"Azərbaycan qadını"
jurnalının payız buraxılışı
Bu günlərdə işıq
üzü görən
"Azərbaycan qadını"
jurnalının payız
buraxılışında oxuculara
bir-birindən maraqlı
bədii-publisistik yazılar,
eləcə də ölkəmizin həyatında
parlaq hadisəyə çevrilən mühüm
beynəlxalq layihələri
əks etdirən materiallar təqdim olunub.
Jurnalin səhifələrində yer
alan "Azərbaycan-Vatikan: Dinlərarası
dialoq" yazısında
Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanım Mehriban Əliyevanın martın əvvəlində Vatikana
rəsmi səfərindən
bəhs olunur.
"Atəşgahda alovlanan məşəl" yazısında
isə "Bakı-2015" ilk Avropa Oyunlarından danışılır: "Aprelin
26-da Azərbaycanda tarixi
hadisə yaşandı:
Avropa Oyunları ilk odunu qədim atəşgahdan aldı...
Dünyanın idman tarixində
yeni səhifə yazıldı və əsrlərin yadigarı olan məbəddə
"Bakı-2015"in məşəli alovlandırıldı".
İlk Avropa Oyunlarından bəhs olunan "Odlar yurdunun Olimpiya alovu" yazısında Azərbaycanın
birinci xanımı,
"Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışı verilib.
Oxuculara
təqdim olunan
"III qlobal Bakı Forumu: Müasir dövrün çağırışları"
məqaləsində müzakirə
olunan məsələlərdən
söhbət açılır.
"Mehriban Bakı..."
yazısında isə
ölkəmizin memarlıq
nümunələrindən və funksional tikililərdən biri olan Bakı Konqres Mərkəzinin açılışından bəhs
olunur. "Tarixə
yeni baxış: Hədəf Bakıdır"
məqaləsində Heydər
Əliyev Fondunun dəstəyi ilə hazırlanan "Hədəf
Bakıdır. Hitler neft uğrunda döyüşü necə
uduzdu" sənədli
filmi haqqında məlumat verilir. Filmdə İkinci Dünya müharibəsinin tarixinə
tamamilə yeni baxış bucağından
- neft uğrunda savaş prizmasından yanaşılır.
Bu ilin mayında Azərbaycan xalqının
böyük oğlu, görkəmli siyasi və dövlət xadimi, ulu öndər
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və
Heydər Əliyev Fondunun yaradılmasının
11 illiyinə həsr edilmiş təntənəli
mərasim keçirilib.
Bu haqda "Şəxsiyyət
və zaman" yazısında ətraflı
məlumat verilir.
"Tarixi əlaqələr
yeni mərhələdə"
yazısında Vyetnam
Sosialist Respublikasının
Prezidenti Çionq Tan
Şanqın mayın
ortalarında Azərbaycana
rəsmi səfərindən
bəhs olunur.
Pakistan İslam Respublikasının
rəhbəri Məmnun
Hüseynin ölkəmizə
səfəri haqqında
məlumatlar "Ali missiya,
ali mükafat" materialında yer alıb. Səfər çərçivəsində
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva Pakistanın ali dövlət
mükafatı - "Hilal-e-Pakistan"
ordeni ilə təltif olunub.
Azərbaycanda müxtəlif beynəlxalq
tədbirlərin keçirilməsi
ənənə halı
alıb. Bu tədbirlər
sırasında Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi yeri var. Forum artıq üçüncü
dəfə Bakıda təşkil olunub. Bu haqda "Mədəniyyəti
ortaq təhlükəsizlik
naminə paylaşaq"
yazısında ətraflı
söhbət açılır.
Ölkəmizdə böyük təntənə ilə keçirilən IV Beynəlxalq muğam festivalında "Heydərbabaya salam" poeması əsasında yazılan kantatanın premyerası "Novruzgülü, qarçicəyi açanda..." materialında təqdim edilib. Bakıda təşkil edilən Mstislav Rostropoviç adına VIII Beynəlxalq musiqi festivalı ilə bağlı mühüm məqamlar "Tükənməz yaradıcılıq eşqiylə" yazısında əksini tapıb. "Rəssamlar dünyanın şəklini çəkdi..." yazısında - bu il Azərbaycanın 56-cı Venesiya Beynəlxalq İncəsənət Sərgisində nümayiş olunan "Hüdudları aşaraq" və "Vita-Vitale" sərgilərində danışılır: "Dünənin və bu günün əks olunduğu bu sərgilər tamaşaçıları gah daha yaxın keçmişə dəvət edir, gah da müasir dövrün aktual problemləri haqqında düşünməyə çağırırdı..."
Jurnalın yeni nömrəsində oxucular "Ötüb keçərkən" yazısı ilə tanış olacaqlar: "Aida Mahmudovanın Nyu-Yorkun "Leila Heller" qalereyasında açılan "Ötüb keçərkən..." sərgisi şəhər mühitinin lirik ab-havasını görməyə və hiss etməyə imkan verir".
"Rənglərin ahəng qanunu" yazısında Azərbaycanın gənc dizayneri Fidan Ələkbərlinin, "Notların sehirli nağılı"nda Oqtay Zülfüqarovun həyat və yaradıcılığı öz əksini tapıb. "Bülbülün vəfalı yarı" yazısında isə Adelaida xanımın həyatını həsr etdiyi Bülbülün mədəni irsinin tədqiqindən və təbliğindən danışılır.
"Zərif gücün təntənəsi" məqaləsində "Bakı-2015" Birinci Avropa Oyunlarında qalib gələn qadın idmançılarımızdan bəhs olunur.
"Azərbaycan qadını" jurnalının payız buraxılışında, həmçinin oxucular "Musiqi məqamı" yazısında Əməkdar artıst Nərgiz Əliyarbəyovanın, "Şüşədə gizlənən reallıq" yazısında fotoqraf-rəssam Fəxriyyə Məmmədovanın, eyni zamanda, gənc bəstəkar və musiqiçilərin yaradıcılığı ilə tanış olacaqlar.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 5 noyabr.- S.7.