"Baku Guide" bələdçi kataloqunun noyabr sayı

 

 

"Bakı özünəməxsus xarakteri, tarixi olan şəhərdir hər qonaq buradan müəyyən hisslərlə ayrılır".

 

Bu sözlər "Baku Guide" bələdçi kataloqunun yenicə çapdan çıxan noyabr nömrəsində müsahibəsi dərc olunan Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Vonierə məxsusdur. Qonaq şəhərimiz, onun memarlığı ilə bağlı fikirlərini kataloqun oxucuları ilə bölüşür.

 

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq Azərbaycan, ingilis rus dillərində hazırlanan "Baku Guide" bələdçi kataloqunun növbəti buraxılışı da informativ materiallar, şəhərimizin qonaqları paytaxt sakinlərinin diqqətini çəkəcək müxtəlif yazılarla zəngindir. Nəfis tərtibatı ilə seçilən nəşrdə bütün materiallar rəngarəng foto-illüstrasiyalarla müşayiət olunur.

 

Mədəniyyət Turizm Nazirliyindən bildirilib ki, kataloqda noyabr ayı üzrə paytaxtın teatr, konsert kino nümayişi müəssisələrinin geniş repertuarı, sərgi salonları muzeylərdə tədbirlər haqqında ətraflı məlumatlar, afişalar yer alıb.

 

Bundan əlavə, noyabrın 23-dən 27-dək Bakıda baş tutacaq İSESCO İcraiyyə Şurasının 35-cı sessiyası 12-ci baş konfransı haqqında məlumat, eləcə şəhərimizdə "İSESCO həftəsi" ərzində keçiriləcək mədəni tədbirlərin ayrıca afişası təqdim edilir.

 

Noyabrın 5-dən 10-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək "Fusion Doll" III Bakı Beynəlxalq Kukla Biennalesi barədə məlumat da paytaxtın mədəni həyatı ilə tanış olmaq istəyənlərin marağını çəkəcək.

 

"Floranın ekzotikası və rayihəsi" adlı məqalədə isə oxucular Mərdəkan dendrarisinin tarixi və əsrarəngiz mənzərələri ilə tanış olacaqlar.

 

Noyabrın 8-də Bakı Metropoliteni işçilərinin peşə bayramına həsr edilmiş yazıda özünəməxsus arxitektura xüsusiyyətləri ilə seçilən metro stansiyaları, interyer dizaynı və möhtəşəmliyi ilə yeraltı sarayı xatırladan "Nizami" metrosu haqqında məlumat verilir.

 

"Azərbaycanda ov turizmi" yazısı bu turizm növü ilə maraqlanan həm yerli sakinlər, həm də əcnəbilər üçün bələdçi rolunu oynayacaq, onların qanunları pozmadan ov və istirahəti bir arada keçirmələrinə yardım edəcək.

 

"Milli mətbəx" rubrikasında bu dəfə şəhərimizin qonaqlarına balqabaqlı haqqında məlumat verilir, onun hazırlanma qaydası diqqətə çatdırılır.

 

Həmişəki kimi gənclər də diqqətdən kənarda qalmayıb. Aktiv, adrenalin dolu istirahətə üstünlük verən paytaxt sakinləri və qonaqlar əyləncə gecələri, konsert və partilər barədə məlumat əldə edə biləcəklər.

 

Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar cavablandırılır. "Bakını "City sightseeng"lə kəşf edin", "Bakıdan xatirə", turizm agentləri, aviakassalar, hava yolları və s. haqqında bölmələr də paytaxtımıza təşrif buyuran qonaqlar üçün mühüm informasiya mənbəyi rolunu oynayır. Kataloqda həmçinin, hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. əksini tapıb.

525-ci qəzet.- 2015.- 4 noyabr.- S.7