May “Ulduz”u
Bugünlərdə “Ulduz” jurnalının may nömrəsi
işıq üzü
görüb.
Dərgi
Elxan Zalın “May tezisləri” adlı ekspert yazısı ilə açılır:
“Ulduz” jurnalı
mənim üçün
çox doğma bir mətbuat orqanıdır. Şeirlərimin böyük bir
hissəsi bu jurnalda dərc olunub. O cümlədən
də indi bir çox dillərə tərcümə
olunmuş “Polonez” poeması. Yəni bu dərgi həmişə
müəlliflər üçün
açıq olub, burada həmişə yaxşı əsərlər
dərc edilib... Mən bu say
barədə uzun danışmağa lüzum
görmürəm. Oradakı yazılara
oxucular özləri qiymət verəcək.
“Ulduz” bir
gənclik jurnalıdır
və mən həmişə demişəm
ki, tarixi ağıllı gənclik
yaradır. Ona sadəcə
meydan vermək lazımdır. Qulu Ağsəs
onlara heç bir qısqanclıq olmadan belə bir meydan yarada
bilib ki, bu da onun
içinin genişliyini
göstərir. Həmkarlarıma
uğurlar!..”
Ekspert yazısını
Səhər Əhmədin
“Özüylə söhbət”i
və “Həyat simfoniyası” hekayəsi izləyir: “Ədəbiyyat
da vətən deyil ki, uğrunda
ölmək lazım olsun. Söz də torpaq deyil ki,
üç-beş sot götürüb,
üstündə ev tikəsən. Burda giriş pulsuzdur, yerlərin sayı məhdud deyil. Ədəbiyyatda hamıya yer
var. Nəyin davasını
edirsiniz?”
Jurnalın “Şeir vaxtı”nda
Xəyalə Sevil,
Hafiz Hacıxalıl, Tural
Balabəyli, Rauf Qərib Alagöz, Bilal Alarlı, Ehtiram İlhamın şeirləri yer alıb.
Jurnalın bu sayında Məti Osmanoğlunun “Vaqif Bəhmənli ilə görüşdən
antireportaj”ı da təqdim edilib.
“Ulduz”un budəfəki
“Tərcümə saatı”nda
Avstriya yazıçısı
Peter Rozeqqerin “Ata sözü
naminə” hekayəsi dərc olunub. Hekayəni alman dilindən Talehə Əliyeva çevirib.
Nəsrsevərlər jurnalın bu sayında Zərifə Əliqızının
“Gözcük” novellası,
Kamran Nəzirlinin “İlk görüş”, “Gözəl yuxu”, Şəhriyyə Qəzənfərqızının
“Sevgisiz həyat” hekayələrini oxuya bilərlər.
“Ulduz”un ənənəvi
“Debüt” rubrikasında
Seymur Sunun şeirləri, Çinarə
Nüsrətlinin “Asfalt
zavodu”, Etibar Salmanovun “Mənim hekayəm” əsərləri
öz əksini tapıb.
Ramilə Qurbanlının “Balacalar üçün ədəbiyyatın
böyük problemləri”
məqaləsində mövzu
ilə bağlı maraqlı fikirlər qələmə alınıb.
Professor Buludxan Xəlilovun “Bəxtiyar Vahabzadənin pedaqoji görüşləri:
müəllim həssaslığı,
gənclərə qayğı”
yazısında xalq şairinin portret cizgiləri yer alıb:
“Bəxtiyar Vahabzadə
müəllim həssaslığını
ən mühüm keyfiyyət kimi, vəzifə borcu kimi dəyərləndirir.
Doğrudan da tələbəni bir-birindən ayırmaq, seçmək, fərqləndirmək
üçün müəllimin
məsuliyyəti böyükdür.
Bəxtiyar Vahabzadə bu məsuliyyətdən çıxış
edən bir müəllim kimi deyirdi: “İmtahan qəbul edən müəllim, birinci növbədə cəmiyyət
qarşısında boynuna
götürdüyü vəzifənin
çətinliyini dərk
etməlidir. Yaxud:
“Müəllim pedant olduqca ali məktəb
üçün seçdiyi
gənclər də
pedant olacaq. Mən imtahan qaydalarındakı
bu pedantizmin əleyhinəyəm”.
Elmar Vüqarlının Kreyq Kansiddən tərcümə
etdiyi “Rumi və Emerson-Qərb dünyası ilə İslam dünyası arasında körpü” yazısı da jurnalın may sayında oxuculara təqdim olunub:
“Bu gün dünya
mənəvi inamsızlıqdan,
qarşısıalınmaz müharibələrdən əziyyət
çəkir. Buna baxmayaraq,
əgər biz Rumi və Emersonun yazılarına qayıtsaq,
onda Şərq və Qərb dünyası - müsəlmanlar
və qeyri-müsəlmanlar
arasında möhkəm
mənəvi körpü
tikmək üçün
ilham tapa bilərik.
Ona görə ki, bu iki mistik
şəxsiyyətin yazıları
“qərb mədəniyyəti”
ilə islam dünyası arasında “sivilizasiyaların toqquşması”
cəfəngiyyatını bizə xatırlatmalıdır.
Rumidə də, Emersonda
da biz sivilizasiyaların
toqquşmasını deyil,
onların bir-biri ilə qaynayıb-qarışdığını
görürük”.
Firuz Mustafanın
“Marian çökəkliyi” pyesi də jurnalın
bu sayında dərc edilib.
Qəşəm Nəcəfzadənin təqdimatında “Tanış
olun: Şəfa Vəli” yazısı
jurnalın ənənəvi
“Hücrə” rubrikasındadır.
İranlı mühacirlər ədəbi
birliyinin üzvləri-Taryel
Ümid, Şövkət
İmami, Sahib İmaninin
şeirləri də jurnalın bu sayında işıq üzü görüb.
“Ulduz”un ənənəvi
“Dərgidə kitab” layihəsinin budəfəki
qonağı “Balıq
gülüşü” ilə
Mübariz Örən
olub. Layihədə müəllifin “Balıq gülüşü”, “Şpaqat
vəziyyəti”, “Skayp”,
“Qar tanrısı” hekayələri verilib.
Jurnalı alanlar Novruz Nəcəfoğlunun “Bir mən oyaqdım” hekayələr kitabını
və Elçin İsgəndərzadənin 50 yaşı
münasibətilə buraxılmış
şeirlərindən ibarət
CD diskini hədiyyə
kimi əldə edə bilərlər.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2015.- 30 may.- S.17.