"Azərbaycan
multikulturalizminə səyahət" layihəsi çərçivəsində
Tövrat təqdim edildi
"Azərbaycan multikulturalizminə
səyahət" layihəsi
çərçivəsində ölkəmizdə səfərdə
olan ABŞ-ın Los -Anceles şəhərindəki
Sinay Məbədinin nümayəndə heyəti
maraqlı tədbirlər
həyata keçirir.
Noyabrın 1-də Bakıda Dağ Yəhudiləri Sinaqoqunda Tövratın təqdim olunması mərasimi keçirilib. Xatırladaq ki, sözügedən Tövrat bu ilin fevralında ABŞ-a səfər edən Azərbaycan nümayəndə heyətinə
bağışlanıb.
Sinay Məbədi nümayəndə
heyəti Bakıda yaşayan dağ yəhudiləri icmasının
üzvləri ilə birgə İsrailin məşhur xalq mahnısı «Hava Nagila»nın sədaları altında Tövratı təntənəli
şəkildə sözügedən
sinaqoqa gətiriblər.
Tədbirdə Sinay Məbədinin
ravvini David Volpe mərasim
iştirakçılarını salamlayaraq vurğulayıb
ki, Azərbaycan çoxəsrlik multikultural
dəyəri, tolerant mühiti
ilə bütün dünya ölkələrinə
örnək ola
bilər.
Sinay Məbədinin kişi
klubunun prezidenti Kary Lerman deyib: « Biz Tövratı
gətirməmişik, Tövrat
özü bizi buraya gətirdi. Biz burada olmağımızdan
böyük şərəf
hissi keçirirk və Azərbaycan dövlətinə, xalqına
çox minnətdarıq.
Bakıda müqəddəs Tövratı təqdim etmək bizim üçün böyük
bayramdır. Yəhudilərin xilasının sirri Tövratdır. Tövrat sülhün,
qarşılıqlı anlaşmanın
və sevginin siimvoludur. Bu mərasimin reallaşmasında
əməyi olan hər kəsə minnətdaram. Azərbaycan Prezidenti
İlham Əliyevin multikulturalizm sahəsində
gördüyü işlərə
görə ona çox minnətdarıq və ABŞ-a geri qayıdanda bunu orada da deyəcəyik.
Biz bütün bunları unutmayacağıq».
Elie Alyeşmerni Tövratı
sevginin nişanəsi
kimi səciyyələndirib
və prezident İlham
Əliyevin sitatını
xatıladıb: «Təqdim
olunan Tövrat vasitəsilə bizim icma sizin icmaya
sonsuz sevgisini çatdırır. Bu Tövratın bütün
tərkibi İsraildə,
axırıncı qırx
sözü Los -Ancelesdə
yazılıb. Prezident İlham
Əliyev bildirir ki, Azərbaycanda olan hər bir
etnik qrup ölkənin ümumi mənzərəsinin rəngini
təşkil edir.
Bu multikulturalizmin Azərbaycanın
dövlət siyəsətində
prioritet istiqamət olduğunun göstəricisidir.
Azərbaycan hökumətinin,
xalqının xoş
münasibəti üçün
hamınıza təşəkkür
edirəm”
Dağ Yəhudiləri icmasının
rəhbəri Milix Yevdayev bu günkü
tarixin yaddaşlarda həmişə yaşayacağını
diqqətə çatdırıb:
«Bu unudulmaz bayramı bizə bəxş edən qardaşlarımıza
minnətdarıq. Azərbaycanda yəhudilər və bütün xalqlar sərbəst, tam əmin-
amanlıq şəraitində
rahat yaşayırlar.
Bu dostluq və qardaşlığın əbədi
olacağına inanıram».
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu təqdimat mərasimini xalqları, mədəniyyətləri
birləşdirən dəyər
kimi xarakterizə edib.
Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda
yəhudilərin neçə
yüz illərdir dinc, qardaşcasına yaşadığını dilə
gətirib.
Professor Səməd Seyidov
bildirib ki, bu gün təqim
olunan Tövrat həm də xalqları, icmaları birləşdirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz ismayılov Azərbaycan dövlətinin ünvanına
bu ölkədə yəhudilər və digər xalqların, dinlərin nümayəndələrinin
bir arada sülh, qardaşlıq şəraitində yaşaması
ilə bağlı dedikləri xoş sözlərə görə qonaqlara təşəkkür edib:
«Çox sevinirəm ki, siz bu
gün Azərbaycandakı
multikuturalizmin, tolerantlığın
canlı şahidisiniz.
Bugünkü mərasim bizim
minilliklər ərzində
keçdiyimiz yolun nəticəsi, eyni zamanda bundan sonra gedəcəyimiz minillik yolun istuqamətidir. Bu həm də onu göstərir ki, Azərbaycan və yəhudi xalqları əbədi dostdurlar”.
Tədbirdən sonra nümayəndə heyəti Quba şəhərinə yollanıb. Qubada qonaqlar Ümummilli
lider Heydər Əliyevin abidəsini, Quba rayonu icra
başçısı Yaşar
Məmmədovla birlikdə
Soyqırım Memorialını
ziyarət ediblər. Qonaqlar Qubadakı
Qırmızı Qəsəbəyə
baş çəkərək
orada Dağ Yəhudiləri İcması ilə görüşüblər. Nümayəndə heyətinin üzvləri burada Tövratın öyrənildiyi dini yəhudi məktəbində-
Yəhudi Mədəniyyət
Mərkəzində olublar.
Qonaqlar qəsəbədəki sinaqoqlara
baş çəkiblər,
duaoxuma mərasimində
iştirak ediblər.
Millət vəkili Yevda
Avramov Sinay Məbədinin nümayəndə
heyəti ilə görüşməkdən məmnunluğunu
ifadə edib, Azərbaycanda əsrlərdir
multikultural dəyərlərin
həyat tərzi kimi yaşandığını
diqqətə çatdırıb.
Noyabrın 4-dək davam edəcək səfər çərçivəsində
nümayəndə heyəti
Bakıda bir sıra mühüm görüşlər keçirəcək.
Sevinc Mürvətqızı
525-ci qəzet.- 2015.- 3 noyabr.- S.5.