Gənc Tamaşaçılar Teatrının Kalmıkiyaya səfəri yekunlaşıb

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından qastrol səfərindən qayıdıb.

 

Teatrın mətbuat xidmətindən bildirildiyinə görə, oktyabr ayının 25-dən-31-dək davam edən qastrol çərçivəsində görüşlər Rusiya Federasiyası Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrında olub. Yaradıcı kollektiv, repertuarında olan 2 maraqlı tamaşa, eləcə sərgi konsert proqramı ilə çıxış edib. 3 gün ərzində Kalmık Milli Dram Teatrının səhnəsində uşaqlar üçün Pərvinin "Dəcəl keçi", böyüklər üçün isə Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" tamaşaları nümayiş etdirilib.

 

Səfər çərçivəsində Kalmıkiya Respublikası N.N.Palmov adına Milli Muzeydə Gənc Tamaşaçılar Teatrının eyni zamanda, göstərilən tamaşaların quruluşçu rəssamı Elşən Sərxanoğlunun əsərlərindən ibarət sərgi təşkil olunub. 3 gün davam edən sərgidə rəssamın 50-dən artıq qrafik yağlı boya ilə işlənmiş əsərləri izləyicilərin ixtiyarına verilib.

 

Sərginin açılış mərasimində Kalmıkiya Respublikası mədəniyyət turizm nazirinin müavini Nikolay Sandjiyev, Kalmıkiya Respublikası Rəssamlar İttifaqının sədri, Əməkdar rəssam Yuri Xadjinov, N.N.Palmov adına Milli Muzeyin direktoru İrina Muçayeva, Kalmıkiya hökumət başçısının mədəni iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, "Kalmıkiya Respublikasında Azərbaycan konqresi" qeyri-hökumət təşkilatının sədri Sabir Quliyev, Kalmık Milli Dram Teatrının bədii rəhbəri Boris Mandjiyev çıxış edərək bu tədbiri Kalmıkiya Azərbaycan teatrları arasındakı yaradıcılıq əlaqələrinin uğurlu nəticəsi adlandırıblar.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, eləcə rəssam Elşən Sərxanoğlu çıxışlarında 4 ildir davam edən yaradıcılıq münasibətlərinin gələcəkdə daha böyük layihələrlə davam etdiriləcəyinə əminliklərini bildiriblər.

 

Rəssam Bakını əks etdirən bir neçə əl işini Muzeyə bağışlayıb, Muzey rəhbərliyi isə öz növbəsində E.Sərxanoğlunu  diplomla təltif edib.

 

Qastrol səfərinin növbəti günündə aktyor müğənni İlham Əsədovun xalq müasir bəstəkar mahnılarından ibarət konserti olub.  Konsertdə Kalmıkiya Dövlət Filarmoniyasının direktoru, bəstəkar-müğənni Arkadi Mandjiyev Azərbaycan- Kalmıkiya mədəni əməkdaşlığının 2 teatr arasındakı qastrol mübadiləsindən çıxaraq daha geniş şəkildə təqdim olunmasının təqdirəlayiq olduğunu vurğulayıb azərbaycanlı sənətçi ilə birgə duet ifa edib.

 

Konsert proqramında teatrın gənc aktyorları Elnur Kərimov Səbinə Məmmədovanın ifasında "Naz eləmə" rəqsi böyük  maraqla qarşılanıb.

 

Qastrol səfərinin bağlanış mərasimində Kalmıkiya Respublikası Xalq Xuralının (Parlament) deputatı Konstantin Kirpilev çıxış edərək Azərbaycan Kalmıkiya arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinin hər il daha da genişləndirilməklə, maraqlı layihələrin, rejissor tamaşa mübadilələrinin iki ölkənin teatrları üçün əhəmiyyətli nəticələr verdiyini vurğulayıb. K.Kirpilev "Azərbaycan - Kalmıkiya arasındakı dostluq münasibətlərinə, beynəlxalq əlaqələrin inkişafı mədəni əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfələrinə görə" Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovu Kalmıkiya Respublikası Xalq Xuralının (Parlament) "Fəxri diplom"u, teatrın aktyoru İlham Əsədovu isə "Təşəkkürnamə" ilə təltif edib.

 

Kalmıkiya Respublikasının mədəniyyət turizm naziri Xonqor Elbikov  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının budəfəki səfərini Kalmıkiya Respublikasında Azərbaycan Mədəniyyət Günləri adlandıraraq bu münasibətlə hər iki ölkə teatrını təbrik edib, iki ölkə teatrları arasındakı qarşılıqlı mədəni əlaqələrin möhkəmləndirilməsi, birgə layihələrin təşkilindəki əvəzsiz xidmətlərinə görə Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs Qarayevə "Təşəkkür məktubu" ünvanlayıb.

 

Aktyor Elnur Kərimova isə Kalmıkiya Respublikası Baş nazirinin "Təşəkkürnamə"si təqdim olunub.

 

Mədəni əlaqələrin möhkəmləndirilməsi genişləndirilməsi sahəsindəki xidmətlərinə görə teatrın aktyorları, Əməkdar artistlər Şövqi Hüseynov, Leyli Vəliyeva, Qurban İsmayılov, aktyorlar Elşən Çarhanlı, Vüsal Mehrəliyev, quruluşçu rəssam Elşən Sərxanoğlu mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyeva "Fəxri Fərman"la təltif ediliblər.

 

Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının sədri Tatyana Mixeyeva "Azərbaycan Rusiya teatr əlaqələrinin genişləndirilməsində göstərdiyi dəstəyə görə" Azərbaycan Respublikası mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyevin "Stanislavski medalı" ilə təltif olunduğunu bildirərək, mükafatı Ə.Vəliyevə  çatdırmaq üçün Mübariz Həmidova təqdim edib.  

 

Şövqi Hüseynov İlham Əsədov da medalla, aktyorlar Zemfira Əbdülsəmədova, Səbinə Məmmədova, Zümrüd Quliyeva, Manaf Dadaşov, Elşən Hacıbabayev, Vahid Orucoğlu, işıq üzrə rəssam Vadim Kuskov isə "Diplom"la mükafatlandırılıb.

 

Təntənəli bağlanış mərasimində teatrın direktoru Mübariz Həmidov öz səfər təəssüratlarını bölüşərək ötən mövsüm Dövlət Gənc Tamaşaçılar Teatrında təsis olunmuş "Sima" mükafatının "Ən yaxşı rejissor işi" (böyük tamaşaları üzrə) nominasiyası üzrə qalib seçilən B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar incəsənət xadimi Azərbaycan Respublikası Fəxri mədəniyyət işçisi Boris Manciyevə diplom mükafat verib. Bu mövsüm üzrə təyin olunmuş "Teatrın dostu" nominasiyası üzrə diplom mükafat isə Kamık Milli Dram Teatrının baş direktoru  RF-nin əməkdar mədəniyyət işçisi Qalina Şurayevaya təqdim edilib.

 

B.Basanqov adına Milli Dram Teatrının baş direktoru Q.Şurayeva bədii rəhbər B. Mandjiyev qarşılıqlı qastrol səfərlərinin uğurundan danışaraq təqdim etdiyi maraqlı tamaşalar, sərgi konsert proqramı üçün Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə kollektivə təşəkkürlərini bildirib, hədiyyələrini təqdim ediblər.

 

Sonda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatının direktoru Mübariz Həmidov, teatrın baş rejissoru Bəhram Osmanov quruluşçu rəssam Elşən Sərxanoğlu çıxış edərək göstərilən yüksək münasibətə görə öz dərin minnətdarlıqlarını bildirib, Rusiya Azərbaycan Teatrları arasındakı qarşılıqlı yaradıcılıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulayaraq, öz hədiyyələrini teatrın rəhbərliyinə təqdim ediblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 3 noyabr.- S.7