Əbədi dəyərlərə müraciət

 

 

Xalq yazıçısı Anarın Budapeştdə povest hekayələrdən ibarət "Seçilmiş əsərləri" nəşr edilib. Bu, Anarın macar dilində çıxan dördüncü kitabıdır. Kitaba ölkəmizin Macarıstandakı səfiri professor Vilayət Quliyev Macarıstan Yazıçılar İttifaqının sədri  Yanoş Sentmartoni ayrı-ayrılıqda ön söz yazıblar. Yanoş Sentmartoninin yazısını oxucularımıza təqdim edirik.

 

İki il bundan əvvəl Macarıstan Yazıçılar İttifaqının sədri kimi, Azərbaycanın tanınmış söz ustadı, həmkarım, bu ölkənin Yazıçılar Birliyinin sədri Anara 75 illik yubileyi ilə bağlı göndərdiyim təbrik teleqramında deyilirdi: "İndiki qeyri-müəyyən dövrü yaradıcılıq üçün əlverişli hesab etmək olmaz. Yəqin, hələ heç vaxt küləyə qarşı getmək çevrənin biganəliyi bu qədər çətinlik yaratmayıb. Amma bilirik ki, bizim xələflərimiz tarixi keçmişi ittiham eləyəndə hər şeydən öncə əbədi dəyərlərə müraciət edəcəklər. Məhz bu mədəniyyət incəsənət əsərləri əsrin sonuna qədər bizim iztirablarımıza bu dünyadakı mövcudluğumuza bəraət qazandıracaq".

 

Təbrikdən ilyarım sonra - 2014-cü ilin oktyabrında Budapeştdə "səbəbkar"la - yazıçı, ssenarist, kinorejissor Anarla şəxsən tanış oldum. Anar həmkarları paytaxtımızda XIX əsr Azərbaycan ədəbiyyatının klassiki, müsəlman Şərqində dramaturgiyanın banisi sayılan Mirzə Fətəli Axundzadə haqqında çəkilən bədii filmin təqdimatında görüşdük.

 

Azərbaycanın ölkəmizdəki səfiri, tanınmış filoloq alim, ədəbiyyatşünas Vilayət Quliyevin təşəbbüsü ilə Macarıstan  Yazıçılar Birliyində görüşümüz baş tutdu.

 

Mənə aydın oldu ki, Anar təkcə uğurlu yazıçı, böyük təşkilatın rəhbəri olmaqla yanaşı, həm yaxşı həmsöhbət xeyirxah insandır. Müasir ədəbiyyatın problemlərindən danışdıq, yaradıcı  insanların cəmiyyətdə rolu haqqında fikirlərimizi bölüşdük, hər iki ölkənin yazıçılar ittifaqı mətbuatı arasında əməkdaşlıq  məsələlərini müzakirə etdik. Söhbətimizdə azərbaycanlı macar müəlliflərin əsərlərinin tərcüməsi, onların Azərbaycanda Macarıstanda təbliğatı məsələsi üzərində dayandıq.

 

Bu əməkdaşlığın ilk konkret təzahürü: həmkarımın yaxın zamanlarda macar oxucularına təqdim olunacaq kitabına qısa ön söz yazıram.

 

Yazıçı olaraq Anar həm Sovet, həm Azərbaycan ədəbiyyatının "altmışıncılar" nəslinə aiddir. Mütəxəssislərin təsdiqlədiyi kimi, 1960-cı illərdə - "Xruşşov mülayimləşməsi" dövrünün ədəbiyyat incəsənət nümayəndələri yaradıcı sərbəstlik əldə etdilər real həyata, sosializm realizminin tənqidi dərkinə, insanların həqiqi yaşantı problemlərinə daha çox yaxınlaşdılar. Uydurulmuş qəhrəmanların, konfliktsiz situasiyaların, həyatın "bəzədilməsi"nin saxta pafosun sonu çatdı. Problemləri olan kiçik adamlar yazıçıların diqqətini daha çox cəlb etməyə başladılar, nəinki yorulmaz əmək qəhrəmanları, prinsipial kommunistlər, yaxud da haqq-ədalət uğrunda savaşanlar. Anar doğma Azərbaycan ədəbiyyatında bu əsas yeniliklərin ilk pionerləri sırasındaydı.

 

Azərbaycanlı həmkarımın ədəbi təcrübəsi artıq çoxdan yarım əsri keçib. Bütün bu onillər ərzində onun öz vətəndaşlıq yaradıcı fəaliyyətini qoruyub artırması diqqətəlayiqdir.  Bu uzun onillər ərzində o öz millətinin səsi olaraq qalmağı bacarıb.

 

Mənbələrdə göstərildiyi kimi, Anar müxtəlif ölkələrdə müxtəlif dillərdə nəşr olunmuş yüzdən artıq kitabın müəllifidir.

 

Bu kitabların arasında macar dilinə tərcümələrin olması da diqqətəlayiqdir. Keçən əsrin 80-ci illərində məşhur Azərbaycan yazıçısının Budapeştdə hekayə povestlərdən ibarət 3 kitabı tərcümə nəşr edilib.

 

Anarın yaradıcılığı ilə hətta ötəri tanış olduqda belə müasir dövrün problemlərini əks etdirən xeyli maraqlı əsərlərə rast gəlmək olur. Yazıçı kitablarında ardıcıl şəkildə, həyat mövqeyini müəyyənləşdirərkən çətinliklərlə qarşılaşan müasirinin obrazını açmağa çalışır, ənənəvi düşüncə mentalitetin insanların həyatına hərəkətlərinə necə təsir etdiyini göstərir.

 

Mənə elə gəlir ki, Anarın öz doğma tarixi mədəniyyətinin təbliğatı istiqamətindəki məqsədyönlü fəaliyyəti tərifəlayiqdir.

 

Onun çoxsaylı bədii filoloji əsərləri, görkəmli sələflərinə həsr olunmuş sənədli bədii filmləri, bir tərəfdən Azərbaycan mədəniyyətinin dərin qatlarını açmağa xidmət edir, digər tərəfdən isə Anar özü daxil olmaqla, istedadlı yazıçı şairləri təmsil edən  ədəbi nəslin hansı ənənələr əsasında tərbiyə alıb yetişdiyini göstərir.

 

Ümidvaram ki, məşhur yazıçı Anarın "Seçilmiş əsərlər" toplusundakı hekayələr povestlər dost Azərbaycan xalqını daha yaxından tanımağa anlamağa yardımçı olacaq.

 

Yanoş SENTMARTONİ

Macarıstan Yazıçılar İttifaqının sədri

 

525-ci qəzet.- 2015.- 6 noyabr.- S.7.