Gənc pianoçumuz Avstriyada Qran-pri qazanıb

 

 

Avstriyanın Salzburq şəhərində ikinci dəfə "Salzburq star" adlı beynəlxalq musiqi müsabiqə-festivalı keçirilib.

 

Müsabiqədə ölkəmizi T.Quliyev adına 12 nömrəli on bir illik uşaq musiqi məktəbinin VI sinif şagirdi Ayan Məmmədli təmsil edib.

 

Musiqi məktəbdən AZƏRTAC-a bildirilib ki, A.Məmmədli dahi bəstəkar V.A.Motsartın doğulduğu Salzburq şəhərində keçirilən müsabiqədə Azərbaycan bəstəkarı Q.Qarayevin əsəri ilə yanaşı, bir sıra bəstəkarların da musiqilərini ifa edib.

 

Müsabiqədə Ayan Məmmədlinin ifası tanınmış musiqiçilərdən ibarət münsiflər heyəti, həmçinin iştirakçılar tamaşaçılar tərəfindən böyük heyrət rəğbətlə qarşılanıb. Nəticədə gənc pianoçumuz "Salzburq star"ın ən ali mükafatına - Qran-priyə layiq görülüb.

 

Qeyd edək ki, Ayan Məmmədli indiyədək bir neçə beynəlxalq müsabiqələrdə iştirak edib laureat adını qazanıb.

525-ci qəzet.- 2015.- 4 noyabr.- S.7