Azərbaycan İSESCO mədəniyyət
nazirlərinin konfransında təmsil olunur
Ötən gün Oman Sultanlığının
paytaxtı Məskat şəhərində İSESCO mədəniyyət nazirlərinin
9-cu İslam Konfransı
öz işinə başlayıb.
Konfransda ölkəmizi mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyilə
nümayəndə heyəti
təmsil edir.
Tədbirdə Omanın irs və mədəniyyət naziri Səyyid Haytam bin Tariq Əl Səid çıxış edərək
İslam ölkələrini
təmsil edən mədəniyyət nazirlərini
qəbul etməkdən
və bu tədbirə təşkilati
dəstək verməkdən
məmnunluqlarını ifadə
edib.
İSESCO-nun
baş katibi Əbdüləziz bin Osman
əl-Tüveycri konfransda
iştirak edən 40 ölkənin mədəniyyət
nazirləri və nümayəndə heyətlərinə
təşəkkürünü bildirib. Qeyd edib ki, İslam mədəniyyətinin
inkişafı üçün
məqsədyönlü siyasətin
aparılması gündəmdədir
və ölkələrimiz
arasında əlaqələrin
daha da möhkəmləndirilməsində
mədəniyyət mühüm
rol oynayır.
İslam
Əməkdaşlıq Təşkilatının
(İƏT) baş katibi
İyad bin Əmin Mədəni çıxış
edərək İslam
ölkələri ilə
sıx əməkdaşlıq
edən beynəlxalq təşkilatların birləşərək
terror hadisələri nəticəsində
dağıdılan İslam
irs və
mədəniyyətinin nümunələrinin
qorunmasına daha böyük güc sərf etmələrinin vacibliyini vurğulayıb.
O, son zamanlar dünyada
gedən islamafobiyadan və terror nəticəsində
Avropaya axın edən qaçqınlara göstərilən münasibətdən
narahatlığını ifadə
edib.
Konfransda mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin də çıxışı
gözlənilir.
İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam
Konfransı noyabrın
4-dək davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 3 noyabr.- S.7