin qucaq yeridi,
Sönməyib hələ də fürsətin közü.
Fürsəti o qədər fövtə vermişəm,
Təəssüf öldürür, danlayır məni.
Gedib o dünyanı görüb gəlmişəm,
Yaxşı ki, təsəlli anlayır məni.
QADINLAR KİŞİDƏN ÇOX ÖMÜR SÜRÜR
Qadınlar kişidən çox yaşayır ki...
Nəfəsi ocağa bağlayan olsun.
Qadın göz yaşından yük daşıyır ki,
Öləndə yarını ağlayan olsun.
Qadınlar kişidən çox yaşayır ki...
Meyvəni meyvəyə calayan olsun
Qadınlar köksündə od daşıyır ki,
Sönəndə ocağı qalayan olsun.
Atalar anadan az
yaşayır ki...
Ana çəkən dərdi
ata çəkəmmir.
Atalar anadan az
yaşayır ki...
Qəlbinə təzə bir sevda əkəmmir.
Analar atadan çox yaşayırlar,
Az nədi, çox nədi, hələ bilmirəm.
Atası,
anası yox yaşayırlar,
Bir orta məxrəcə gələ
bilmirəm.
Bu tale yazısı çox qəribədi,
Nə üçün
belədi bilə bilmirəm.
Yadıma
saldıqca göz qəribsədi,
Ağlaya bilmirəm, gülə bilmirəm.
XƏYAL
DƏNİZİNDƏ BATIR YELKƏNİM
Gün var yaşayıram hər dəqiqəni,
Ləpələr üstündə yatır
yelkənim.
Gün var hər dəqiqə
yandırır məni,
Xəyal dənizində batır yelkənim.
Əlimdən çıxanda fürsət
yad kimi,
Yandırır dilimi son fəryad kimi.
Yüyəni çeynəyən dəli
at kimi,
Məni dalğalara atır yelkənim.
Təsadüf dondurmur ağ ayıları,
Yandırıb söndürür bayağıları.
Uzaqdan görəndə qağayıları,
Deyirəm sahilə çatır yelkənim.
Gecələr avara dönür
qollarım,
Uzanır-gödəlir ömür yollarım.
Ömürlük susanda lal xəyallarım,
Küləyi sulara qatır yelkənim.
Yelkənin üstündən şeh
tükənəndə,
Zülmətdə dənizə ay tək enəndə.
Külək dayananda meh tükənəndə,
Ümidi balığa atır yelkənim.
AĞILSIZ
Solaxaylar
varını
Sağ cibində gizlədir.
Sağəllilər arını
Sol cibində gözlədir.
Cütəllilər pulunu
Yer tapmayır qoymağa
Burda məqsəd pozulmur,
Münasibət yozulmur,
Ağılsızı bilmirəm
Ağıllıda pul olmur
Bicləri demirəm ha...
İTMİŞ
AÇAR
İtirmişəm açarını cənnətin,
Ölçəmmirəm sürətini heyrətin.
Kim tapacaq bu açarı
- çox çətin,
Tapammasam onda hara gedim
mən.
Bir itim var nə
qorxudur, nə qapır,
Heç bilmir ki, nə
axtarsa nə tapır.
Bir atım var, nə yüyürür, nə çapır,
Çapammasam onda hara gedim
mən.
Axtarışa çağırmışam uçarı.
Yol gözlədir mən peşiman naçarı,
Mən cənnətlik olmasam da açarı -
Tapılsaydı sevdiyimə verərdim.
O
DEYİL
Baxma kəc baxmağına,
Mən deyən
afət o deyil.
Yandırıb yaxmağına -
Əhdi əmanət o deyil.
Mən deyən qəlbinurun,
Atəşini görməmisən.
Könlü məftun eləyən,
Zövqü lətafət o deyil.
Gecə
gördünsə əgər,
Tabı əlindən qoparar.
Səni
sənsiz aparar,
Sanma xəyanət
o deyil.
Zülfünə bir bax onun,
Gör neçə
məftun kəsilib.
Layiqi olmayana,
Layiqi nemət,
o deyil.
Hər sevən aşıq deyil,
Xoşbəxt ola sevdasına.
Hicrinə dözmək çətin
-
Yoxsa dəyanət,
o deyil.
Söz vevər peşman edər,
Sən aldanarsan, aldanış -
Car çəkər, bil ki səni,
Eylər xəcalət, o deyil.
MİRZƏ
ŞƏFİ VAZEHƏ
Zaman onu kaman kimi
gəribdi
Özü harda, söz dünyası hardadı.
Bəxti
kimi taleyi də qəribdi
Vəfadarı -Züleyxası hardadı.
Bu dünyadan umacağı olmayıb
Yurdu olub, öz ocağı
olmayıb
Gəlib
gedib qalacağı olmayıb
Təmənnasız təmənnası hardadı.
Nəğməsinə göz tikənlər çox olub,
Ac gözləri bu
dünyada tox olub.
Şeirləri əldən çıxıb
yox olub -
Müəmmalı müəmması hardadı.
Müdrikliyi heyran qoyub yadları
Yadlar alıb dəyişdirib adları
Şam eləyib qəlbindəki odları
Bu hikmətin söz
mənası hardadı.
Əldən çıxıb məhəbbətin
fürsəti
Baş tutmayıb Hafizənin niyyəti
Nakam qalıb ürəyində
qisməti
Gürcü qızı Susannası hardadı.
Heç
kəs onun əzabını çəkmədi
Tənələrin qabağında çökmədi
Avropanı silkələdi hikməti
Öz ulduzu, öz səması hardadı.
Qəmzə oxu sinəsinin yarası-
Ulduz qədər, kim
axtarıb sayası
Alınmayıb məhəbbətin qisası
Bu sevdanın toy-yası
hardadı.
Həsrət ilə yola baxır türbəsi
Ünvanına süfrə salır
öz səsi
Gəncə olub “Mirzə Şəfi” hücrəsi
Adı dildə, el-obası burdadı
Soruşmayın Mirzə Şəfi hardadı.
QIŞIN
ŞİMAL ŞEİRLƏRİ
Papaq üstə qar topası
Göylər yerə qar yapası
Hər budaqda qar lopası
-
Qışın şimal şeirləri.
Dondurmağa adam gəzir
Yandırmağa verir nəzir
Qədəhlərdə şaxta əsir -
Qışın şimal şeirləri.
Gah qəmlənir, gah sevinir
Nə qışqırır, nə
deyinir
Gəlin
kimi ağ
geyinir
Qışın şimal şeirləri.
Şaxta
çəkir şah əsəri
Gələn yazdı səmti
bəri
Pəncərədə alın təri -
Qışın şimal şeirləri.
Balıq
saxlar buz altında -
Duzlamağa, duz altında
Çadır qurar qoz altında -
Qışın şimal şeirləri.
Ovçu
durar bərələrdə
Qarla dolar dərələr də
Yanar, sönər kürələrdə
Qışın şimal şeirləri.
Axtarıram yaz hardadı
Bəlkə qışdan bezardadı
Yazdan qalıb yazardadı -
Qışın şimal şeirləri.
Quşlar
donur göylərində
Qışlar, donar göllərində
Daşlar-
dolu göylərində
Qışın şimal şeirləri.
Buz daşında həyat yaşar
Yaşamağı burda bacar
Xizəklərə maral qoşar
Qışın şimal şeirləri.
Şamdadına şam al, yanar
Şam yananda şümal yanar
Yanmaq üçün verər qərar
Qışın şimal şeirləri.
Son şeirini quşlar yazar
Ulduz batsa quşlar azar
Oxuyanı etməz bezar
Qışın şimal şeirləri.
QÜZEY-QÜTB
Ana təbiətin işinə
bir bax
Bunlara qar verib, bizə ar verib.
Taleyin yükünə, köçünə
bir bax
Bunlara meşəlik bizə bar verib.
Donmuş
dənizlərdən şüşəsi
vardı
Sərhədsiz sərhəddin təşnəsi
vardı
İzə möhtac qalan güşəsi varsa
Bunlara
gen meydan bizə dar verib.
Qışında nəyi var, nəyi yoxdu ki,
Torpağı toxdu ki, suyu toxdu ki,
Sərvəti çoxdu ki, varı çoxdu ki,
Bizə də bir parça
növ nübar verib.
Sahilə
yollayıb qağayıları
Yanında saxlayıb ağ ayıları
Təbiət belədi - bilinmir
sayı
Nəyi var paylayıb, nəyi var verib.
Etibardan
uzaq sarı qızları
Oynadır göylərdə ağ ulduzları
Özündə saxlayıb sınıq
buzları
Nə yaxşı
bizə də düz ilqar verib.
.
RÜBAİL
525-ci qəzet.-
2015.- 30 may.- S.27