Elçinin “Şekspir”
əsərinin tamaşası Türkiyədə
mükafatlandırılıb
İstanbulda Taksim-Bebek Rotary Klubu tərəfindən verilən
üçüncü Rotary teatr mükafatlarının
təqdimetmə mərasimi
olub.
Mərasimdə Türkiyə ictimaiyyətinin
görkəmli nümayəndələri,
elm və sənət
adamları, İstanbulun
tanınmış ziyalıları,
teatrsevərlər iştirak
ediblər.
Azərbaycanın Xalq yazıçısı
Elçinin “Şekspir”
əsəri əsasında
səhnələşdirilmiş eyniadlı tamaşa da mükafatlandırılanlar
sırasında olub. Bu, əməkdar incəsənət
xadimi Məlahət Abbasovanın səhnə tərtibatı ilə quruluş verilən tamaşanın Türkiyədə
layiq görüldüyü
sayca onuncu mükafatdır.
Klubun qərarı ilə Məlahət Abbasova “İlin ən yaxşı rejissoru”, tamaşada tibb bacısı rolunu ifa edən aktrisa
Ezgim Kılınç
isə “İlin ən yaxşı köməkçi qadın
aktrisası” nominasiyalarında
mükafatlara layiq görülüblər. Tamaşa yüksək
səhnə dekorasiyasına
görə də üç müxtəlif
teatr mükafatı ilə təltif olunub.
Xatırladaq ki, “Şekspir”in Türkiyədə səhnələşdirilməsi
bu əsəri qardaş ölkədə
sürətlə populyarlaşdırıb. Təkcə
ötən il
bu səhnə əsərində oynayan 5
aktyor “İlin ən yaxşı aktyoru” mükafatına layiq görülüb. Tamaşanın bəstəkarı həmyerlimiz Aygün Səmədzadədir.
“Şekspir” İstanbulun
ən mötəbər
teatr səhnələrində
maraqla oynanılmaqda və baxılmaqdadır.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 30 may.- S.17.