Rəssamlar İttifaqında rus şairlərinə aid sərgi açılıb

 

 

Rəssamlar İttifaqının sərgi salonunda görkəmli rus şairləri Mixail Lermontovun anadan olmasının 200 illik yubileyinə Sergey Yeseninin 120 illik yubileyinə həsr edilmiş sərgi açılıb.

 

Sərgidə ölkəmizin tanınmış rəssamlarının rus şairlərinin Qafqazla bağlı həyat və yaradıcılığına həsr olunmuş əsərləri nümayiş etdirilib.

 

Azərbaycanın Rus İcmasının Rəssamlar İttifaqı ilə birlikdə təşkil etdiyi sərgidə müxtəlif janrlarda 50-dən çox əsər yer alıb.

 

Sərginin açılış mərasimində Rusiyanın Azərbaycandakı səfirliyinin, "Rossotrudniçestvo"nun, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

 

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Rus İcmasının sədri Mixail Zabelin, Rusiya Federasiyası səfirliyinin müşaviri Sergey Koklyuşin və başqaları görkəmli şairlərin rus ədəbiyyatı tarixindəki xidmətlərindən söhbət açıblar: "Hər iki şairin yubileyi ölkəmizdə geniş qeyd edilib, onlara həsr edilən konfranslar, sərgilər, müsabiqələr keçirilib".

 

Vurğulanıb ki, S.YeseniniM.Lermontovu azərbaycanlı oxucuya təqdim etməyə ehtiyac yoxdur. S.Yesenin "İran nəğmələri" silsiləsindən bir neçə şeiri Bakıda yazıb. Bu şəhərdə böyük rus şairin muzeyivar. M.Lermontov Qafqaza təkcə şeirlər deyil, bir neçə rəsm də həsr edib, Azərbaycan dilini öyrənib.

 

Sərginin açılışından əvvəl Bakı şəhəri 233 nömrəli məktəbin şagirdləri şairlərin əsərlərini səsləndiriblər. Şeirromans ifa edən 5 yaşlı Mədinənin çıxışı alqışlarla qarşılanıb, ona böyük gül dəstəsi və "Rus xalq nağılları" kitabı hədiyyə edilib.

 

Sərgidə nümayiş etdirilən ən yaxşı işlərin müəlliflərinə diplom və fəxri fərmanlar təqdim olunub.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 3 noyabr.- S.7